Bizə yazın

Baku

-°C

USD

-

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb

Sənət aləmi 30 Aprel 2026, 16:33

376

Xalq artisti Arif Babayevin I Fəxri xiyabanda – məzarı üzərində qəbirüstü abidəsi ucaldılıb.

APA xəbər verir ki, abidənin müəllifi Cavanşir Dadaşov və Nəriman Tağıyevdir.

Abidə sənətkarın əlində qaval aləti olan təsviri əsasında hazırlanıb.

Qeyd edək ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən ilin avqustun 1-i vəfat edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Qəbələdə kino günləri” başlayır 

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə aprelin 29-dan mayın 1-dək “Qəbələdə kino günləri” keçiriləcək.Bu barədə Citypost.az-a AKİ-dən məlumat verilib.Bildirilib ki, layihə çərçivəsində Azərbaycanın müasir, tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.Bu təşəbbüsün əsas məqsədi paytaxtdan kənarda yaşayan tamaşaçıların da müasir Azərbaycan kinosu ilə daha yaxından tanış olmasına şərait yaratmaq, regionlarda kino mədəniyyətini canlandırmaq və xüsusilə gənc tamaşaçılar arasında kinoya marağı artırmaqdır. Nümayişlərdən sonra filmlərin yaradıcı heyəti ilə müzakirələr və sual-cavab sessiyaları tədbirin əsas hissəsini təşkil edir.Layihə çərçivəsində “Aranda kino günləri”, “Lənkəranda kino günləri”, “Şirvanda kino günləri”, “Gəncədə kino günləri” və digər bölgələrdə silsilə tədbirlər...

28 Aprel 2026, 14:04

Gənc yazarın həyatı film olur - FOTOLAR   

Tezliklə “Ağ vərəq” adlı yeni qısametrajlı bədii film tamaşaçılara təqdim olunacaq. Citypost.az  xəbər verir ki, filmin ideya və ssenari müəllifi Oğuz Ayvaz, təsvir rejissoru Tural Fikrətoğludur.Filmdə Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar Mədəniyyət işçisi Aslan Fətullayev də çəkilib. Ekran işi yazıçının “ilk cümlə sindromu”ndan bəhs edir. Süjetə əsasən, baş qəhrəman hekayəsinin ilk cümləsini yaza bilmədiyi üçün daxili sarsıntılar yaşayır. Hadisələrin inkişafı onun yaradıcılıq axtarışları və daxili mübarizəsi üzərində qurulub.Filmin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Müəllif filmin əsas məqsədinin yaradıcı insanların daxili dünyasını göstərmək olduğunu vurğulayıb.Qeyd edək ki, filmin çəkilişləri Sumqayıt şəhərində aparılıb. Ekran işinin yerli tamaşaçılarla yanaşı, müxtəlif qısametrajlı film festivallarına...

28 Aprel 2026, 12:13

70 yaşın astanasında – Əliqismət Lalayevlə müsahibə  

Bu ilin iyul ayında görkəmli sənətşünas, pedaqoq Əliqismət Lalayevin 70 yaşı tamam olur. Onu sahib olduğu fəxri adlarla təqdim etmək kifayətdir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Fəxri mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent… Bu titullar hər kəsə nəsib olmur.Əliqismət müəllim hazırda təcrübəli pedaqoq kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Bakı Xoreoqrafiya Akademiyasında fəaliyyət göstərir, mədəniyyətimiz, teatr və xoreoqrafiya sənəti üçün kadrların hazırlanmasına böyük töhfə verir. O, həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü kimi müxtəlif tədbirlərdə fəal iştirak edir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olaraq mədəniyyətin müxtəlif sahələrinə dair...

28 Aprel 2026, 10:46

Moskvada “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib

Moskvada xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib.APA-nın Moskva müxbiri xəbər verir ki, “Poliloq” fondunun dəstəyi ilə keçirilən təqdimat məşhur kinorejissor Eldar Ryazanovun yaradıcılıq emalatxanasında - “Eldar” kinoteatrında baş tutub.“Tağıyev: Neft” bədii filmi kinoteatrın fərqli zallarında həm rus dilində, həm də Azərbaycan dilində nümayiş olunub.Nümayişindən sonra filmin rejissoru Zaur Qasımlı, prodüseri Orman Əliyev, baş rolun ifaçısı Xalq artisti Pərviz Məmmədrzayev və filmdə rol alan digər aktyorlar tamaşaçıların suallarını cavablandırıblar.Rejissor filmin ikinci, üçüncü və dördüncü hissələrinin də Moskvada bu formatda təqdimatının keçirilməsi ideyasının olduğunu bildirib.Qeyd edək ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi...

23 Aprel 2026, 14:15

Nəsibə Zeynalovanın 110 illik yubileyi münasibətilə “Qaynana” filmi nümayiş oludu

Azərbaycanın Xalq artisti, səhnə və kino sənətimizin unudulmaz siması Nəsibə Zeynalovanın yubileyi çərçivəsində onun ən sevilən ekran əsərlərindən biri tamaşaçılara təqdim edilibCitypost.az xəbər verir ki, Nəsibə Zeynalovanın 110 illik yubileyi münasibətilə “Qaynana” filmi nümayiş olunubNümayiş 21 aprel, saat 19:00-da "Nizami" Kino Mərkəzində baş tutduBaxışda sənət adamları, ictimaiyyət, mədəniyyət nümayəndələri iştirak ediblər. 

22 Aprel 2026, 09:43

Xalq artisti Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə təşəkkür etdi 

Sumqayıt Dövlət Dram Teatrının kollektivi Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunan “Ölməz” monotamaşasını Mingəçevir şəhərində uğurla təqdim edib. Tamaşanın nümayişi teatr ictimaiyyəti və şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.Citypost.az xəbər verir ki, tamaşa ilə bağlı fikirlərini bölüşən teatrın yaradıcılıq şöbəsinin müdiri, Xalq artisti Firudin Məhərrəmov bildirib ki, kollektiv bu məsuliyyətli işi layiqincə yerinə yetirib. Onun sözlərinə görə, Milli Qəhrəmanın doğulub boya-başa çatdığı şəhərdə tamaşanın nümayişi xüsusi əhəmiyyət daşıyıb və tədbirdə şəhid ailələrinin, eləcə də qəhrəmanın yaxınlarının iştirakı məsuliyyəti daha da artırıb.F.Məhərrəmov tamaşanın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Teatr Xadimləri İttifaqına...

22 Aprel 2026, 09:35