Bizə yazın

Baku

-°C

USD

-

Bu gün Novruzun ikinci - Od çərşənbəsidir 

Cəmiyyət 03 Mart 2026, 08:00

239

Bu gün Novruzun ikinci - Od çərşənbəsidir.

Citypost.az xəbər verir ki, Od çərşənbəsinə xalq arasında Üskü çərşənbə, Addı çərşənbə də deyirlər.

Bu çərşənbə insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.

 

Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub.

Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.

Qeyd edək ki, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Parlamentdə Ombudsmanın illik məruzəsi müzakirə edilir 

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb.Citypost.az xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edir.Sənəddə Ombudsman təsisatı tərəfindən 2025-ci ildə görülən işlər, vətəndaşların müraciətləri ilə əlaqədar atılmış addımlar və növbəti dövr üçün Ombudsmanın təklifləri yer alıb.Təqdimatdan sonra deputatlar məruzəni müzakirə edəcəklər.

03 Mart 2026, 11:05

Millət vəkilindən Od çərşənbəsi təbriki

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva sosial şəbəkədə Od çərşənbəsi münasibətilə vətəndaşları təbrik edib.Citypost.az xəbər verir ki, Millət vəkili bildirib ki, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir və mahiyyət etibarilə odun müqəddəs sayılması ilə bağlıdır: “Od insanı hər cür pisliklərdən, şərdən təmizləyir və xeyirin qələbə çalacağına inanılır. Bu adət qədim insanların günəşə və oda olan müqəddəs inamından irəli gəlir”.Deputat həmçinin qeyd edib ki, adət-ənənəyə görə, bu gün tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildəki bütün mənfi enerjilər və azar-bezarlar yandırılır.Ülviyyə Həmzəyeva vətəndaşlara xoş arzularını çatdıraraq bayramlarını təbrik edibƏliYeganə...

03 Mart 2026, 10:51

Zaur Şükürov seçicilərlə görüşüb  

02.03.2026-cı il tarixində Zaur Şükürov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi sakinləri ilə vətəndaş qəbulu keçirib. Citypost.az xəbər verir ki, Görüşdə həmçinin Qaradağ Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Abbasağa Babayev iştirak edib.Görüş zamanı seçicilərin fərdi və qəsəbə ilə bağlı müraciətləri dinlənilib, bir qismi yerindəcə cavablandırılıb, digər məsələlər isə qanunvericilik çərçivəsində aidiyyəti üzrə baxılması üçün qeydiyyata alınıb.

03 Mart 2026, 10:22

Gənc qadınlarda gözlənilməz ürək-damar riski aşkar edilib  

Mütəxəssislər bildirirlər ki,  ağır prekancer dəyişikliklər yaşayan gənc qadınlar ürək-damar xəstəliklərinə daha yüksək risk altında ola bilərlər.Citypost.az xəbər verir ki, araşdırmalarda 15–24 yaşlı təxminən 30,000 qız və qadın,  149,000-dən çox yaşıdları ilə müqayisə olunub. Nəticələr göstərib ki, HSIL olan qadınlarda ümumi ürək-damar xəstəlikləri riski təxminən 20 faiz daha yüksəkdir. Onlarda infarkt riski 58 faiz, insult riski isə təxminən 42 faiz yüksək olub. Həmçinin arterial təzyiq yüksəkliyi, ürək çatışmazlığı və aritmiya halları daha çox müşahidə olunub. Bu qrupda ürək-damar səbəblərdən ölüm riski də artır.Ekspertlər vurğulayırlar ki, bu araşdırma səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin ürək-damar və onkoloji xəstəliklərdə bir sıra ortaq risk...

03 Mart 2026, 10:15

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir 

Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

03 Mart 2026, 10:14

Bələdiyyə torpaqlarında evi olanların NƏZƏRİNƏ 

Azərbaycanda 27 ildir ki, bələdiyyələr yaradılıb. Lakin ötən dövr ərzində bir sıra bələdiyyələrin torpaq sahələrini müəyyən edən xəritələr yerli bələdiyyələrə təqdim edilməyib. Bu da ciddi problemlər yaradır.Bu problemlərdən biri və ən vacibi bələdiyyə torpaqlarında ev tikən vətəndaşların çıxarış ala bilməməsidir. Maraqlıdır ki, Bakı şəhərindəki bələdiyyələrin xəritəsi bu günə qədər hazırlanmayıb. Bu xəritə olmadığı üçün bələdiyyə sərəncamı ilə torpağı olan vətəndaşlar ciddi problemlə üz-üzə qalıb.Məsələnin bu qədər uzanması isə təəccüb və təəssüf doğurur.Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə deyib ki, bələdiyyələrə aid torpaqların xəritələrinin verilməsinə dair məsələ uzun illərdir gündəmdədir: “Bu hər birimizi narahat edən...

03 Mart 2026, 09:55