Bizə yazın

Baku

-°C

USD

-

Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanıldı

Hadisə 24 Mart 2026, 17:33

235

Sabunçu və Yasamal rayonunda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 8000 manatlıq qızıl-zinət əşyalarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı K.Quliyev və əvvəllər məhkum olunmuş 30 yaşlı S.Yusifov saxlanılıblar. Araşdırmalarla onların evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətini törətdikləri məlum olub.

Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tovuzda minik maşını AŞDI

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü, Tovuzun Qovlar şəhər sakini 1990-cı il təvəllüdlü R.Həsənov hadisə yerində həyatını itirib.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

24 Mart 2026, 17:00

Cərəyanla balıq ovlayan 3 nəfər saxlanılıb

Kür çayının sol sahilində, Şəmkir rayonunun inzibati ərazisindən keçən hissəsində kustar üsulla hazırlanmış elektrik cərəyanı avadanlığından istifadə etməklə qanunsuz balıq ovu faktı aşkarlanıb.Bu barədə Citypost.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.Bildirilib ki, qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayonunun Hunanlar kəndi sakinləri olan üç şəxs Daxili Sular Regional Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Aparılan tədbirlər zamanı həmin şəxslərin 90 ədəd daban balığı, 1 ədəd çəki balığı və 52 ədəd sıf balığı növlərini qanunsuz olaraq ovladıqları müəyyən edilib.Qanunsuz ov nəticəsində təbiətə dəymiz ziyanın ödənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hər üç şəxs barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su...

24 Mart 2026, 16:36

Qaya daşlarını zədələyən şəxs HƏBS olundu

Xəzər rayonunun Buzovna qəsəbəsində qaya daşlarını zədələyən şəxs saxlanılıb, cinayət işi başlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.Qeyd edilib ki, polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb. Araşdırmalarla sözügedən işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib.Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəndə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Cəfərov məsuliyyətə cəlb olunub.Araşdırmalar davam etdirilir....

24 Mart 2026, 15:50

Lənkaranda maşın aşdı 

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın cənub bürosunun verdiyi xəbərə görə, avtoqəza yeni Ələt–Astara magistralının 161-ci km-də, Lənkəran rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil idarəetməni itirib. Nəqliyyat vasitəsi magistraldan çıxaraq yol kənarındakı su kanalının üzərində aşıb və əkin sahəsinə düşüb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Xanım Məmmədli xəsarət alıblar. Xəsarət alanlar deformasiyaya uğrayan avtomobildən çıxarılıb. Onlar təcili tibbi yardım tərəfindən Lənkəran xəstəxanasına hospitalizasiya olunublar. Qadın reanimasiya şöbəsinə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır....

24 Mart 2026, 13:54

Muğanlı–İsmayıllı yolunda daha bir sürüşmə qeydə alınıb

Ağsuda torpaq sürüşməsi qeydə alınıb. Hadisə 4 hərəkət zolaqğı olan Muğanlı–İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Quzey kəndi ərazisindən keçən hissəsində baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaq sürüşməsi zamanı uzunluğu təxminən 30, eni 20, dərinliyi isə 4 metr olan yarğan əmələ gəlib. Sürüşmə zamanı ərazidəki meşə ağacları torpaq altında qalıb, yolun mühafizə zolağı isə tamamilə yararsız vəziyyətə düşüb.Qeyd edək ki, bayram tətili günləri ilə əlaqədar sözügedən yolda paytaxtdan şimal-qərb rayonlarına və əks istiqamətdə avtomobillərin intensiv hərəkəti müşahidə olunur.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilib ki, sürüşmə hadisəsi yolun hərəkət hissəsində deyil, mühafizə zolağında qeydə alınıb. Aparılan ilkin vizual və...

24 Mart 2026, 13:34

Qanunsuz saxlanılan 20 tüfəng aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 20 tüfəng, 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

24 Mart 2026, 10:31