Bizə yazın

Baku

-°C

USD

-

“Parni iz Baku”nun tanınmış üzvü vəfat etdi 

Sənət aləmi 24 Mart 2026, 15:00

286

Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi, canlı əfsanə sayılan Elnur Məmmədov dünyasını dəyişib.

Citypost.az xəbər verir ki, bu barədə “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov məlumat verib.

O bildirib ki, E.Məmmədov sabah Hövsan qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Elnur Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan “Parni iz Baku” KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVN-çilərin yetişməsində müstəsna rol oynayıb.

1990-cı illərdə böyük media şəbəkəsinə də rəhbərlik edib və geniş ictimai əlaqələrə və imkanlara malik olub.

Karyerasının pik nöqtəsində içkiyə qurşanıb və getdikcə hər şeyini itirib. Ötən il 60 yaşı tamam olan E.Məmmədov illərdir bomj həyatı yaşayırdı və bir çox xəstəlikdən əziyyət çəkirdi. Sadiq dostlarının təkidlərinə baxmayaraq, müalicə olunmaqdan imtina etmişdi. (axar.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəssam Millət vəkilindən bayram təravəti

Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri və millət vəkili Ülviyyə Həmzəyeva Novruz bayramı ilə bağlı yeni əl işlərini paylaşıb.Citypsot.az yeni əl işlərini təqdim edir.Yeganə

24 Mart 2026, 12:09

Xalq artisti Əli Nur şəhid oğluna şeir həsr edib  

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur Vətən müharibəsində şəhid olmuş oğlu, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Rövşən Nurzadənin doğum günü münasibətilə ona həsr etdiyi təsirli şeiri ictimaiyyətlə bölüşüb.“Rövşən balam bağrım başı göynəyir,Hicran həsrət ürəyimi çeynəyir,Soruşmursan atan sənsiz neyləyir?Hər gün dua eyləyirəm pirdə gəl!Əziz balam bu dünyaya bir də gəl!Hünərinlə qarı düşmən diz çöküb,Gözləyirəm yaram üstə duz töküb,Kənan balan yollarına göz dikib,Dözə bilmir əzizlərin, yerdə gəl.Şəhid balam bu dünyaya bir də gəl!”Qeyd edək ki, bu gün şəhid baş leytenant Rövşən Nurzadənin doğum günüdür. O, 1975-ci il martın 24-də Sumqayıt şəhərində anadan olub. Əslən Ağsu rayonundan olan Rövşən Nurzadə...

24 Mart 2026, 08:56

Xalq artistinin nəvələri - FOTO

Xalq artisti, “Şöhrət” ordenli Nürəddin Mehdixanlı sosial şəbəkə hesabında nəvələrinin fotosunu paylaşıb.Citypost.az xəbər verir ki, Sənətkar paylaşımında nəvələri Mədinə və Məryəmə bayram təbrikini çatdıraraq onlara xoş arzularını ifadə edib.“O müqəddəs, Üçrəngli Bayrağımızın şəfqəti, ucalığı, kölgəsi başınızın üstündən heç vaxt əskik olmasın, mənim gözəl nəvələrim, Mədinəm, Məryəmim! Bayramlarınız mübarək olsun!” – deyə paylaşımda qeyd olunub.Əli

23 Mart 2026, 10:29

Əliqismət Lalayev: “Yalanı heç vaxt bağışlamıram”   

 Azərbaycan  Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi,  sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev REAL televiziyasının “Yazı taxtası” verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.Citypost.az. xəbər verir ki, Azərbaycan  Respublikasının Mədəniyyət Nazirliyində , Azərbaycan Dövlət Akademik Musiqili Teatrında  çalışdığı illərdə  ölkə  mədəniyyətinə hər zaman uğurlu töhfələri ilə  seçilən , rəhbərlik etdiyi  kollektivlərdə hər kəsin sevgisini qazanan  Əliqismət  Lalayev bildirib ki, kinli insan olmasa da, bəzi məqamları unutmur: “Mən kinli deyiləm. Amma bəzi şeylər var ki, heç vaxt yadımdan çıxmır. Unutmamaq hələ kinli olmaq demək deyil. Məncə, kinli insan qisas alan, qarşı tərəfə zərər vura bilən adamdır. Məndə bu yoxdur. Amma   mənə...

22 Mart 2026, 10:10

Hikmət Rəhimov yeni imici ilə kamera qarşısında

Tanınmış teatr və kino aktyoru Hikmət Rəhimov yeni imici ilə kamera qarşısına keçib.Citypost.az xəbər verir ki, sənətçi bu çəkilişi sosial şəbəkədə paylaşaraq bildirib: “Səkkiz”dən sonra yavaş-yavaş bərpa oluram”.Hikmət Rəhimovun yeni görüntüləri və imici izləyicilər tərəfindən maraqla qarşılanıb.Turan

20 Mart 2026, 10:25

Laləzar Mustafayevanın qızı fəlsəfə doktoru OLDU

Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü, görkəmli aktrisa Laləzar Mustafayevanın qızı Vüsalə Nəbiyeva filologiya elmləri üzrə fəlsəfə doktoru diplomu alıb.Citypost.az xəbər verir ki, bu barədə Laləzar Mustafayeva paylaşım edib. O bildirib ki, Novruz bayramı ərəfəsində qızı illərin gərgin zəhmətinin nəticəsi olaraq elmi araşdırmalarının rəsmi təsdiqini alıb.Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə  Vüsalə Nəbiyeva filologiya elmləri üzrə fəlsəfə doktoru diplomu təqdim edilib.Laləzar Mustafayeva qızının bu uğurunun onu sonsuz qürurlandırdığını vurğulayıb. O, Vüsalənin gecə-gündüz çalışdığını, böyük zəhmət sərf etdiyini qeyd edərək, bu nailiyyətin tam mənası ilə onun haqqı olduğunu bildirib.Xalq artisti paylaşımında qızını təbrik...

20 Mart 2026, 09:16