Bünyamin Qənbərli: "Zəngəzur dəhlizində ABŞ-Rusiya mübarizəsi gedir”
Siyasət 26 Fevral 2026, 11:42
392
Azərbaycan və Ermənistan arasında bölgədə nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə nəzərdə tutulan dəmir yolu layihəsi ilə bağlı proseslər regionda maraqlı tərəflərin diqqət mərkəzindədir. Son dövrlərdə layihənin reallaşması ilə bağlı ABŞ və Rusiya amillərinin rolu xüsusilə aktuallaşıb.
Siyasətçi Bünyamin Qəmbərli Citypost.az-a açıqlamasında bildirdi ki, bir vaxtlar Ermənistan Rusiyanın bölgəyə gəlişini istəmirdi, Azərbaycan isə bunu qəbul edirdi. Lakin ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistanın layihə üzrə razılığa gəlməsi Rusiyanı narahat edib. Onun sözlərinə görə, Amerikanın bölgəyə daxil olması Rusiyanın təsir dairəsinin azalması deməkdir və Moskva bunu həzm edə bilmir.
B. Qəmbərli vurğulayıb ki, əvvəllər Rusiya layihənin ABŞ iştirakı olmadan səmərəli görünməyəcəyini bildirərək ehtiyatlı mövqe sərgiləyirdi. İndi isə açıq şəkildə qeyd edir ki, Ermənistanın dəmir yolları Rusiyanın nəzarətindədir və onun iştirakı olmadan layihənin həyata keçirilməsi mümkün deyil. Eyni zamanda, Ermənistan sərhədlərinin qorunması da Rusiyanın təsiri altında olduğundan, Ermənistan bəzi məsələləri Rusiyanın vasitəçiliyi ilə həll etmək məcburiyyətində qalır.
Siyasətçi qeyd edib ki, Rusiya dəfələrlə dəmir yolunun seçimi və tikintinin sürətləndirilməsi ilə bağlı müraciət etsə də, əsas məqsəd prosesləri ləngitmək və öz maraqlarını təmin etməkdir. O bildirib ki, Rusiyanın təsir imkanları aşağıdakı formada özünü göstərə bilər: tikintini maksimum dərəcədə yubatmaq, nəzarətində olan dəmir yolları üzərində əlavə problemlər yaratmaq və Ermənistanın Rusiyanın təsirindən çıxmasının qarşısını almaq üçün daxili çaxnaşmalar yaratmaq.
Bünyamin Qəmbərli eyni zamanda vurğulayıb ki, Ermənistan daxilində Rusiyaya meyilli qüvvələr zəif deyil, lakin baş nazir Nikol Paşinyan və qərb tərəfdən dəstəklənən qüvvələr Rusiyanın planlarını pozmaq gücünə malikdir. O əminliyini ifadə edib ki, Azərbaycan və Ermənistan siyasi iradə göstərsə, Rusiya bu layihəyə ciddi təsir göstərə bilməyəcək.
Siyasətçinin fikrincə, ABŞ-ın viz-prezidentinin regiona səfəri və İlham Əliyev ilə Paşinyanın qarşılıqlı görüşləri layihənin sürətləndirilməsinə təkan verəcək. O proqnozlaşdırıb ki, 2026-cı ildə Ermənistan hissəsində dəmir yolunun tikintisinə başlanacaq, 2027-ci ildə işlər yekunlaşacaq və 2028-ci ildə marşrut tam gücü ilə fəaliyyətə başlayacaq.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dilçilik İnstitutunun direktoru absurd cərimələndi – Fazil Mustafa narazıdır
Rusiyanın Ukraynadan nə istədiyini çoxdan başa düşmüşük. ABŞ-ın da niyə İranın yaxasından yapışmasını az-çox anlamağa çalşırıq. Televiziyalarla bağlı aparılan müzakirələrin, sosial şəbəkədə söyüş və təhqirə görə məsuliyyətin sərtləşdirilməsinin mahiyyətini də anlayırıq. Anlamadığımız və heyrətlə qarşıladığımız bəlkə də bir çoxlarına əhəmiyyətsiz görünən bir məsələ var. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru inzibati məsuliyyətə cəlb edilib. Həm də nəyə görə? Deməli, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Dilçilik İnstitutunun direktoru, Filologiya elmləri doktoru, professor Nadir Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması) maddəsi cərimə protokolu tərtib olunub.Direktorun cərimələnməsinə səbəb isə işçilər arasında...
26 Fevral 2026, 12:54
Ceyhun Bayramovla Fuad Oktay Ermənistanla sülh prosesini müzakirə edib
Ceyhun Bayramovla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdik.APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
24 Fevral 2026, 13:46
Pərvanə Vəliyeva:“Xocalı soyqırımı insanlıq tarixində misli görünməmiş faciədir”
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.Soyqırım hadisəsi zamanı Xocalıdan olan 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl idi. Bundan başqa, 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. 487 insan şikəst olub, 1275 nəfər isə əsir götürülmüşdür. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Faciə nəticəsində sağ qalan sakinlər məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Xocalı...
24 Fevral 2026, 12:05
Millət vəkili:Azərbaycan qlobal sülhdə aparıcıdır
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasət nəticəsində ölkəmiz beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınırMilli Məclisin deputatı Ülviyyə Həmzəyeva Citypost.az saytına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, ölkə başçısı İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakı, müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və söz sahibinə çevrilməsinin növbəti bariz nümunəsidir.Deputat vurğulayıb ki, bu, həmçinin Prezident İlham Əliyevin uzunmüddətli, uzaqgörən və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsidir. “Azərbaycan artıq təkcə regionda deyil, daha geniş geosiyasi məkanda sülh, təhlükəsizlik və əməkdaşlıq təşəbbüslərinin müəllifi və aparıcı iştirakçısı kimi çıxış...
20 Fevral 2026, 14:28
Azər Həsrət:Təxribat cəhdləri ölkəmizin nüfuzunu sarsıda bilmədi
ABŞ-da keçirilmiş beynəlxalq Sülh Şurasının toplantısında Azərbaycan üçün əlamətdar məqamlar yaşanıb.Jurnalist Azər Həsrət Citypost.az saytına açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trump və vitse-prezident C.D. Vens Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan dövləti haqqında xoş sözlərini dəfələrlə səsləndirərək təqdirlərini ifadə ediblər.Azər Həsrət vurğulayıb ki, belə münasibət Azərbaycanın beynəlxalq gündəmdə mövqeyini gücləndirib və ölkənin dünya səhnəsində diqqət mərkəzində olmasına səbəb olub. Jurnalist həmçinin Prezident İlham Əliyevin qaldığı otelin qarşısında baş verən təxribat cəhdlərinə toxunub. Onun sözlərinə görə, təxribatın əsas təşkilatçılarından biri Amerika Erməni Milli Komitəsi olub və bəzi ABŞ konqresmenləri, o cümlədən Frank Palloni və Laura Friedman, anti-Azərbaycan təbliğat kampaniyasında fəal...
20 Fevral 2026, 11:21
Milli Məclisin iclası başlayıb
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyində "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında qanun layihəsi daxil olmaqla, ümumilikdə 10 məsələ var.İclas spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
20 Fevral 2026, 10:48