Bizə yazın

Baku

-°C

USD

-

Uitkoff ABŞ və İran arasında nüvə danışıqlarının təfərrüatlarını açıqlayıb

Dünya 03 Mart 2026, 08:14

211

ABŞ hərbi əməliyyat başlamazdan əvvəl İranla aparılan danışıqlar zamanı ona pulsuz nüvə yanacağı təchizatı müqabilində uranın zənginləşdirilməsindən 10 il müddətinə imtina etməyi təklif edib.

CityPost.az  xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz onlarla [uranın] hər hansı zənginləşdirilməsindən 10 il müddətinə imtina edilməsini müzakirə etdik və yanacağın haqqını ödəyəcəyimizi dedik. Onlar imtina etdilər", - Uitkoff deyib.

Uitkoffun sözlərinə görə, İranın danışıqlar qrupu səsləndirdikləri mövqenin sövdələşmənin bağlanması üçün "başlanğıc nöqtəsi" olacağını bəyan ediblər.

"İran nümayəndələri bizə sahib olduqları bütün nüvə yanacağını zənginləşdirmək üçün ayrılmaz hüquqlarının olduğunu söylədilər. Onlar danışıqlarına məhz bununla başladılar. Biz cavab verdik: "[ABŞ] prezident hesab edir ki, sizi dayandırmaq üçün bizim ayrılmaz hüququmuz var", - Uitkoff dəqiqləşdirib.

O həmçinin əlavə edib ki, İran komandası ilə ikinci görüşdən sonra Vaşinqton və Tehranın saziş bağlaya bilməyəcəyi bəlli olub.

"Biz onlarla ədalətli saziş bağlamağa çalışdıq. İkinci görüşün sonuna yaxın bunun mümkünsüzlüyü tamamilə aydın oldu. Lakin biz onlara daha bir şans vermək üçün üçüncü görüşə gəldik", - Uitkoff fikrini tamamlayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SEPAH Bəhreyndəki ABŞ hərbi bazasına hücum həyata keçirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Bəhreynin Şeyx İsa bölgəsində yerləşən ABŞ hərbi hava bazasına qarşı genişmiqyaslı PUA və raket hücumu həyata keçirilib.CityPost.az  xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda qeyd olunub.Bİldirilib ki, hücum "Gerçək vəd-4" əməliyyatının on dördüncü dalğası çərçivəsində edilib. Məlumata görə, hücum zamanı 20 PUA və 3 raket müəyyən olunmuş hədəflərə dəyib."Nəticədə ABŞ hərbi hava bazasının əsas komandanlıq və qərargah binası məhv edilib", - məlumatda qeyd olunub.Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri...

03 Mart 2026, 08:58

İranla bağlı ŞOK RƏQƏM

ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 700-ü keçib.CityPost.az  xəbər verir ki, bu barədə "Human Rights Activist News Agency" (HRANA) hesabat yayımlayıb.Bildirilib ki, fevralın 28-dən etibarən hücumlarda 742 nəfər həlak olub. Təşkilat ölənlərin 176-nın uşaq və yeniyetmə olduğunu qeyd edib.Yaralananlaırn sayının 971 nəfərə çatdığı bildirilən hesabatda onlardan 115-nin uşaq olduğu vurğulanıb.Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava...

03 Mart 2026, 08:55

Boliviyada təyyarə qəzasında ölənlərin sayı 24-ə yüksəlib

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin El-Alto şəhərində avtomobillərlə toqquşması nəticəsində azı 24 nəfər həlak olub.Bu barədə "ED24" telekanalının efirində yerli polisin rəisi Eriberto Valensiya bildirib."Həlak olan 22 nəfər barədə məlumat var idi, lakin hazırda 24 nəfərin öldüyü məlumdur", - deyə o qeyd edib.Boliviyanın səhiyyə naziri Marsela Flores isə, öz növbəsində, bildirib ki, yaralananlardan iki nəfərin vəziyyəti kritikdir. Ümumilikdə, daha əvvəl 37 yaralı barədə məlumat verilmişdi.Fevralın 27-də "C-130 Hercules" tipli təyyarə El-Alto hava limanına eniş edərkən uçuş zolağından kənara çıxaraq avtomobillərlə toqquşub. Faciənin mümkün səbəbləri arasında uçuş-eniş zolağının buz bağlaması göstərilir....

03 Mart 2026, 08:16

Vens ABŞ-nin yeni uzunmüddətli münaqişəyə qoşulmaq niyyətində olmadığını deyib

Birləşmiş Ştatlar illərlə uzanacaq münaqişəyə cəlb olunmaq niyyətində deyil.CityPost.az-ın məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın yeganə məqsədi İranın heç vaxt nüvə silahına sahib ola bilməməsinə nail olmaqdır."Prezident sadəcə özünün ikinci müddətinin ilk üç-dörd ili ərzində ölkəni İranın nüvə silahından qorumaq deyil, İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyinə əmin olmaq istəyir", - Vens qeyd edib.O əlavə edib ki, söhbət uzunmüddətli hərbi əməliyyatdan getmir."Donald Tramp heç bir halda ölkənin çoxillik münaqişəyə girməsinə icazə verməyəcək... Biz İraq və Əfqanıstanda yaşadığımız problemlərə sürüklənmək niyyətində deyilik", - ABŞ-nin vitse-prezidenti...

03 Mart 2026, 08:15

Ərdoğan: İrana hücum beynəlxalq hüququn pozulmasıdır 

Türkiyə ABŞ və İsrailin İrana hücumu nəticəsində yaşanan savaşın dayandırılması üçün səy göstərir.CityPost.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiya üzvləri ilə iftar proqramında çıxışı zamanı deyib."İran xalqının dərdinə şərikik. Savaşı dayandırmaq üçün diplomatik təmasları davam etdiririk" , - Ərdoğan bildirib və vurğulayıb ki, İrana qarşı hücumlar beynəlxalq hüququn pozulmasıdır."Hücumlarda İranın dini lideri Əli Xamenei, mülki və hərbi məsul şəxslər, günahsız uşaqlar həyatını itirib" , - Ərdoğan deyib və İran xalqına başsağlığı verib.Türkiyə Prezidenti çıxışının davamında İranın Fars körfəzi ölkələrinə hücumuna da münasibət bildirib və atəşkəsin əldə olunmasının vacibliyini qabardıb....

02 Mart 2026, 21:41

Donald Tramp: Tezliklə İrana daha güclü zərbələr endiriləcək 

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı əhəmiyyətli dərəcədə gücləndirmək niyyətində olduğunu bəyan edərək ən böyük zərbə dalğasının tezliklə həyata keçiriləcəyini bildirib.Citypost.az  xəbər verir ki, Ağ Ev rəhbəri bunu CNN-ə açıqlayıb."Biz onların arasında xaos yaradırıq və bu, çox yaxşı gedir. İrana güclü zərbə endirəcəyik. Əməliyyat çox yaxşı gedir", - Tramp deyib.O əlavə edib ki, əməliyyatın ən genişmiqyaslı mərhələsi hələ başlamayıb: "Biz hələ ciddi zərbələr endirməyə başlamamışıq. Böyük dalğa hələ başlamayıb, amma tezliklə başlayacaq".Tramp həmçinin bəyan edib ki, ABŞ regionda uzunmüddətli münaqişədə maraqlı deyil."Mən düşünürdüm ki, bu, dörd həftə çəkəcək və biz qrafikdən bir az qabağıq", - o vurğulayıb.O ki...

02 Mart 2026, 20:17