Dilçilik İnstitutunun direktoru absurd cərimələndi – Fazil Mustafa narazıdır
Siyasət 26 Fevral 2026, 12:54
967
Rusiyanın Ukraynadan nə istədiyini çoxdan başa düşmüşük. ABŞ-ın da niyə İranın yaxasından yapışmasını az-çox anlamağa çalşırıq. Televiziyalarla bağlı aparılan müzakirələrin, sosial şəbəkədə söyüş və təhqirə görə məsuliyyətin sərtləşdirilməsinin mahiyyətini də anlayırıq. Anlamadığımız və heyrətlə qarşıladığımız bəlkə də bir çoxlarına əhəmiyyətsiz görünən bir məsələ var. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru inzibati məsuliyyətə cəlb edilib. Həm də nəyə görə? Deməli, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Dilçilik İnstitutunun direktoru, Filologiya elmləri doktoru, professor Nadir Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması) maddəsi cərimə protokolu tərtib olunub.
Direktorun cərimələnməsinə səbəb isə işçilər arasında baş verən dava olub. Belə ki, institutun iki qadın əməkdaşı arasında şəxsi münaqişə baş verib. Yəni "Matroslar savaşarkən araya girməzlər" qəbilindən bir hadisə baş verib. Sonradan münaqişə işçilər tərəfindən öz aralarında həll olunub və heç bir ağır nəticə yaranmayıb. Yəni ölüm, xəsarət, maddi ziyan və s. ortada yoxdur.
Həmin davaya görə Nadir Məmmədli İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib və 1300 manat məbləğində cərimə edilib. Direktor buna etiraz edərək apelliyasiya şikayəti verib. O qeyd edib ki, baş verən münaqişə nəticəsində heç kim sağlamlıq itkisinə məruz qalmayıb, heç bir tibbi yardıma ehtiyac yaranmayıb və hadisə işçilər tərəfindən öz aralarında həll olunub. Nadir müəllim bu olayı “istehsalatda bədbəxt hadisə” kimi təqdim etməyi və onun tərəfindən hadisənin gizlədilməsini tamamilə əsassız iddia hesab edib. Lakin institut direktorunun şikayəti təmin edilməyib.
Acınacaqlı olan iki institut əməkdaşı tərəfindən şəxsi zəminində, baş verən, yəni Azərbaycan dilinin qorunması, saflığı, gələcək taleyi ilə qətiyyən əlaqəsi olmayan münaqişə deyil, onun bu cür ağlasılmaz şəkildə hüquqi qiymətləndirilməsidir. Demək, institut direktoru ötən ilin oktyabr ayında müstəqillik günü ilə bağlı iclas keçirib, iki xanım işçi iclasdan yayınaraq çölə çıxıb biri-biri ilə "razborka" aparmağa başlayıb, ola bilsin ki, kiçik bir saçyolma və söyüş partiyası da baş verib, sonra da ayrılıb gəlib öz işlərini davam etdiriblər. Dərhal əmək müfəttişliyi bunu istehsalatda bədbəxt hadisə kimi qiymətləndirib və ayda 1150 manat maaş alan direktor üçün nə az, nə çox- 1300 manat cərimə protokolu tərtib edib. Professor Nadir Məmmədlini yaxşı tanıyıram, dilimizin saflığının qorunması üçün hər cür fədakarlıq edən, cüzi maddi imkanlarını dəyərli kitabların çapına yönəldən bir ziyalımızdır. Hələ də anlamaq olmur, dilçilik İnstitutu istehsalatdırmı, yaxud da iki qadının bir-biri ilə şəxsi zəmində sözləşməsi və sülh yolu ilə ayrılması bədbəxt hadisədirmi? Son illərin bəlkə də ən absurd qərarı ilə qarşılaşdığımı gizlətmirəm. Bundan sonra Dilçilik İnstitunun Əsasnaməsinə gərək "dil istehsal edən müəssisə" sözləri yazılsın ki, bura da istehsalat kimi tanınsın. Yaxşı ki, hələ emal müəssisəsi kimi qələmə verməyiblər. Dilçilik İnstitutunun adını daşıdığı Nəsiminin dərisini də deyəsən bu cür absurd ittihamla soymuşdular. Burada deyirlər e, tarix təkrarlanır.
Fazil Mustafa
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bünyamin Qənbərli: "Zəngəzur dəhlizində ABŞ-Rusiya mübarizəsi gedir”
Azərbaycan və Ermənistan arasında bölgədə nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə nəzərdə tutulan dəmir yolu layihəsi ilə bağlı proseslər regionda maraqlı tərəflərin diqqət mərkəzindədir. Son dövrlərdə layihənin reallaşması ilə bağlı ABŞ və Rusiya amillərinin rolu xüsusilə aktuallaşıb.Siyasətçi Bünyamin Qəmbərli Citypost.az-a açıqlamasında bildirdi ki, bir vaxtlar Ermənistan Rusiyanın bölgəyə gəlişini istəmirdi, Azərbaycan isə bunu qəbul edirdi. Lakin ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistanın layihə üzrə razılığa gəlməsi Rusiyanı narahat edib. Onun sözlərinə görə, Amerikanın bölgəyə daxil olması Rusiyanın təsir dairəsinin azalması deməkdir və Moskva bunu həzm edə bilmir.B. Qəmbərli vurğulayıb ki, əvvəllər Rusiya layihənin ABŞ iştirakı olmadan səmərəli görünməyəcəyini bildirərək ehtiyatlı...
26 Fevral 2026, 11:42
Ceyhun Bayramovla Fuad Oktay Ermənistanla sülh prosesini müzakirə edib
Ceyhun Bayramovla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdik.APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
24 Fevral 2026, 13:46
Pərvanə Vəliyeva:“Xocalı soyqırımı insanlıq tarixində misli görünməmiş faciədir”
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.Soyqırım hadisəsi zamanı Xocalıdan olan 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl idi. Bundan başqa, 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. 487 insan şikəst olub, 1275 nəfər isə əsir götürülmüşdür. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Faciə nəticəsində sağ qalan sakinlər məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Xocalı...
24 Fevral 2026, 12:05
Millət vəkili:Azərbaycan qlobal sülhdə aparıcıdır
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasət nəticəsində ölkəmiz beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınırMilli Məclisin deputatı Ülviyyə Həmzəyeva Citypost.az saytına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, ölkə başçısı İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakı, müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və söz sahibinə çevrilməsinin növbəti bariz nümunəsidir.Deputat vurğulayıb ki, bu, həmçinin Prezident İlham Əliyevin uzunmüddətli, uzaqgörən və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsidir. “Azərbaycan artıq təkcə regionda deyil, daha geniş geosiyasi məkanda sülh, təhlükəsizlik və əməkdaşlıq təşəbbüslərinin müəllifi və aparıcı iştirakçısı kimi çıxış...
20 Fevral 2026, 14:28
Azər Həsrət:Təxribat cəhdləri ölkəmizin nüfuzunu sarsıda bilmədi
ABŞ-da keçirilmiş beynəlxalq Sülh Şurasının toplantısında Azərbaycan üçün əlamətdar məqamlar yaşanıb.Jurnalist Azər Həsrət Citypost.az saytına açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trump və vitse-prezident C.D. Vens Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan dövləti haqqında xoş sözlərini dəfələrlə səsləndirərək təqdirlərini ifadə ediblər.Azər Həsrət vurğulayıb ki, belə münasibət Azərbaycanın beynəlxalq gündəmdə mövqeyini gücləndirib və ölkənin dünya səhnəsində diqqət mərkəzində olmasına səbəb olub. Jurnalist həmçinin Prezident İlham Əliyevin qaldığı otelin qarşısında baş verən təxribat cəhdlərinə toxunub. Onun sözlərinə görə, təxribatın əsas təşkilatçılarından biri Amerika Erməni Milli Komitəsi olub və bəzi ABŞ konqresmenləri, o cümlədən Frank Palloni və Laura Friedman, anti-Azərbaycan təbliğat kampaniyasında fəal...
20 Fevral 2026, 11:21
Milli Məclisin iclası başlayıb
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyində "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında qanun layihəsi daxil olmaqla, ümumilikdə 10 məsələ var.İclas spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
20 Fevral 2026, 10:48