Apteklərdə yoxlama aparılır
Cəmiyyət 26 Fevral 2026, 12:57
201
2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.
Bu barədə Citypost.az AEM-dən məlumat verilib.
Yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
Həmçinin oxuyun
Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.
Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yuriy Husyev:Xocalıdakı günahsız qurbanları üçün yas saxlayırıq
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib.Citypost.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində paylaşım edib.“Bu faciəvi gündə Xocalıdakı günahsız qurbanların xatirəsini yad edir, qarşılarında baş əyib, onlar üçün yas saxlayırıq”, - səfir qeyd edib.
26 Fevral 2026, 14:07
Milli Məclisin üzvləri “Ana harayı” abidəsini ziyarət etdilər
Fevralın 26-da Milli Məclisin üzvləri, Milli Məclis Aparatının və İşlər idarəsinin əməkdaşları Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.Citypost.az xəbər verir ki, Milli Məclisin kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüb.
26 Fevral 2026, 13:51
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib.APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.O qeyd edib ki, Ukrayna da öz növbəsində 35 hərbçinin meyitini Rusiyaya təhvil verib.
26 Fevral 2026, 13:50
Sabahın hava proqnozu açıqlanıb
Fevralın 27-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivəşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi bəzi...
26 Fevral 2026, 13:40
Sumqayıtda 8 aylıq hamilə xəstəxanada vəfat edib
Sumqayıt Tibb Mərkəzi 8 aylıq hamilənin xəstəxanada ölməsi ilə bağlı məlumat yayıb.Qurumdan "Report"un yerli bürosuna bildirilib ki, fevralın 26-sı saat 02:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1996-cı il təvəllüdlü qadın hospitalizasiya olunub.Pasiyentə naməlum mənşəli komatoz vəziyyət, aqonal hal diaqnozları təyin edilib və zəruri tibbi yardım göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 02:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.Ölümün dəqiq səbəbləri təşrihin nəticələrindən sonra məlum olacaq....
26 Fevral 2026, 13:24
"Mixaylo" ləqəbli Xocalı şəhidi kim idi?
Xocalının özünümüdafiə qəhrəmanı, Milli Qəhrəman Tofiq Hüseynovun bu gün anım günüdür.Citypost.az xəbər verir ki, Tofiq Hüseynov “Mixaylo” ləqəbi ilə tanınırdı. O, 19 aprel 1954-cü ildə Xocalıda anadan olan Tofiq 1961–1971-ci illərdə yerli məktəbdə təhsil alıb, 1974–1976-cı illərdə sovet ordusunda xidmət edib.1991-ci ildə yaradılan Xocalı özünümüdafiə taborunun komandiri olan Tofiq Hüseynov erməni silahlı qüvvələrinə qarşı cəsarətli əməliyyatlara rəhbərlik edib. Naragux və Mehdikənd istiqamətlərində düşmənin artilleriya qurğularını məhv edən, onlarla düşməni əsir götürən Hüseynov, 26 fevral 1992-ci ildə Xocalıda baş verən soyqırım zamanı yüzlərlə dinc sakinləri təhlükəsiz yerə çıxarmağı bacarıb. Son döyüşündə isə düşmənin yaxınlığındakı qüvvələri partladaraq şəhid olub.Tofiq Hüseynov ailəli idi...
26 Fevral 2026, 12:46