Bizə yazın

Baku

-°C

USD

-

Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ”

Cəmiyyət 24 Mart 2026, 22:13

285

Proqram təminatı ilə işləyən avtomobillər bir müddət sonra sıradan çıxa bilər.

Müasir avtomobillər artıq sadəcə mühərrikdən ibarət deyil. Onlar indi həm də proqram təminatı ilə işləyir. İstehsalçılar hər il yeni funksiyalar əlavə edir. Amma, 5 il əvvəlki avtomobilin prosessoru bu yükü qaldıra bilmir.

Avtomobil elektriki Xaliq Əliməmmədov deyir ki, bəzi hallarda proqram yenilənmələri elektrikli avtomobillərin batareya ömrünü qorumaq adı ilə onun sürətlənmə gücünü və ya şarj sürətini gizlicə azalda bilir.

 Bəs ustanın "dolur" dediyi yaddaşı artırmaq mümkündürmü?

Xaliq Əliməmmədov bildirib ki, avtomobilin əyləc və təhlükəsizlik sistemləri bu yavaşlamadan sığortalanıb, yəni proqram donanda sükan kilidlənmir. Görünən odur ki, gələcəkdə avtomobil alarkən artıq mühərrik gücü ilə yanaşı, onun prosessor gücünü və əməliyyat yaddaşını da soruşmalı olacağıq. Əks halda avtomobil bir neçə yenilənmədən sonra istifadəyə yararsız hala gələ bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 

Martın 25-də paytaxtın Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.Bu barədə CityPost.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.Bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq.Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

24 Mart 2026, 20:39

MN rəhbərliyi hərbi hospitalda olub 

Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.MN-dən  verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi ziyarət olunub.Müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib.Hərbi tibb müəssisəsində yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər....

24 Mart 2026, 18:26

Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir  

Heydər Əliyev Beynəlxalq Aeroportu martın 29-dan etibarən yaz-yay uçuş cədvəlinə keçir.Citypost.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.Bildirilib ki, yeni mövsüm 24 oktyabr tarixinədək qüvvədə olacaq.Yaz-yay mövsümündə Bakıdan Avropa, Mərkəzi, Cənubi və Şərqi Asiya istiqamətlərində genişlənmiş uçuş şəbəkəsi sərnişinlərə təqdim olunacaq.Regional və Asiya istiqamətləri üzrə İstanbul, Ankara, Moskva, Daşkənd, Düşənbə, Ürgənc, Astana, Almatı və Aktau ilə yanaşı, Pekin və Urumçi istiqamətlərində də uçuşlar həyata keçiriləcək.Avropa istiqamətləri üzrə isə Berlin, Frankfurt, Milan, Roma, Varşava, Praqa, London, Vyana, Budapeşt, Paris, Barselona və Kişineu şəhərlərinə uçuşlar planlaşdırılır. Bununla yanaşı, Tbilisi, Bişkek, İzmir, Bodrum, Belqrad, Male və İslamabad istiqamətlərində də...

24 Mart 2026, 17:53

KİV: İran Türkiyəyə qaz ixracını dayandırıb 

İran İsrailin Cənub Pars qaz yatağına zərbələrindən sonra Türkiyəyə qaz ixracını dayandırıb.Bu barədə “Bloomberg“ məlumat yayıb. Məlumata görə, Türkiyə qaz tələbatının təxminən 14%-ni İran qazı hesabına təmin edir, lakin qısa müddətdə bu itkini Rusiya və Azərbaycan qazı, həmçinin ehtiyatları hesabına kompensasiya edə bilər.İranın qaz ixracını nə qədər müddət dayandıracağı isə hələlik naməlumdur.

24 Mart 2026, 16:55

Sahibə Qafarova Çinə səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çində işgüzar səfərdədir.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, Qionghai Boao beynəlxalq hava limanında Milli Məclisin sədrini Hainan Əyalətinin vitse-qubernatoru Yanq Quigianq, Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.Sahibə Qafarovanın forumun rəsmi açılış mərasimində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.Qeyd edək ki, builki tədbir "Ortaq gələcəyin formalaşdırılması: yeni dinamika, yeni imkanlar, yeni əməkdaşlıq" mövzusuna həsr olunub.Forum yaşıl keçiddə geniş əməkdaşlığa ehtiyacı əsas götürərək, transregional əlaqələri, keyfiyyətli sənayeləşməni, rəqəmsallaşmanı, süni intellekt və kvant texnologiyalarında irəliləyişləri təşviq edir.Tədbir dörd gün davam edir...

24 Mart 2026, 14:44

Sabah Azərbaycanda hava necə olacaq?  

Martın 25-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında gözlənilən havaMilli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər...

24 Mart 2026, 12:38