Bizə yazın

Baku

-°C

USD

-

Ombudsman Xocalı soyqrımının ildönümü ilə bağlı bəyanat yayıb 

Cəmiyyət 23 Fevral 2026, 14:46

174

Ombudsman Xocalı soyqrımının ildönümü ilə bağlı bəyanat yayıb.

Bu barədə Citypost.az-a Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, 26 fevral 1992-ci il tarixində Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla, ümumilikdə 613 nəfər dinc və silahsız mülki əhalinin etnik mənsubiyyətinə görə məqsədli şəkildə, ağır işgəncələrə məruz qalaraq qətlə yetirilməsindən 34 il ötür.

"Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərində məhz etnik azərbaycanlı olduqlarına görə mülki əhalinin amansızcasına qətlə yetirilməsi Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur.

Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirmiş, habelə 68-i qadın, 26-sı uşaq olmaqla 1275 nəfər girov götürülmüş, ağır müharibə cinayətləri törədilmişdir.

Soyqırımı cinayətinin əlamətlərini özündə ehtiva edən bu ağır cinayət əməli bəşər tarixinin ən faciəvi səhifələrindən biri olmaqla, fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Əvvəlcədən planlaşdırılmış bu cinayətlər etnik azərbaycanlıları milli əlamətlərinə görə qətlə yetirmək, onları tarixən yaşadıqları torpaqlardan zorla didərgin salmaq, əhali arasında qorxu və vahimə yaratmaq məqsədi daşımışdır.

Xocalı soyqırımı törədilən zaman beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq normaları, o cümlədən “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “Uşaq hüquqları haqqında”, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, həmçinin “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulmuşdur.

Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bu soyqırımı hadisəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılması və ədalətin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Vətən müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Xocalı şəhərində yenidənqurma işləri sürətlə aparılır, sakinlər öz doğma torpaqlarına qayıdırlar.

Həmin ərazilərdə aparılan bərpa və quruculuq işləri zamanı kütləvi məzarlıqlar aşkar edilmiş, işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqları tapılaraq identifikasiya edilmiş və dəfn olunmuşdur. Bu faktlar Xocalı soyqırımının və törədilmiş ağır müharibə cinayətlərinin danılmaz və təkzibedilməz sübutlarıdır.

Xocalı soyqırımında və xalqımıza qarşı törədilən cinayətlərdə iştirak edən bir sıra şəxslər lokal xarakterli antiterror əməliyyatından sonra həyata keçirilən tədbirlər zamanı tutulmuş və artıq onlar beynəlxalq hüquq normaları nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində mühakimə olunurlar.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini XX əsrin ən qanlı qətliamlarından biri sayılan bu soyqırımı cinayətinə hüquqi qiymət verilməsi, dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslərin hamısının ədalət mühakiməsinə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmağa dəvət edirəm", - bəyanatda qeyd olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DSMF Salyanda ictimai dinləmə keçirib 

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Salyan rayonunda keçirilən görüşdə Salyan və Neftçala rayonlarının ictimaiyyət, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.Bu barədə Citypost.az-a DSMF-dən məlumat verilib.Bildirilib ki, iştirakçılara Fondun fəaliyyət istiqamətləri, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində görülən işlər barədə məlumat verilib. Eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.Görüşdə eyni zamanda vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar olub. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.Dinləmədə...

23 Fevral 2026, 16:00

TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ

TƏBİB-in tabeliyindəki “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsdə audit keçirilib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Hesablama Palatasından məlumat verilib.Qeyd olunub ki, audit 2025-ci ilin İş Planına əsasən İcbari tibbi sığorta fondunun 2023-2024-cü illər üzrə gəlir və xərclərinin, həmçinin sərbəst vəsaitinin idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğuna dair həyata keçirilib.Hesablama Palatasından bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdə ayrıca audit həyata keçirilməyib.Xatırladaq ki, yoxlamalar barədə məlumatlar Vüqar Qurbanovun fevralın 16-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru postundan azad olunmasından sonra yayılıb. ...

23 Fevral 2026, 14:50

Ağdərəyə daha 293 nəfər qayıtdı 

Fevralın 23-də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti köç mərhələsi reallaşıb.Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə ümumilikdə 293 nəfərdən ibarət 63 ailə qayıdıb.Bu mərhələdə Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə 22 nəfər (7 ailə),Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb.Köç Prosesi planlı şəkildə davam etdirilir və sakinlərin dayanıqlı məskunlaşması üçün zəruri infrastruktur təmin olunur. Ağdərədə mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı...

23 Fevral 2026, 14:44

Mətbuat Şurası jurnalistləri sosial şəbəkə paylaşımlarında peşəkarlığa çağırdı

Jurnalist fəaliyyəti cəmiyyətin mənafelərinin qorunmasına yönəlməli, ayrı-ayrı fərdlərin bir-birinə münasibətdəki xoşagəlməz hərəkət və davranışlarının, müxtəlif ədavət formalarının yayılmasında alətə çevrilməməlidir. Jurnalist və media üçün başlıca məqam ictimai motiv olmalıdır.Citypost.az xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatda öz əksini tapıb.Bildirilib ki, qurumun bunu təbliğ edən açıqlamalarına baxmayaraq, təəssüf ki, bir çox hallarda, tamamilə, əks mənzərə müşahidə edilir:“Jurnalist və media orqanları bir-birinə qarşı duran tərəflərin sosial şəbəkələr vasitəsilə açıqladıqları məqamları işıqlandırarkən məsələni şəxsi həyatın toxunulmazlığı prizmasından qiymətləndirməlidirlər. Həssas yanaşma və peşəkarlıq bunu tələb edir. Peşəkarlıq tələb edir ki, mübahisə tərəflərinin şəxsi həyatlarının nə dərəcədə ictimai məzmun daşıdığı, onların belə bir...

23 Fevral 2026, 14:12

Ölkə başçısı Kəmaləddin Heydərovun iki müavini işdən azad etdi

Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar.APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

23 Fevral 2026, 14:10

DSX bu işlərə 1 milyon ayırdı 

Dövlət Sərhəd Xidməti dərman preparatları və camaşırxana avadanlıqlarının satınalınması üzrə tender elan edib.Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti təsərrüfat və tibbi təchizatın yenilənməsi məqsədilə tender müsabiqələrinə start verdiyini elan edir.Müsabiqə üzrə nəzərdə tutulan ehtimal olunan ümumi məbləğ 1.058.463,96 (bir milyon əlli səkkiz min dörd yüz altmış üç manat doxsan altı qəpik) azn təşkil edir.Satınalmada camaşırxana və məişət avadanlıqlarının, habelə müxtəlif növ dərman preparatları və sarğı materiallarının tədarükünü nəzərdə tutur....

23 Fevral 2026, 13:38