Milli birliyimizin ədəbi-mədəni kodları
Cəmiyyət 14 Mart 2026, 21:57
1357
İstəyimizdən asılı olmayaraq dünya həm müasirləşir, həm də sürətlə dəyişir. Geosiyasi gərginliklərin artdığı, regionların yenidən formalaşdığı bir dövrdə dövlətlərin gücü təkcə iqtisadi və hərbi potensialla ölçülmür. Dövlətin real gücü onun cəmiyyətlə qurduğu mənəvi bağlarda, xalqın dövlətlə eyni ideya və məqsəd ətrafında birləşə bilməsində ortaya çıxır. Bu baxımdan Azərbaycan üçün ən vacib məsələlərdən biri xalq ilə dövlət arasında dərin ideoloji və mənəvi bağın gücləndirilməsidir. Bu bağın qurulmasının ən təsirli yollarından biri isə mədəniyyət və xüsusilə ədəbiyyatdır. Tarix boyu millətlərin ideoloji kimliyi ilk növbədə onların ədəbi və mədəni düşüncəsində formalaşıb. Dövlətlər dəyişə bilər, siyasi sistemlər dəyişə bilər, ancaq millətinn yaddaşı və düşüncə sistemi məhz mədəniyyət və ədəbiyyat vasitəsilə yaşayır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə böyük dəyişikliklər baş versə də, hiss edilən odur ki, düşüncə sistemində Sovet dövründən qalan bəzi elementlər hələ də tam aradan qalxmayıbdıe. Bu elementlərdən biri də Sovet təfəkkürünün yaratdığı regionçuluq və parçalanmış ədəbi mühit və düşüncə modelidir.
Sovet dövründə mədəniyyət və ədəbiyyat ideoloji idarəetmənin alətlərindən biri idi. Ədəbiyyatın əsas məqsədi milli ideyanı gücləndirmək deyil, sovet ideologiyasını təbliğ etmək idi. Bunun nəticəsində milli identiklik arxa plana keçirilir, onun yerini isə müxtəlif region fərqləri, lokal kimliklər və ideoloji çərçivələr alırdı.
Məhz bu dövrdə ədəbiyyatda və mədəni mühitdə "Qarabağlı", "Qazaxlı", "Bakılı", "Şirvanlı" kimi bölgələrə mənsub olmaq çox vaxt ön plana çıxarılırdı. Bu, zahirən mədəni müxtəliflik kimi görünsə də, əslində milli ədəbiyyatın vahid düşüncə xəttini zəiflədir və ümummilli ideyanın formalaşmasına mane olurdu. Halbuki milli ədəbiyyatın əsas missiyası regionları fərqləndirmək deyil, onları vahid milli düşüncə ətrafında birləşdirməkdir.
Müstəqil Azərbaycanın qarşısında duran əsas ideoloji vəzifələrdən biri yeni vahid milli təfəkkür modelinin formalaşdırılmasıdır. Hesab edirəm ki, bu təfəkkür Sovet dövrünün ideoloji mirasından fərqli olaraq, üç əsas prinsip üzərində qurulmalıdır; birinci milli dövlətçilik düşüncəsi. İkinci dünya azərbaycanlılarının birliyi, ücüncü isə ana dilinin və mədəniyyətin bütövlüyü.
Bu prinsiplər əsasında formalaşan ədəbiyyat artıq yalnız bədii yaradıcılıq deyil, həm də milli şüurun formalaşdırılması prosesinin bir hissəsinə çevrilir.
Tarix göstərir ki, böyük milli dirçəlişlərin arxasında həmişə güclü ədəbiyyat dayanıb. Məsələn, 19-cu əsrdə Azərbaycan milli düşüncəsinin formalaşmasında Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi və Cəlil Məmmədquluzadə kimi ziyalıların rolu böyük olub. Onların yazıları sadəcə ədəbi nümunə deyildi, əslində həmən əsərlər milli düşüncə və modern Azərbaycan kimliyinin formalaşmasına xidmət edirdi.
20-ci əsrin əvvəllərində isə Məhəmməd Əmin Rəsulzadə milli ideyanı siyasi və ideoloji səviyyəyə qaldıraraq məşhur bir fikir irəli sürmüşdü: "Bir kərə yüksələn bayraq bir daha enməz."
Bu fikir əslində yalnız siyasi şüar deyil, milli düşüncənin fəlsəfi ifadəsi idi.
Eyni zamanda Azərbaycan ədəbiyyatı yalnız şimalda deyil, Güney Azərbaycanda da böyük bir mədəni irs yaradıb. Bu irs Azərbaycan xalqının bütöv mədəni kimliyinin ayrılmaz hissəsidir.
Həmçinin oxuyun
Məsələn, böyük şair Məhəmmədhüseyn Şəhriyarın yazdığı "Heydər babaya salam" poeması ilə Azərbaycan xalqının milli yaddaşını və kənd həyatının poetik ruhunu əbədiləşdirdi.
Eyni dövrdə Cəfər Pişəvəri rəhbərliyi ilə qurulan "Azərbaycan Milli Hökumət"i Güney Azərbaycanda milli özünüdərkin siyasi ifadəsi kimi tarixə düşdü.
Güney Azərbaycanın müasir ədəbiyyatında isə Bulud Qaraçorlu Səhənd və Səməd Behrəngi kimi ziyalılar milli düşüncənin və sosial ədalət ideyalarının ifadəsində mühüm rol oynadılar. Onların yaradıcılığı göstərir ki, Azərbaycan ədəbiyyatı yalnız bir dövlətin sərhədləri daxilində deyil, bütöv bir mədəni coğrafiyada formalaşan böyük bir mədəni sistemdir.
Bəs milli ədəbiyyatımız necə dircəlməlidir?
Yeni dövrdə Azərbaycan ədəbiyyatının qarşısında duran əsas missiya milli birliyi möhkəmləndirməkdir. Bu birlik isə yalnız ölkə daxilində deyil, bütün dünya azərbaycanlılarını əhatə etməlidir. Bu gün milyonlarla azərbaycanlı müxtəlif ölkələrdə yaşayır. Onların hamısını birləşdirən əsas amillərdən biri dil və mədəniyyətdir. Əgər ədəbiyyat bu dili və bu mədəni yaddaşı gücləndirə bilsə, o zaman Azərbaycan dövləti ilə dünya azərbaycanlıları arasında daha möhkəm ideoloji bağ yaranar.
Bu baxımdan ədəbiyyat yalnız estetik sahə deyil, həm də millətimizin strateji sahəsidir. Ədəbiyyat milli yaddaşı qoruyur, tarixi şüuru formalaşdırır, gələcək ideallarını müəyyən edir, xalq ilə dövlət arasında mənəvi körpü yaradır. Məhz buna görə də müasir Azərbaycan ədəbiyyatında əsas ideya xətti dünya azərbaycanlılarının həmrəyliyi və milli birlik ideyası olmalıdır.
Aydındır ki, milli birliyin ən güclü dayaqlarından bəlkə də birincisi məhz ana dilidir. Dil yalnız ünsiyyət vasitəsi deyil; o, həm də düşüncə sistemidir. Bir millətin dili təsir altına düşərsə, yad sözlər vasitəsilə parçalanarsa, onun düşüncə sistemi də parçalanır. Bu baxımdan Azərbaycan ədəbi dili yalnız ölkə daxilində deyil, bütün dünya azərbaycanlıları üçün ortaq mədəni platforma rolunu oynamalıdır. Güney Azərbaycandan tutmuş Avropaya, Rusiyaya və Amerikaya qədər yaşayan azərbaycanlıların hamısını birləşdirən ortaq dil və mədəniyyət modeli formalaşdırmaq strateji məsələdir. Ədəbiyyat bu prosesdə aparıcı rol oynaya bilər. Çünki dilin ən saf və ən güclü forması məhz ədəbiyyatda yaşayır. Ona görə də yeni dövrün ədəbi strategiyasını hazırlamalı və icra etməliyik. Fikrimcə müasir dövrdə Azərbaycan ədəbiyyatı qarşısında duran əsas vəzifələrdən biri də yeni milli ideoloji xəttin formalaşdırılmasıdır. Məncə ideoloji xəttimiz bu prinsiplərə əsaslanmalıdır: regionçuluğun aradan qaldırılması, vahid milli kimliyin gücləndirilməsi, dünya azərbaycanlılarının birliyi ideyasının inkişafı, milli dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi, Azərbaycan dilinin və mədəniyyətinin bütövlüyü.
Bu istiqamətdə formalaşan ədəbiyyat yalnız bədii yaradıcılıq deyil, həm də milli ideologiyanın mühüm dayaqlarından birinə çevrilə bilər. Müasir geosiyasi şəraitdə Azərbaycan yalnız iqtisadi və hərbi güclə deyil, həm də ideoloji və mədəni güclə möhkəmlənməlidir. Bu güc isə xalq ilə dövlət arasında qurulan mənəvi bağdan yaranır. Bu bağın formalaşmasında ən böyük rolu mədəniyyət və xüsusilə ədəbiyyat oynayır. Əgər Azərbaycan ədəbiyyatı Sovet dövründən qalan regionçuluq və parçalanmış düşüncə modelindən uzaqlaşaraq yeni milli təfəkkür üzərində qurularsa, o zaman bu ədəbiyyat yalnız ədəbi hadisə olmayacaq. O, həm də Azərbaycan dövlətinin ideoloji dayaqlarından birinə çevriləcək. Necə deyərlər; ədəbiyyat, mədəniyyət və siyasətin ocağıdır. Ocağın güclü olsun ki, qurduğun dövlətin də, təbliğ etdiyini mədəniyyətin də güclü və əbədi olsun...
Sayman Aruz
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hikmət Hacıyev Bundestaqın nümayəndə heyəti ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.Qeyd edilib ki, görüş zamanı regiondakı mövcud siyasi vəziyyət və Ermənistanla sülh prosesi barədə ətraflı fikir mübadiləsi aparılıb. (Teleqraf)
30 Aprel 2026, 17:00
AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti “Airbus A320neo” tipli müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.AZAL-dan Citypost.az-a bildirilib ki, “Airbus A320neo” 6300 km-dək uçuş məsafəsinə malik olmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyi ilə seçilir. Bu modeldə hər oturacaq üzrə yanacaq sərfiyyatı və karbon emissiyaları təxminən 20 faiz azaldılıb. Çevik və funksional “Airspace” kabini isə daha geniş şəxsi məkan, rahat oturacaqlar və böyüdülmüş əl yükü bölmələri (“XL bins”) sayəsində sərnişinlər üçün daha yüksəksəviyyəli uçuş təcrübəsi yaradır. Bununla yanaşı, təyyarə əyləncə sistemi, biznes sinfində...
30 Aprel 2026, 16:51
Görkəmli xalçaçı Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi qeyd olunacaq.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Qeyd olunub ki, 2026-cı ilin noyabr ayında 120 illiyi tamam olur.Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri var. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur...
30 Aprel 2026, 16:38
Bu ərazidə 1800 abonentin qazı kəsiləcək
Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq."Azəriqaz" İB Sumqayıt QİS-dən Citypost.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.Bu səbəbdən, ərazidəki 1800 abonentin qaz təchizatı aprelin 30-da saat 16:00-dan etibarən dayandırılacaq.Qazın verilişi təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.
30 Aprel 2026, 16:37
İlham Əliyev Yuriy Kamayevi təltif etdi
Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.O, ordenlə Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə və vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə təltif edilib.
30 Aprel 2026, 16:33
Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Ramin Məmmədov Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.Bu barədə Citypost.az-a Komitədən məlumat verilib.Qeyd edilib ki, Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
30 Aprel 2026, 16:29