Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Qurbanovun gizli göstərişlərini Şahin Qurbanov icra edirmiş   

Cəmiyyət 11 Mart 2026, 15:58

2651

Yerli mətbuatda son günlər Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq icraçı direktoru Vüqar Qurbanovun rəhbər vəzifədə çalışdığı dövrlərdə ABŞ-də yaşayn keçmiş ANS TV-nin əməkdaşı jurnalist Qənirə Ataşova ilə qara piyar kompaniyası aparmaq üçün əməkdaşlıq etdiyinə dair xəbərlər yer alıb. Belə ki, Vüqar Qurbanov Azərbaycan Səhiyyə Nazirliyinin fəaliyyətini tənqid edən yazıların hazırlanması və mətbuata ötürülməsi ilə bağlı sifariş vermiş, bundan sonra isə sözügedən jurnalist tərəfindən Səhiyyə Nazirliyinin və orada çalışan ayrı-ayrı şəxslərin fəaliyyəti ilə bağlı ardıcıl olaraq tənqidi paylaşımlar edilmişdir. 

Citypost.az-a daxil olan xəbərdə isə bildirilir ki, V.Qurbanov jurnalist Qənirə Ataşova ilə İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahim Qurbanov vasitəsi ilə gizli yollarla əlaqə yarada bilib. V.Qurbanovun heç bir tutarlı faktlara və sübutlara əsaslanmayan sifarişlərini Ş.Qurbanov ABŞ-də yaşayan yaxın tanışı, jurnalist Qənirə Ataşovaya ötürürmüş. Məqsəd isə Səhiyyə Nazirliyini və orada çalışan insanları cəmiyyətin gözündən salmaq, insanlarda bu struktura qarşı ikrah və inamsızlıq hissi yaratmaq olub. 

Fotoda Şahin Qurbanovdur

Citypost.az xəbər verir ki, V.Qurbanovun dövlətin köklü səhiyyə strukturuna qarşı apardığı kompaniyanın iştirakçısı olan İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Ş.Qurbanov sayta məxsus şəhər və mobil nömrələri öz telefonunda blokladığı üçün ona zəng etmək və onun barəsindəki xəbərə dair mövqeyini öyrənmək mümkün olmayıb. Bildiririk ki, Ş.Qurbanovun da xəbərlə bağlı mövqeyini işıqlandırmağa hazırıq.     

Müşərrəfxanım  

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatla çıxış edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta mətbuata bəyanatla çıxış edirlər.Bu barədə APA-nın əməkdaşı xəbər verir.

11 Mart 2026, 17:05

Azər Qasımlıya hökm oxunub 

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 12 il müddətə azadlıqdan məhrum edilib."Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.Qeyd edək ki, A.Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir....

11 Mart 2026, 16:30

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilir 

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək görüşü keçirilir."Report"un məlumatına görə, əvvəlcə dövlət başçısı və Antonio Koşta birgə foto çəkdirdilər.

11 Mart 2026, 16:28

Antonio Koşta Şəhidlər xiyabanını ziyarət edib 

Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.Citypost.az xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən A.Koştaya Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib....

11 Mart 2026, 16:21

“QHT işi” üzrə həbs edilən şəxsə hökm oxunub 

“QHT işi” üzrə ittiham olunanlardan biri, sosial işçi, hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi işi üzrə məhkəmənin yekun prosesi keçirilib.APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Zamin Zəkiyə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.Xatırladaq ki, dövlət ittihamçısı Z.Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Qeyd edək ki, Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.Onun barəsində Binəqədi...

11 Mart 2026, 16:18

İlham Əliyev diplomatik xidmətə qəbulla bağlı Fərman imzaladı

Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi və diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydaları təsdiqlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Qaydalara əsasən, diplomatik xidmətə qəbul üzrə müsabiqə ədalətlilik və şəffaflıq prinsipləri əsasında keçiriləcək. Müsabiqə yazılı imtahandan və müsahibədən ibarətdir. Müsabiqənin yazılı imtahan mərhələsini Xarici İşlər Nazirliyinin (XİN) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM), müsahibə mərhələsini XİN keçiriləcək.Müsabiqə Nazirlər Kabinetinin müəyyən etdiyi ali təhsil ixtisasları təsnifatına uyğun olaraq, humanitar və sosial, iqtisadiyyat və idarəetməixtisas qrupları, habelə ictimai səhiyyə, dövlət təhlükəsizliyi və idarəetmə, ictimai təhlükəsizlik və idarəetmə, sərhəd təhlükəsizliyi və idarəetmə ixtisasları...

11 Mart 2026, 15:56