Bizə yazın

Baku

-°C

USD

-

FHN əhaliyə müraciət edib 

Cəmiyyət 24 Mart 2026, 12:17

212

Fövqəladə Hallar Nazirliyi xilasetmə əməliyyatlarını çətinləşdirən nizamsız parklanma ilə bağlı əhaliyə müraciət edib.

Citypsot.az-a FHN-dən məlumat verilib.

Müraciətdə deyilir:

"Ramazan və Novruz bayramları ilə əlaqədar ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər.

Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bayram günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı yarana biləcək mümkün təhlükələri nəzərə alaraq, vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Azərbaycanda hava necə olacaq?  

Martın 25-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında gözlənilən havaMilli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər...

24 Mart 2026, 12:38

DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib 

Baş Dövlət Yol Polisi İdarəsi bayramla əlaqədar səfərə çıxan sürücülərə dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi tövsiyə edib.Citypost.az xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.Qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir."Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi...

24 Mart 2026, 11:19

Faktiki hava durumu açıqlandı

Martın 24-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, martın 24-ü saat 10:00-a olan məlumata əsasən, martın 23-ü günün birinci yarısında ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub, 24-ü gecə və səhər isə əsasən yağmursuz keçib.Yağıntının miqdarıDüşən yağıntının miqdarı Balakəndə 5, Xaltanda 4, Sədərəkdə 3, Şahbuz, Daşkəsən, Zaqatala, Şəki (Kişçay), Oğuz, Qobustan, Qrız, Xınalıq, Şahdağ, Göyçay, Biləsuvar, Şamaxı, Gədəbəy, Lerik, Altıağac, Qaxda (Sarıbaş) 1 mm-dək olub.Duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşırBakıda və Abşeron yarımadası, Şəki, Balakən, Şəmkir, Daşkəsən, Göygöldə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.Havanın maksimal temperaturuHavanın maksimal temperaturu...

24 Mart 2026, 11:17

Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya gübrəsi və qarabaşağı Biləcəridən yola salınıb 

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana 4 vaqon gübrə və 1 vaqon qarabaşaq "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb."Report" xəbər verir ki, gübrənin ümumi çəkisi 271 ton, qarabaşağın ümumi çəkisi isə 68 tondur.Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib....

24 Mart 2026, 11:00

Ədalət Verdiyev: İran Naxçıvana hücumla bağlı məntiqli cavab verməlidir  

Hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev İranın Azərbaycan və Türkiyə ərazisinə endirilən zərbələrlə bağlı indiyədək araşdırma nəticələrini təqdim etmədiyini bildirib.Citypost.az xəbər verir ki, ekspert  qeyd edib ki, İran bu günə qədər nə Azərbaycan, nə də Türkiyə ərazisinə endirilən zərbələrlə bağlı araşdırmanın nəticələrini açıqlaya bilmir. Ekspertin sözlərinə görə, bu məsələ də Tehrandakı Azərbaycan səfirliyinə hücum işi kimi mürəkkəb vəziyyətə düşüb.Ədalət Verdiyev vurğulayıb ki, İran tərəfi Naxçıvana hücumla bağlı Azərbaycan tərəfinə ən qısa müddətdə ağlabatan və məntiqli cavab verməlidir.Əli...

24 Mart 2026, 10:04

Azərbaycan nefti ucuzlaşıb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,85 ABŞ dolları və ya 5,9% azalaraq 116,05 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 122,9 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

24 Mart 2026, 09:06