Bizə yazın

Baku

-°C

USD

-

Şəhərdə bu yollarda tıxac VAR

Cəmiyyət 18 Mart 2026, 09:09

169

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Citypost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

12. Məhəmməd Hadi küçəsi, "Əhmədli" metro stansiyasının ətrafı;

13. Babək prospekti, mərkəz istiqamətində;

14. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xəzər dənizində zəlzələ olub 

Xəzər dənizində zəlzələ qeydə alınıb.Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Qeyd edilib ki, 3.6 maqnitudalı zəlzələ yerli vaxtla 10:10-da və 56 km dərinlikdə baş verib.

18 Mart 2026, 10:36

Prezident İlham Əliyev Kobaxidzeyə II İlyanın vəfatı ilə bağlı başsağlığı verib 

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə məktub ünvanlayıb.CityPost.az  xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Baş nazir.Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır.Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur.Bu ağır...

18 Mart 2026, 10:19

Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir 

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir.CityPost.az  xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda əmək müqaviləsinə xitam veriləcək....

18 Mart 2026, 10:06

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPost.az-ın məlumatına görə, martın 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0385 manat təşkil edib. Öz növbəsində, Rusiyanın 100 rublu 2.0626 manata kimi ucuzlaşıb, Avro isə 1.9621 manatadək bahalaşıb.

18 Mart 2026, 09:51

Hövsan və Şuvəlan qəsəbələrinin bəzi ərazilərində işıq olmayacaq

Martın 18-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 366 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Hövsan qəsəbəsi Elman Qasımov, Elçin Məmmədov, Oqtay Şabanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq."Azərişıq"dan verilən məlumata görə, həmçinin Xəzər RETSİ-də təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 11:00-dan 13:00-dək Şüvəlan qəsəbəsi Güney Azərbaycan, Hacı Aslan Aslanov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

18 Mart 2026, 09:48

Elçin Əfəndiyev: “Televiziya məkanında keyfiyyətə doğru dönüş müşahidə olunur”  

Təhsil eksperti Elçin Əfəndiyev televiziya məkanı ilə bağlı sosial şəbəkədə paylaşım edib.Citypost.az xəbər verir ki, O bildirib ki, son dövrlərdə televiziya efirində keyfiyyətsiz və tənqid olunan verilişlərin yayımının dayandırılması müsbət hal kimi qiymətləndirilməlidir. Ekspert qeyd edib ki, uzun illər televiziya məkanında müşahidə olunan problemlərlə bağlı dəfələrlə çıxış edib, müxtəlif tənqidlər səsləndirib.Elçin Əfəndiyevin sözlərinə görə, hələ 2020-ci ildə bir televiziya kanalında yayımlanan verilişlə bağlı etdiyi tənqiddən sonra həmin layihənin yayımı dayandırılıb. O əlavə edib ki, haqlı tənqidlərin inkişaf üçün vacib olduğu hər zaman vurğulansa da, bu yanaşma bəzi hallarda düzgün qəbul edilmir.Ekspert televiziya məkanının mənfi təsir yaradan məzmundan təmizlənməsinin sevindirici olduğunu...

18 Mart 2026, 09:19