Rusiyada Şimali Koreya hərbçilərinə abidə ucaldılacaq
Dünya 24 Mart 2026, 16:08
278
Rusiyada Koreya Xalq Demokratik Respublikaslndan olan hərbçilərin şərəfinə abidə ucaldılacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Şimali Koreya hərbçilərinin Kursk vilayətində hərbi əməliyyatlarda iştirakı hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin praktiki təcəssümüdür.
“Bu yaxınlarda Pxenyanda qəhrəmanların abidəsi açılıb və biz Rusiya Federasiyası ərazisində də eyni jestlə cavab verəcəyik”, - Rusiya XİN başçısı deyib.
Həmçinin oxuyun
Qeyd edək ki, Pxenyanda Kursk vilayətində ölən Şimali Koreya hərbçilərinin şərəfinə küçə və muzey açılıb.
Xatırladaq ki, 2024 və 2025-ci illərdə Şimali Koreyanın Rusiya Federasiyasına ümumilikdə 15 min hərbçi göndərdiyi məlum olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İranla danışıqlara Vens rəhbərlik edəcək
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla müharibənin başa çatdırılması üzrə mümkün danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edə bilər.Modern.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri Pakistan mənbələrinə istinadən məlumat yayıb.Məlumata görə, danışıqların Pakistanda keçirilməsi ehtimal olunur. Bildirilir ki, rəsmi Vaşinqton bu görüşlərdə yüksək səviyyəli təmsilçiliklə iştirak etməyi planlaşdırır.Qeyd olunur ki, Vensin nümayəndə heyətinə rəhbərlik etməsi ehtimalı tərəflər arasında diplomatik səylərin intensivləşdiyini göstərir....
24 Mart 2026, 17:40
Ukrayna 2027-ci ilədək Avropa İttifaqına üzv ola bilməyəcək
Ukrayna 2027-ci ilə qədər Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək.Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə keçirilən konfransda deyib.“Fikrimcə, hər kəs anlayır ki, Ukraynanın 2027-ci il yanvarın 1-dək Avropa İttifaqına qoşulması mümkün deyil”, - o qeyd edib.
24 Mart 2026, 17:19
KİV: İranın Ali Rəhbəri ABŞ-la danışıqlara razılıq verib
İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkofa gizli şəkildə məlumat verib ki, Ali Rəhbər Müctəba Xamenei ABŞ-la potensial razılaşma barədə danışıqları təsdiqləyib.Bu barədə İsrail nəşri “Ynet” məlumat yayıb.Məlumatlara görə, yeni Ali Rəhbər İranın şərtləri qəbul ediləcəyi təqdirdə müharibəni sona çatdırmağa razıdır.
24 Mart 2026, 16:41
Laricaninin yerinə bu şəxs təyin olundu
Məhəmməd Baqir Zolqadr hava zərbələri nəticəsində öldürülən Əli Laricaninin yerinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə İran Prezidenti Administrasiyasının rabitə məsələləri üzrə müavini “X” şəbəkəsində məlumat yayıb.Qeyd edək ki, Məhəmməd Baqir Zolqadr İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istefada olan yüksək rütbəli hərbi komandiri və İranın Məsləhət Şurasının katibi idi. (APA)
24 Mart 2026, 15:23
Peskov: ABŞ və İran danışıqlarla bağlı ziddiyyətli bəyanatlarla çıxış edir
Kremldə ABŞ və İran arasında təmasların bərpası məsələsi ilə bağlı obyektiv məlumat yoxdur."Report" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib."Bütün tərəflərin (ABŞ və İran - red.) bir sıra ziddiyyətli bəyanatlar səsləndirdiklərini qeydə alırıq. Onlar bir-birilərinə ziddirlər. Bununla bağlı vəziyyətin əslində necə olduğunu bilmirik", - mətbuat katibi qeyd edib.Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti...
24 Mart 2026, 14:24
Estee Lauder və Puig BİRLƏŞİR
Estee Lauder və İspaniyanın Puig qrupu potensial biznes birləşməsi üzərində danışıqlar aparır. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu razılaşma Tom Ford, Carolina Herrera, Rabanne və Clinique kimi böyük ətir və kosmetik brendləri bir araya gətirərək təxminən 40 milyard dollarlıq lüks gözəllik qrupu yaradacaq.Müqavilə Estee Lauder-in pandemiyadan sonra yavaşlayan satışlarda strateji mövqe tutmasına kömək edə, həmçinin şirkətə L'Oreal və LVMH kimi rəqiblərlə rəqabətdə üstünlük verə bilər. Puig gəlirlərinin əhəmiyyətli hissəsini ətirlərdən əldə edir və Estee Lauder-in portfeli Bobbi Brown, La Mer, Jo Malone və Kilian Paris kimi markaları əhatə edir.Hər iki şirkət açıqlayıb ki, danışıqlar davam edir və heç...
24 Mart 2026, 12:51