Bizə yazın

Baku

-°C

USD

-

MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib 

Cəmiyyət 23 Fevral 2026, 16:33

238

Müdafiə Nazirliyinin “İstirahət evi”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktına görə, İlham Haqverdiyev xidməti vəzifəsini icra edərkən “İstirahət evi”nin müfəttiş vakansiyasına qəbul üçün 2500 manat, xadimə vakansiyasına görə 1000 manat, əmək müqaviləsinin uzadılması üçün 800 manat, növbə dəyişdirilməsi üçün 500 manat olmaqla, ümumilikdə 4800 manat rüşvət alıb.

Təqsirləndirilən İlham Haqverdiyev özünü təqsirli bilməyib. Məhkəmə prosesi şahid ifadələri ilə davam edib.

Cinayət işi üzrə şahid qismində tanınan, əvvəllər “İstirahət evi”nin Maddi-texniki təminat bölməsinin rəisi olmuş, hazırda isə “İstirahət evi”nin rəisi vəzifəsini icra edən Muraz Həsənov ifadə verib.

Bildirib ki, İlham Haqverdiyevlə ötən ilin əvvəlində tanış olub. Onun sözlərinə görə, İ. Haqverdiyev vəzifəyə yeni təyin olunduğu dövrdə iclaslar keçirərək “İstirahət evi”ndə vakansiyaların olduğunu və yeni şəxslərə ehtiyac yarandığını deyib: “Əməkdaşımız bacısı oğlunu işə düzəltmək istədiyini dedi. Mən məsələni İlham Haqverdiyevə çatdırdım. Sənədlər hazırlandı, əmr verildi və 2500 manat onların xidməti otağında mənə təqdim olundu. Mən də həmin pulu İlham Haqverdiyevə verdim. Sonra sürücümüz bacısını xadimə kimi işə düzəltmək istədiyini dedi. Bu barədə də İlham Haqverdiyevə məlumat verdim. 1500 manata razılaşdıq, lakin əmr çıxandan sonra qarşı tərəf yalnız 1000 manat verə bildi. Həmin məbləği də aparıb İlham Haqverdiyevə təqdim etdim”.

Şahid əlavə edib ki, 65 yaşlı əməkdaş da əmək müqaviləsinin bir il uzadılması üçün ondan kömək istəyib: “Bu barədə də İlham Haqverdiyevə məlumat verdim. Müqavilə bir il uzadıldı və bunun üçün 800 manat verildi. Həmin pulu da ona çatdırdım. Gündüz növbəsində çalışan əməkdaş növbəsini dəyişmək istədiyini dedi. İlham Haqverdiyevin razılığı ilə mənə 500 manat verildi, onu da aparıb təqdim etdim”.

Şahid əlavə edib ki, müəssisədə vəzifələr üzrə İlham Haqverdiyev tərəfindən müəyyən məbləğlər müəyyənləşdirilib: “Məsələn, xadimə işi üçün 1000 manat, bağban üçün 1500 manat müəyyən edilmişdi. Əməkhaqqı yüksək olduqca məbləğ də artırdı. Mənə müfəttiş vakansiyası üçün 2500 manat, xadimə üçün 1000 manat, müqavilə uzadılması üçün 800 manat, növbə dəyişdirilməsi üçün 500 manat təqdim olunub və hamısını İlham Haqverdiyevə vermişəm. Mənə isə ümumilikdə 1000 manat çatıb”.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, işə götürülənlərdən alınan rüşvətin müəyyən məbləği ona verilib: “Maddi-texniki təminat bölməsinin rəhbəri olmuşam. Bizə verilən avtobusları rəngləmişəm, 650 manat xərc çəkmişəm. Verilən 500 manatı ora sərf etmişəm. Həmçinin televizor almışam, çatışmayan avadanlıqları öz vəsaitim hesabına təmin etmişəm”.

Vəkilin suallarına cavab olaraq isə o, “Cari təmir üçün vəsait nazirlik tərəfindən ayrılır. Lakin bunun üçün təqdimat yazılmalı, göndərilməli, baxılmalıdır, yəni vəsait ayrılması vaxt aparır. Rəhbərlik istirahətə gedəndə narazılıq olmasın deyə bəzi işləri öz hesabıma görürdüm”, cavabını verib.

İlham Haqverdiyevin vəkili prosesdə onu da bildirib ki, müdafiə etdiyi şəxs məhz Muraz Həsənovun şikayəti əsasında saxlanılıb.

Şahid istintaqın onun ifadəsi əsasında başlandığını təsdiqləyib.

Məhkəməyə sədrlik edən hakim isə deyib ki, istintaqa rüşvətlə bağlı müraciət olmayıb, Hərbi hospitalın Maddi texniki təminat bölməsinin rəisi Azər Paşayevin cinayət işi üzrə şahid qismində ifadə verən Murğuz Həsənovun şahid ifadəsi əsasında başlandığını bildirib.

Vəkil, həmçinin Muraz Həsənovun digər şahidlərə təsir imkanının olduğunu əsas gətirərək, onun tutduğu vəzifədən uzaqlaşdırılması üçün müdafiə naziri Zakir Həsənova müraciət etdiyini bildirib.

Məhkəmənin növbəti prosesi martın 2-nə təyin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Ötən ilin dekabr ayında həbs müddəti 1 ay 20 gün uzadılıb.

Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xətai rayonunda qəzalı su xətləri yenilənib 

Bakının Xətai rayonunda evlərin altında qalan magistral su xətti əvəzlənərək yeri dəyişdirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilib ki, rayonun Rəşid Bağırov küçəsi 36 ünvanından keçən diametri 500 mm olan magistral su xəttinin və diametri 1200 mm olan dairəvi tullantı su kollektorunun üzərində fərdi yaşayış evinin yaratdığı izafi yüklənmə, eləcə də bu səbəbdən xətlərə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində içməli su xəttində və tullantı kollektorunda baş verən qəza ilə əlaqədar içməli su xəttinin yenisi ilə əvəzlənməsi istiqamətində tikinti-bərpa işləri yekunlaşır.Xidmətin müvafiq strukturları 500 millimetrlik çuğun xəttin 100...

23 Fevral 2026, 17:38

Ali Məhkəmənin kollegiya sədri: Süni intellekt hakimi əvəz edə bilməz 

Qərar verən əsas subyekt hakimdir, süni intellekt isə yalnız yardımçı vasitə kimi çıxış edir. Çünki qərar layihələrinin qəbulu zamanı insana xas olan ədalət hissi, humanizm və mütənasibliyin qiymətləndirilməsi kimi xüsusiyyətlər həlledici rol oynayır. Bu baxımdan, süni intellekt hakimi əvəz edə bilməz.Bunu AZƏRTAC-a açıqlamasında Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev bildirib.O deyib ki, süni intellektin tətbiq imkanları hakimlər üçün qərarların hazırlanması prosesində faydalı ola bilər: “Xüsusilə beynəlxalq təcrübənin öyrənilməsi, müəyyən hüquqi məsələlər üzrə yanaşmaların araşdırılması, qanunvericiliyin təhlili, eləcə də Plenum qərarlarının hazırlanması zamanı süni intellektdən səmərəli şəkildə istifadə etmək mümkündür. Bununla yanaşı, hakimlərin fəaliyyətinin optimallaşdırılması baxımından...

23 Fevral 2026, 17:30

AFFA rəhbərliyi Banişevskinin məzarını ziyarət edib 

FFA rəhbərliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri və futbol veteranları Azərbaycan futbol tarixinin parlaq simalarından olmuş, uzun illər “Neftçi” klubunun şərəfini qorumuş, SSRİ millisinin heyətində çıxış etmiş və öz dövrünün ən güclü, ən istedadlı hücumçularından olmuş Anatoli Banişevskinin anadan olmasının 80-ci ildönümündə mərhum futbolçunun məzarını ziyarət edib.AFFA-dan Citypost.az-a bildirilib ki, onun məzarının üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib....

23 Fevral 2026, 17:24

"WhatsApp"a çoxdan gözlənilən funksiya gəlir

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan "WhatsApp" istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq yeni bir funksiya üzərində işləyir.Modern.az xəbər verir ki, "WhatsApp" istifadəçilərə mesajların çatlarda avtomatik olaraq göndərilməsini planlaşdırmağa imkan verən yeni bir sistemi sınaqdan keçirir. Bu yenilik istifadəçilərə mesajların müəyyən bir vaxtda və tarixdə avtomatik olaraq alıcıya çatdırılmasını təmin edəcək. Həm fərdi, həm də qrup söhbətlərində işləməsi gözlənilən bu funksiya ünsiyyəti daha praktik və səysiz etməyi hədəfləyir.Bu xüsusiyyət tətbiqin sınaq versiyalarını araşdıran məşhur platforma olan "WABetaInfo" tərəfindən iOS üçün "WhatsApp"ın 26.7.10.72 beta versiyasında kəşf edilib. Gələcəkdə "Planlaşdırılmış Mesajlar" adlandırılması gözlənilən bu yenilik gündəlik mesajlaşma qaydalarını tamamilə dəyişdirəcək. İstifadəçilər sadəcə...

23 Fevral 2026, 17:12

Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri işdən çıxarılıb 

Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Elnur İbrahimov vəzifəsindən azad edilib.APA xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.Bəxtiyar Məmmədovun digər sərəncamı ilə həmin vəzifənin müvəqqəti icrası Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədova həvalə edilib.

23 Fevral 2026, 16:35

Astarada 10 kq narkotik aşkarlanıb 

Astarada 10 kiloqram narkotik vasitə aşkarlanıb.APA-nın cənub bürosunun xəbərinə görə, Astara rayonunda məhkum olunmuş 35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova saxlanılıblar. Həmin şəxslərdən ölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayan narkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuana aşkarlanıb.Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

23 Fevral 2026, 16:34