Bizə yazın

Baku

-°C

USD

-

Həftəsonu yol qəzalarında 3 piyada ölüb 

Cəmiyyət 16 Mart 2026, 13:59

251

Həftəsonu yol-nəqliyyat hadisələri 3 piyadanın həyatına son qoyub.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

Bildirilib ki, ötən həftəsonu qeydə alınan piyadavurma hadisələrinin təhlili bir sıra təhlükəli məqamları yenidən xatırlatmağı tələb edir: "Belə ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadalar arasında qaydalara biganəlik təkcə bir gün ərzində 3 nəfərin həyatına son qoyub.

Sutkanın qaranlıq vaxtı, yaşayış məntəqələrində qeydə alınan bu hadisələr bir daha deməyə əsas verir ki, hələ də əksər piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək alışqanlığı, yolu keçərkən qulaqlıqdan istifadə edilməsi, yaxud diqqəti yayındıran, onlara təhlükəli sahədə olduqlarını unutduran məşğuliyyətə aludəçilik – bir sözlə, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir.

Lakin hər bir hərəkət iştirakçısı bilməlidir ki, yol birgə istifadə məkanıdır. Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı, o cümlədən piyada potensial faciə qurbanına çevrilə bilər.

Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək 

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz və Ramazan bayramları günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 19-30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Məlumatda deyilir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.Bakı...

16 Mart 2026, 15:15

Spiker Tulia Akson ilə görüşüb 

Milli Məclisin sədri Sahibə Qafarova XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Görüşdə Bakı Forumu, tədbir çərçivəsində aparılan müzakirələrin əhəmiyyəti barədə fikirlər səsləndirilib. Spiker Sahibə Qafarova indiki gərgin regional və beynəlxalq vəziyyət fonunda Azərbaycanın sülh və dialoq naminə göstərdiyi səyləri qeyd edərək, bu çərçivədə Qlobal Bakı Forumunun beynəlxalq ictimaiyyəti narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm platforma təşkil etdiyini vurğulayıb.Tulia Akson da Qlobal Bakı Forumunun beynəlxalq platforma kimi mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, həmçinin, Azərbaycan və Ermənistan...

16 Mart 2026, 15:08

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.Qərargah...

16 Mart 2026, 14:45

Xəzər dənizində daha bir zəlzələ olub

Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb.Bu barədə Citypost.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Qeyd edilib ki, yerli vaxtla saat 13:18-də baş verən zəlzələ 74 km dərinlikdə baş verib.Yeraltı təkanın maqnitudası 3.3 olub.

16 Mart 2026, 14:41

Sabahın hava proqnozu AÇIQLANDI

Martın 17-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi ehtimalı var. Axşam...

16 Mart 2026, 12:57

Fransaya casusluqda ittiham olunan Martin Ryana və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədliyə hökm oxunub 

Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.Hökmə əsasən, Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib və hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Həmçinin məhkəmə qərar qəbul edib ki, Martin Ryan cəzasını çəkib başa vurduqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılacaq.İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük...

16 Mart 2026, 12:56