DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı çağırış edib
Cəmiyyət 30 Aprel 2026, 11:35
302
Aprelin 29-da polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 13 avtomat silahı, 1 tapança, 2 qumbara, 4 tüfəng, 9 patron darağı və 418 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bu barədə Citypost.az DİN-in Mətbuat Xidmətindən bildirilib.
Vətəndaşların diqqətinə çatdırılır ki, odlu silah və sursatın qanunsuz saxlanılması və daşınması qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradır. Bu cür vasitələrin könüllü təhvil verilməsi isə şəxsi məsuliyyətdən azad edir.
Həmçinin oxuyun
"Vətəndaşlara tövsiyə olunur ki, istifadəsiz və ya qanunsuz saxlanılan silah-sursat barədə dərhal polis orqanlarına məlumat versinlər. Bu, həm hüquqi məsuliyyətdən azad olmaq, həm də ictimai təhlükəsizliyin qorunmasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır. Polis əməkdaşları tərəfindən tərəfindən qanunsuz silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir", DİN-dən bildirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Citypost.az-a daxil olan məlumata görə TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov vaxtı ilə işə qəbul etdiyi və vəzifə verdiyi, bilavasitə çətiri altında olanlara soyadlarını dəyişməklə də olsa, istənilən üsula əl atıb müxtəlif yollarla maskalanaraq vəzifədə qalmalarını tövsiyə edib. Onun vəzifəyə gətirdiklərindən biri də İmişli Mərkəzi Xəstəxanasının indiki direktoru Şahin Qurbanovdur. Bu həmin Şahin Qurbanovdur ki, yerli mətbuatda öz sabiq rəhbərini “əyyaş”, “içki düşkünü” adlandırmış və “onunla bu günədək bir stəkan çay da içməmişəm” deyərək hamını qabaqlayıb baltanı kökündən vuraraq onu ilk ifşa edən adam olmuşdur. Ardınca isə bir qədər də irəli gedərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial...
30 Aprel 2026, 13:30
Yeni metrostansiya bu ərazidə olacaq
Paytaxtın Cəlil Məmmədquluzadə küçəsində tikintisi tamamlanmaq üzrə olan yeni "Bənövşəyi xətt"in şərti adı "B-04" olan sayca 5-ci stansiyanın dəqiq ünvanı bəlli olub.Citypost.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti məlumat yayıb.Həmin stansiyanın yerləşəcəyi ünvan ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:
30 Aprel 2026, 13:28
Əli Əsədov Maliyyə Nazirliyinin kollegiyasının tərkibini dəyişdi
Azərbaycan Maliyyə Nazirliyinin kollegiyasının tərkibinə dəyişiklik edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsəsən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 15 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:Kollegiyanın sədriAzərbaycan Respublikasının maliyyə naziriKollegiyanın üzvləri:Azərbaycan Respublikası maliyyə nazirinin birinci müaviniAzərbaycan Respublikası maliyyə nazirinin müavinləriNaxçıvan Muxtar Respublikasının maliyyə naziriAzərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbəriAzərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləriAzərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisiAzərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoruAzərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoruAzərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin...
30 Aprel 2026, 13:18
Xocavənd kəndinə daha 32 ailə yola salındı
Xocavənd rayonunun eyin adlı kəndinə növbəti köç karvanı yola salınıb.Citypost.az xəbər verir ki, bu mərhələdə Xocavənd kəndinə 32 ailənin (135 nəfər) qayıdışl təmin edilib.Qeyd edək ki, bununla da Xocavənd kəndinə köçürülən ailələrin sayı 66-ya (277 nəfər) çatıb.
30 Aprel 2026, 13:06
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Fars körfəzi və Yaxın Şərqdə artan hərbi-siyasi risklər qlobal enerji təhlükəsizliyini təhdid etdiyi bir vaxtda, Azərbaycan Avrasiyanın ən etibarlı tranzit qovşağı kimi ön plana çıxır.Milli Məclisin deputatı Zaur Şükürov regiondakı son vəziyyətin iqtisadi layihələrə təsiri və investorların yeni seçimləri barədə Oxu24.com-a geniş açıqlama verib.Zaur Şükürov bildirib ki, Fars körfəzi regionunda müşahidə edilən geosiyasi gərginlik qlobal enerji təhlükəsizliyi və tədarük zəncirləri üçün ciddi sınaqlar yaradır. Hörmüz boğazı kimi kritik keçid məntəqələrində yaranan qeyri-müəyyənlik investorları daha ehtiyatlı davranmağa vadar etsə də, bu vəziyyət eyni zamanda alternativ quru və dəniz marşrutlarının strateji əhəmiyyətini artırır:“Regionda hərbi-siyasi risklərin yüksəlməsi birbaşa iki amilə - logistik xərclərin artması...
30 Aprel 2026, 12:58
Ali Məhkəmə Rauf Aslanovun “bazar”ını bağladı
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Ali Məhkəməsi faizə pul verənlər və götürənlərlə bağlı (sələmçilik fəaliyyətinə dair) yerli mətbuatda açıqlama yayıb. Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, son nəticədə adətən hər iki tərəf ciddi problemlərlə qarşılaşır. Əksər hallarda, məsələ istintaq-təhqiqat araşdırmalarına və məhkəmə çəkişməsinə səbəb olur. Ali Məhkəmə mövcud məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən Qanunda və Müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borc verən borc alandan müəyyən edilmiş qaydada faiz tələb edə bilər. Digər mühüm məqam ondan ibarətdir ki, əgər bir şəxs davamlı olaraq, sistemli şəkildə...
30 Aprel 2026, 12:43