Bizə yazın

Baku

-°C

USD

-

Yuriy Husyev:Xocalıdakı günahsız qurbanları üçün yas saxlayırıq

Cəmiyyət 26 Fevral 2026, 14:07

217

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib.

Citypost.az  xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində paylaşım edib.

“Bu faciəvi gündə Xocalıdakı günahsız qurbanların xatirəsini yad edir, qarşılarında baş əyib, onlar üçün yas saxlayırıq”, - səfir qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ermənistan Gürcüstandan izahat tələb edir 

Ermənistan tərəfi Gürcüstanda Kobi gömrük terminalında Ermənistandan olan yük avtomobillərinin saxlanılması ilə bağlı Tbilisidən rəsmi cavab gözləyir.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan danışıb.Papoyanın sözlərinə görə, saxlanmanın hansı səbəbdən baş verdiyi hələlik aydın deyil.Gürcüstan tərəfinin verdiyi məlumata əsasən, maliyyə polisi müəyyən risklər aşkarlayıb. Lakin həmin risklərin detalları və mümkün pozuntular barədə hələ ki, açıqlama verilməyib....

26 Fevral 2026, 15:05

Xocalı soyqırımının 34-cü ildönümü Ukrayna paytaxtında qeyd olunub 

Ukrayna paytaxtı Kiyev şəhərində Xocalı soyqırımının 34-cü ildönümü qeyd edilib."Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyev Akademik Milli Operetta Teatrında anım mərasimi təşkil olunub.Anım tədbirində Ukraynada akkreditə olunmuş səfirlər, diplomatlar, ukraynalı tarixçilər, alimlər, ali təhsil ocaqlarının rektorları və müəllimləri, tələbə heyəti və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir sıra ölkəsində, o cümlədən ABŞ-nin 18 ştatında Xocalı soyqırımının tanındığını xatırladan S.Mərdəliyev...

26 Fevral 2026, 14:46

Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb 

Sumqayıt şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri və qazilər, Sumqayıtda məskunlaşan Xocalı sakinləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Bu barədə Citypost.az İH-dən məlumat verilib.Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Xocalı sakinləri ilə görüşərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı...

26 Fevral 2026, 14:44

İran hava məkanını bağlayıb. 

İran dəniz zonası üzərində hava məkanını bağlayıb.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar Azərbaycanla sərhəd boyunca bütün hava məkanını əhatə edir.İran Azərbaycanla sərhəd boyunca hava məkanının NOTAM bağlanması barədə bildiriş yayıb. Yayımlanan məlumata görə, Azərbaycanla sərhəd yaxınlığında pilotsuz uçuş aparatları yer səviyyəsindən 10 000 futadək (təxminən 3 300 metr) hündürlükdə istifadə olunacaq.İran mediasının məlumatına görə, son günlərdə İran hərbi dronlarının uçuşlarının artması müşahidə olunub və bu, ekspertlərin fikrincə, ərazidə hərbi təlimlərin keçirildiyini göstərir....

26 Fevral 2026, 14:42

Milli Məclisin üzvləri “Ana harayı” abidəsini ziyarət etdilər 

Fevralın 26-da Milli Məclisin üzvləri, Milli Məclis Aparatının və İşlər idarəsinin əməkdaşları Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.Citypost.az xəbər verir ki, Milli Məclisin kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüb.

26 Fevral 2026, 13:51

Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib 

Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib.APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.O qeyd edib ki, Ukrayna da öz növbəsində 35 hərbçinin meyitini Rusiyaya təhvil verib.

26 Fevral 2026, 13:50