Elçin Əfəndiyev: “Televiziya məkanında keyfiyyətə doğru dönüş müşahidə olunur”
Cəmiyyət 18 Mart 2026, 09:19
148
Təhsil eksperti Elçin Əfəndiyev televiziya məkanı ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Citypost.az xəbər verir ki, O bildirib ki, son dövrlərdə televiziya efirində keyfiyyətsiz və tənqid olunan verilişlərin yayımının dayandırılması müsbət hal kimi qiymətləndirilməlidir. Ekspert qeyd edib ki, uzun illər televiziya məkanında müşahidə olunan problemlərlə bağlı dəfələrlə çıxış edib, müxtəlif tənqidlər səsləndirib.
Elçin Əfəndiyevin sözlərinə görə, hələ 2020-ci ildə bir televiziya kanalında yayımlanan verilişlə bağlı etdiyi tənqiddən sonra həmin layihənin yayımı dayandırılıb. O əlavə edib ki, haqlı tənqidlərin inkişaf üçün vacib olduğu hər zaman vurğulansa da, bu yanaşma bəzi hallarda düzgün qəbul edilmir.
Ekspert televiziya məkanının mənfi təsir yaradan məzmundan təmizlənməsinin sevindirici olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, bu boşluğu milli dəyərləri təbliğ edən, maarifləndirici və keyfiyyətli verilişlər dolduracaq.
Həmçinin oxuyun
O, eyni zamanda bəzi televiziya kanallarının rəhbərliyinə qəbul etdikləri qərarlara görə təşəkkürünü ifadə edib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ qeydə alınıb.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Qeyd edilib ki, 3.6 maqnitudalı zəlzələ yerli vaxtla 10:10-da və 56 km dərinlikdə baş verib.
18 Mart 2026, 10:36
Prezident İlham Əliyev Kobaxidzeyə II İlyanın vəfatı ilə bağlı başsağlığı verib
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə məktub ünvanlayıb.CityPost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Baş nazir.Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır.Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur.Bu ağır...
18 Mart 2026, 10:19
Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir
Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir.CityPost.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda əmək müqaviləsinə xitam veriləcək....
18 Mart 2026, 10:06
Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPost.az-ın məlumatına görə, martın 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0385 manat təşkil edib. Öz növbəsində, Rusiyanın 100 rublu 2.0626 manata kimi ucuzlaşıb, Avro isə 1.9621 manatadək bahalaşıb.
18 Mart 2026, 09:51
Hövsan və Şuvəlan qəsəbələrinin bəzi ərazilərində işıq olmayacaq
Martın 18-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 366 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Hövsan qəsəbəsi Elman Qasımov, Elçin Məmmədov, Oqtay Şabanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq."Azərişıq"dan verilən məlumata görə, həmçinin Xəzər RETSİ-də təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 11:00-dan 13:00-dək Şüvəlan qəsəbəsi Güney Azərbaycan, Hacı Aslan Aslanov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
18 Mart 2026, 09:48
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır
Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınır.APA xəbər verir ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.Humanitar yardımın 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq,...
18 Mart 2026, 09:17