Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası məlumat yayıb
Cəmiyyət 26 Fevral 2026, 15:29
177
Son günlər bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bir neçə əməkdaşın işdən azad olunması ilə bağlı həqiqətə uyğun olmayan və əsassız məlumatlar yayılıb.
Citypost.az AHİK-na istinadən xəbər verir ki, məlumatda bildirir: "Fəaliyyətimizə və işgüzar nüfuzumuza xələl gətirən bu cür yanlış və ictimaiyyəti çaşdıran məlumatların yayılması qəbuledilməzdir və jurnalistika etikasına sığmır. Media subyektlərini dərc etməzdən əvvəl xəbəri rəsmi mənbələrdən dəqiqləşdirməyə, peşə etikasına riayət etməyə və qüvvədə olan media qanunvericiliyinin tələblərinə əməl etməyə çağırırıq.
Həmçinin oxuyun
AHİK ilə bağlı bu yanlış və əsassız məlumatı yayımlayan media orqanlarından təkzib vermələrini və gələcək fəaliyyətlərində daha diqqətli olmalarını xahiş edirik".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Milli Məclis Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət etdi
Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına, parlamentlərin beynəlxalq komitələrinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb.Citypost.az xəbər verir ki, müraciətlərdə Azərbaycan xalqının bu il Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yad etdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşı törədilmiş bu amansız qətliamın XX əsrdə bəşəriyyətə qarşı həyata keçirilmiş ən ağır və dəhşətli cinayətlərdən biri kimi tarixə düşdüyü vurğulanır.Bildirilir ki, bu soyqırım zamanı etnik mənsubiyyətlərinə görə 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla, 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib,...
26 Fevral 2026, 16:30
FHN kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib.APA Citypost.az-a Mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 26-da nazirliyin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.Abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
26 Fevral 2026, 16:28
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu.Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma Memorial barədə məlumat verdi.Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti...
26 Fevral 2026, 15:46
Xalq artistinin həyat yoldaşı vəfat etdi
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin xanımı dünyasını dəyişib.CityPost.az xəbər verir ki,bu barədə Oxu24.com-a onun ailəsindən məlumat verilib.Məlumata görə,Xalq artistinin həyat yoldaşı Zümrüd Əzizbəyli xəstəlikdən vəfat edib.O,75 yaşında beyinə qansızma nəticəsində dünyasını dəyişib.Zümrüd Əzizbəyli bu gün həyat yoldaşı,mərhum Xalq artistinin yanında,"Qurd Qapısı" qəbiristanlığında dəfn olunub.Allah rəhmət etsin.
26 Fevral 2026, 15:35
Ermənistan Gürcüstandan izahat tələb edir
Ermənistan tərəfi Gürcüstanda Kobi gömrük terminalında Ermənistandan olan yük avtomobillərinin saxlanılması ilə bağlı Tbilisidən rəsmi cavab gözləyir.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan danışıb.Papoyanın sözlərinə görə, saxlanmanın hansı səbəbdən baş verdiyi hələlik aydın deyil.Gürcüstan tərəfinin verdiyi məlumata əsasən, maliyyə polisi müəyyən risklər aşkarlayıb. Lakin həmin risklərin detalları və mümkün pozuntular barədə hələ ki, açıqlama verilməyib....
26 Fevral 2026, 15:05
Xocalı soyqırımının 34-cü ildönümü Ukrayna paytaxtında qeyd olunub
Ukrayna paytaxtı Kiyev şəhərində Xocalı soyqırımının 34-cü ildönümü qeyd edilib."Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyev Akademik Milli Operetta Teatrında anım mərasimi təşkil olunub.Anım tədbirində Ukraynada akkreditə olunmuş səfirlər, diplomatlar, ukraynalı tarixçilər, alimlər, ali təhsil ocaqlarının rektorları və müəllimləri, tələbə heyəti və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir sıra ölkəsində, o cümlədən ABŞ-nin 18 ştatında Xocalı soyqırımının tanındığını xatırladan S.Mərdəliyev...
26 Fevral 2026, 14:46