Bizə yazın

Baku

-°C

USD

-

Analiz vermədən qəbul oluna bilən vitaminlər hansılardır? 

Tibb 30 Aprel 2026, 14:00

1783

Bəzi hallarda insanlar vitamin qəbul etmək istəsələr də, əvvəlcədən laborator analiz verməyə üstünlük vermirlər.

Citypost.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, bu zaman nisbətən təhlükəsiz hesab edilən və geniş istifadə olunan bəzi vitamin və minerallar mövcuddur, lakin yenə də dozaya diqqət vacibdir.

Ən çox tövsiyə olunanlardan biri Vitamin D-dir. Adətən gündə 1000–2000 IU aralığında qəbul edilən bu vitamin sümüklərin sağlamlığına, dərinin və saçların vəziyyətinə müsbət təsir göstərir.

Eyni zamanda immun sistemin dəstəklənməsində və hormonal balansda rol oynayan vacib bir prohormon kimi çıxış edir.

Digər mühüm əlavələrdən biri Omega-3 yağ turşuları-dır. Balıq məhsullarını az qəbul edən insanlarda Omega-3 ürək-damar sağlamlığını dəstəkləyir, beyin funksiyalarına müsbət təsir göstərir və orqanizmdə iltihabi proseslərin azalmasına kömək edir. Həmçinin “pis” xolesterinin azalmasına dəstək verə bilər.

Üçüncü vacib komponent isə Maqnezium-dur. Bu mineral sinir sisteminin normal fəaliyyətini tənzimləyir, yuxu keyfiyyətini yaxşılaşdırır, əzələ gərginliyini azaldır və enerji metabolizmasında iştirak edir. Bundan əlavə, Vitamin D-nin orqanizmdə aktiv formaya çevrilməsi üçün də maqneziuma ehtiyac var.

Bəzi preparatlarda, məsələn Maqnirot kimi əlavələrdə maqnezium orot turşusu ilə birləşdirilərək hüceyrə səviyyəsində daha yaxşı sorulmaya dəstək ola bilər.

Nəticə olaraq, bu əlavələr ümumi dəstək məqsədilə istifadə oluna bilsə də, mütəxəssislər uzunmüddətli və düzgün doza seçimi üçün fərdi yanaşma və həkim məsləhətini vacib sayırlar.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Uşaqlarda xoruldama və ağız açıq nəfəs alma ciddi problemlərin xəbərçisi ola bilər  

Mütəxəssislər bildirirlər ki, uşaqlarda davamlı xoruldama, ağız açıq nəfəs alma və burun tutulması valideynlərin ciddi yanaşmalı olduğu problemlərdəndir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bu hallar əksər vaxt burun əti və boğaz ətinin böyüməsi ilə əlaqəli olur və uşağın həm sağlamlığına, həm də inkişafına mənfi təsir göstərə bilər.Həkimlər qeyd edirlər ki, normalda uşaq burun vasitəsilə rahat nəfəs almalıdır. Əgər uşaq daim ağız açıq şəkildə nəfəs alırsa, xüsusilə gecələr xoruldayırsa, bu artıq hava yollarında maneənin olduğunu göstərə bilər. Belə uşaqların bir çoxunda yeməkdən qaçma halları da müşahidə olunur. Çünki ağız onların əsas nəfəs alma yoluna çevrildiyi üçün yemək yeyərkən nəfəs almaqda...

15 May 2026, 10:55

Göz ətrafına botoks vurulması katarakta yaradırmı?  

Son illərdə estetik prosedurlar arasında Botoks injeksiyalarına maraq xeyli artıb. Xüsusilə göz ətrafındakı qırışların aradan qaldırılması məqsədilə tətbiq edilən botoksla bağlı ən çox verilən suallardan biri də onun göz sağlamlığına təsiri və katarakta yaradıb-yaratmamasıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, botoks əsasən əzələlərə təsir edən preparatdır və göz ətrafında yerləşən mimik əzələlərin fəaliyyətini müvəqqəti zəiflətmək üçün istifadə olunur. Həkimlər bildirirlər ki, hazırkı tibbi müşahidələrdə botoksun birbaşa Katarakta yaratdığı və ya onun inkişafını sürətləndirdiyi elmi şəkildə təsdiqlənməyib.Lakin mütəxəssislər qeyd edirlər ki, botoks tamamilə risksiz prosedur da hesab olunmur. Xüsusilə inyeksiyanın düzgün nahiyəyə vurulmaması və ya preparatın ətraf toxumalara yayılması bəzi fəsadlara...

15 May 2026, 10:44

Kardioloqlardan xəbərdarlıq: “Hipertoniya sakit qatildir"

Mütəxəssislər bildirirlər ki, Arterial hipertenziya hazırda dünyada və Azərbaycanda ən geniş yayılmış ürək-damar xəstəliklərindən biri hesab olunur. Citypost.az-ın məlumatına görə, həkimlərin sözlərinə görə, bu xəstəliyin ən təhlükəli tərəfi uzun müddət heç bir əlamət vermədən insan orqanizminə ciddi zərər vurmasıdır. Elə buna görə də hipertoniya tibbdə “sakit qatil” adlandırılır.Kardioloqlar qeyd edirlər ki, Azərbaycanda 30 yaşdan yuxarı insanlar arasında milyonlarla şəxsdə arterial təzyiq yüksəkdir. Aparılan araşdırmalar göstərir ki, bu insanların böyük bir hissəsi ümumiyyətlə yüksək təzyiqdən xəbərsiz yaşayır. Digər bir hissə isə xəstəliyini bilsə də, ya müalicəni düzgün aparmır, ya da dərman qəbulunu yarımçıq saxlayır.Həkimlərin fikrincə, hipertoniya illərlə simptomsuz davam edə bilər. Bir...

15 May 2026, 10:08

Şəhər dəyişmək allergiyanı tam aradan qaldırmır - Həkim məsləhəti   

Allergiyadan əziyyət çəkən insanların ən çox verdiyi suallardan biri də yaşayış yerini dəyişməyin şikayətləri azaldıb-azaltmaması ilə bağlıdır. Xüsusilə rütubətli və ya yaşıllıq ərazilərdə yaşayan şəxslər fərqli şəhərə köçdükdə allergiyanın keçəcəyini düşünürlər.Citypost.az xəbər verir ki , həkimlər bildirirlər ki, bu məsələ ilə bağlı müraciətlər kifayət qədər çoxdur. Bəzi pasiyentlər meşəlik və ağaclıq ərazilərdə yaşadıqları üçün tozcuqlara qarşı allergiyalarının artdığını düşünür, digərləri isə dənizkənarı və rütubətli ərazilərin astma və allergik şikayətləri gücləndirdiyini deyirlər.Mütəxəssislərin sözlərinə görə, sağlam insan yaşadığı məkandan asılı olmayaraq burun axması, asqırma, qaşınma, xırıltı, nəfəs darlığı və ya göz sulanması kimi allergik şikayətlər yaşamır. Allergiyanın əsas səbəbi isə immun sisteminin...

14 May 2026, 10:37

Yüksək təzyiq illərlə gizli qalaraq insult və infarkta səbəb ola bilər  

Mütəxəssislər bildirirlər ki, Hipertoniya dünyada ən geniş yayılmış və ən təhlükəli xəstəliklərdən biri hesab olunur. Həkimlərin sözlərinə görə, bu xəstəlik uzun illər ərzində heç bir əlamət vermədən inkişaf edə bilər və nəticədə beyin, ürək və böyrəklərdə ciddi fəsadlara səbəb olar.Citypost.az xəbər verir ki, kardioloqlar qeyd edirlər ki, yüksək arterial təzyiq vaxtında nəzarət altına alınmadıqda insult, infarkt, ürək çatışmazlığı və böyrək zədələnməsi kimi ağır nəticələr yarana bilər. Dünyada milyonlarla insan hipertoniya xəstəliyindən əziyyət çəksə də, onların bir hissəsi xəstəlikdən xəbərsiz olur, digər hissəsi isə düzgün müalicə aparmır.Mütəxəssislərin sözlərinə görə, xəstələrin yol verdiyi ən ciddi səhvlərdən biri təzyiq dərmanlarını özbaşına dayandırmaqdır. Bir...

14 May 2026, 09:39

Kardioloqlar xəbərdarlıq edir: Bu sinə ağrıları ürək mənşəli ola bilər  

Sinə ağrısı insanların ən çox narahat olduğu şikayətlərdən biridir. Xüsusilə ağrının ürəklə əlaqəli olub-olmaması bir çox şəxsi düşündürür.Citypost.az xəbər verir ki, kardioloqlar bildirirlər ki, ürək mənşəli sinə ağrılarının müəyyən xarakterik xüsusiyyətləri var və bu əlamətlərə diqqət yetirmək həyati əhəmiyyət daşıyır.Mütəxəssislərin sözlərinə görə, ürəkdən qaynaqlanan, yəni işemik xarakterli ağrılar daha çox döş qəfəsinin mərkəzində və ya döş sümüyünün arxasında hiss olunur. Bu ağrılar əsasən yanma, göynəmə, sıxılma və təzyiq hissi şəklində təsvir edilir.Həkimlər qeyd edirlər ki, İşemik ürək xəstəliyi zamanı yaranan ağrı çox vaxt sol qola yayılır. Bəzi hallarda isə ağrı hər iki qolda, çiyinlərdə, boyunda, alt çənədə və hətta dişlərdə...

14 May 2026, 08:06