Bizə yazın

Baku

-°C

USD

-

Özəl klinika “pul gətir, əməliyyat edim” deyə bilərmi? – Hüquqi vəziyyət  

Hüquq 26 Fevral 2026, 15:58

279

Son zamanlar bir çox vətəndaş özəl klinikalarda əməliyyat üçün tələb olunan depozit və ya qabaqcadan ödənişlərlə bağlı problemlərlə üzləşir. Misal üçün, bir xəstə müəyyən əməliyyatı dövlət xəstəxanasında edə bilmədiyi üçün özəl klinikaya müraciət edir. Lakin klinika əvvəlcədən yüksək məbləğ tələb edir və depozit yatırılmasa, əməliyyatın edilməyəcəyini bildirir.

Citypost.az xəbər verir ki, hüquqşünasların açıqlamasına görə, belə hallar qanunsuz sayılır. Həkim və ya klinika sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, əsas məqsəd insan sağlamlığını qorumaqdır. Bu səbəbdən tibbi xidmət göstərməkdən imtina etmək və xəstəyə qabaqcadan pul ödənişi tələb etmək hüquqi cəhətdən düzgün deyil.

Qanunvericiliyə görə, tibbi xidmət iki növə ayrılır: planlı və plandan kənar. Planlı əməliyyatlarda xəstə müəyyən müddət gözləyə bilər, məsələn, əməliyyat üç ay sonra təyin olunur. Plandan kənar hallarda isə əməliyyat dərhal həyata keçirilməlidir. Əgər belə bir xidmət gecikdirilərsə və ya xəstəyə imtina edilirsə, həm klinika, həm də həkim hüquqi məsuliyyət daşıyır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alimentin azaldılması hansı hallarda  mümkündür? 

Ailə münasibətlərində ayrılıqdan sonra aliment məsələləri tez-tez mübahisələrə səbəb olur. Misal üçün ailə qurduğu şəxsdən ayrılan bir qadına 300 manat aliment müəyyən edilmişdi. İndi uşağın atası məhkəməyə müraciət edərək alimentin azaldılmasını tələb edib. Məhkəmə ayın 18-də keçiriləcək. Bu müddət ərzində borcun yığıldığı iddiası da gündəmə gəlir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, qanuna görə, aliment məbləğinin azaldılması yalnız ciddi əsaslar olduqda mümkündür. Xüsusilə uşağın xərclərinin artması və ya valideynin maddi vəziyyətində ciddi dəyişikliklər varsa, məhkəmə qərar verə bilər. Əks halda, əvvəlcədən müəyyən olunmuş məbləğ qalır.Mütəxəssislər həmçinin məhkəməyə təqdim olunacaq etiraz ərizəsinin düzgün əsaslandırılmasının vacibliyini vurğulayır. Orada uşağın xərclərinin necə qarşılandığı...

26 Fevral 2026, 13:02

Ata bütün evləri oğluna verir, qızın hüquqları nə olur?  

Bir çox valideynin əmlakını övladları arasında bölüşdürməsi bəzən mübahisələrə səbəb olur. Məsələn, ata adına bir neçə ev varsa və bütün evləri oğluna bağışlayırsa, qızın hüquqları necə qorunur?Citypost.az xəbər verir ki, hüquqi baxımdan, Azərbaycan qanunvericiliyi məcburi pay hüququnu təmin edir. Yəni, ata vəsiyyətnamə ilə bütün əmlakını oğluna versə belə, qızın da məcburi payı qalır. Məsələn, əmlakın ümumi dəyəri 100 000 manatdırsa, oğul və qız arasında yarı-yarı pay nəzərdə tutulubsa, qızın 25 000 manatlıq pay hüququ həmişə qorunur.Əmlak bağışlanması halında da hüquq sistemi müəyyən müddət ərzində müdaxilə imkanı verir. Belə ki, bağışlanmış əmlakın 2 il ərzində irsi iddia qaldırmaq mümkündür. Bu müddət...

25 Fevral 2026, 14:45

Vəsiyyətnamə ilə verilmiş ev: Övladın payı necə qorunur?

Övladlıq, ailə və miras məsələləri hər zaman maraq doğuran və mübahisələrə səbəb olan hüquqi sahələrdəndir. Xüsusilə vəsiyyətnamə ilə verilmiş əmlaklar, ailə üzvləri arasında pay bölgüsü və övladların hüquqları ətrafında suallar çox olur.Citypost.az xəbər verir ki, məsələn, bir şəraitdə əvvəlcə övlad və sonra qaynana vəfat edib, qaynana isə vəsiyyətnamə ilə evi baldızına veribsə, bu zaman övladın və ya onun arvadının hüquqları necə qorunur? Hüquqi baxımdan əsas prinsip ölümdən sonra irsi transmissiyadır. Əgər övlad rəhmətə gedibsə və qaynana daha sonra vəfat edibsə, övladın arvadı ərinin pay hüququndan irsi qaydada faydalana bilər. Digər tərəfdən, övlad sağdırsa, vəsiyyətnamə ilə verilmiş əmlak qaynana vəfatından sonra...

25 Fevral 2026, 14:19

Qanunsuz reklam və məhsul satışının hüquqi nəticələri  

Son dövrlərdə sosial şəbəkələrdə və onlayn platformalarda qanunsuz məhsul satışı və reklam halları artıb. Hüquqşünaslar bildirirlər ki, belə hallar həm istehlakçı hüquqlarını pozur, həm də sahibkarlar üçün ciddi hüquqi nəticələr yaradır.Citypost.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə görə, qeydiyyatsız və ya icazəsiz məhsul satışı, eləcə də yanlış reklamlar “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanun və Cinayət Məcəlləsi ilə tənzimlənir. Qanunu pozan şəxslər inzibati cərimə, bəzən isə məhkəmə yolu ilə məsuliyyətə cəlb edilə bilər. Zərərçəkmiş şəxslər həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb edə bilərlər.Hüquqşünaslar istehlakçıları və sahibkarları xəbərdar edir: reklam və satış fəaliyyəti qanunlara uyğun aparılmalı, məhsulların keyfiyyəti və etibarlılığı təmin...

24 Fevral 2026, 17:36

İş yerində diskriminasiya: Qanun nə deyir?  

Son illərdə iş yerlərində diskriminasiya halları diqqət mərkəzindədir. Hüquqşünaslar bildirirlər ki, işçilərin cinsi, yaşı, irq, dini inancı, sağlamlıq vəziyyəti və digər fərqliliklərinə görə ayrı-seçkiliyə məruz qalması qanunsuz hesab olunur və həm hüquqi, həm də inzibati məsuliyyət doğurur.Citypost.az-ın məlumatına görə, Azərbaycanın “Əmək Məcəlləsi” işçilərin bərabər hüquqlarını təmin edir və diskriminasiya hallarını qəti qadağan edir. Məcəlləyə görə, işçilər yalnız peşə və bacarıqlarına görə işə qəbul edilə bilər, əmək şəraiti və karyera imkanları isə heç bir ayrı-seçkilik olmadan təmin edilməlidir.Hüquqşünaslar vurğulayırlar ki, diskriminasiya ilə qarşılaşan işçi həm məhkəməyə müraciət edə, həm də Dövlət Əmək Müfəttişliyi və digər müvafiq qurumlara şikayət edə bilər. İşəgötürən...

24 Fevral 2026, 16:39

İcazəsiz şəkil və video paylaşarkən nə gözləyir bizi? 

Son illərdə sosial şəbəkələrdə və mesajlaşma platformalarında baş verən icazəsiz foto və video paylaşımı halları artıb.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, şəxsi həyatın gizliliyinin pozulması həm etik, həm də hüquqi məsələdir.Azərbaycan qanunvericiliyinə görə, şəxsi həyat haqqında məlumatın, foto və videoların icazəsiz yayılması qanunsuzdur və buna görə məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinin 147-ci maddəsi şəxsin şəxsi həyatının toxunulmazlığını pozan şəxsləri cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandıra bilər. Eyni zamanda, zərərçəkmiş şəxslər məhkəməyə müraciət edərək maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilərlər.Hüquqşünaslar valideynlərə və gənclərə tövsiyə edirlər ki, sosial şəbəkələrdə şəxsi şəkilləri paylaşarkən diqqətli olsunlar, razılıq olmadan başqalarının...

24 Fevral 2026, 13:32