Rusiyanın İrana göndərdiyi humanitar yardım "Qaradağ" stansiyasına çatıb
Cəmiyyət 26 Mart 2026, 10:06
248
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Qaradağ" stansiyasına çatıb.
"Report" xəbər verir ki, dərman vasitələrindən ibarət humanitar yardımın ümumi çəkisi 300 tondan çoxdur.
Daha sonra yük İranın yük avtomobilləri vasitəsilə bu ölkənin ərazisindəki təyinat nöqtəsinə daşınacaq.
Xatırladaq ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü - dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.
Həmçinin oxuyun
Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. V.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev banqladeşli həmkranını təbrik edib
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və rifah arzulayıram"....
26 Mart 2026, 11:05
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Martın 26-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.Düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək və Şərurda 5, Beyləqan, Xaçmaz, Goranboy və Zərdabda 4, Quba, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Naftalan, Tovuz, Şəki, Oğuz, Şamaxı, Yevlax, Ağstafa, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Zaqatala, Qəbələ, Qobustan, Şahdağ, Balakən, Qax, Qusar, Şirvan, Mingəçevir, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 3 mm-dir.Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Sarıbaş(Qax),...
26 Mart 2026, 09:46
Toy menyu qiymətləri müzakirə yaradır: 120–200 manat normaldır?
Son dövrlərdə şadlıq saraylarında menyu qiymətlərinin artması cəmiyyətdə müzakirələrə səbəb olub.Citypost.az xəbər verir ki, bu barədə jurnalist Ramilə Sultan sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, hazırda şadlıq saraylarında bir nəfərlik menyu qiymətləri 120–200 manat arasında dəyişir və bu vəziyyət müəyyən ziddiyyət yaradır: “İnsan düşünür ki, mədə eyni mədədir, ehtiyac eyni ehtiyacdır, dəyişən isə yalnız qiymətlərdir”.Jurnalistin sözlərinə görə, maraqlı məqamlardan biri də odur ki, bu sistemdən narazılıq geniş yayılsa da, ən bahalı şadlıq saraylarında belə yerlər əvvəlcədən bron olunur və boş tarix tapmaq çətinləşir.Cəmiyyət seçim qarşısında qalıb: ucuz məkanlarda keyfiyyət aşağı olur, bahalı məkanlar isə hər kəs üçün əlçatan deyil....
26 Mart 2026, 08:20
Qalmaqallı prokuror işdən çıxarıldı
Adı müxtəlif qalmaqallarda hallanan prokuror Heydər Yusifzadə vəzifəsindən azad edilib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb. Sonuncu dəfə Xocalı Rayon Prokurorluğuna təyinat alan Yusifzadə, Əmrə əsasən, prokurorluq orqanlarından xaric edilib.Qeyd edək ki, H.Yusifzadə daha əvvəl Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsində prokuror, Xətai Rayon Məhkəməsində dövlət ittihamçısı kimi çalışıb. O, bundan əvvəl də nöqsanlara görə Bakıdan Xocalıya göndərilmişdi. Lüks həyat tərzi ilə də gündəmə gələn Yusifzadə keçmiş mərhum prokuror Vəli Yusifovun oğludur. ...
25 Mart 2026, 22:51
Sabiq nazirin Bakıdakı obyekti 600 minə satıldı
Hazırda şərti cəza çəkən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakının mərkəzində yerləşən müsadirə edilmiş obyekti satılıb.Citypost.az xəbər verir ki, 450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsini 600 min manata alıblar.Səbail rayonunun Azadlıq prospektindəki həmin obyekt 50, 6 kv.metr ərazidə yerləşir. İcra məmuru əmlakı ilk hərracda satıb.Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün ona şərti cəza verilib. Əlavə olaraq onun çoxsaylı əmlakı müsadirə edilib. (Qafqazinfo)...
25 Mart 2026, 17:18
DYP yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Hazırda paytaxt Bakı şəhərində, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.Citypost.az xəbər verir ki, bununla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edir.Sürücülərdən xahiş olunur:• Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;• Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar;• Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinsinlər;• Yağış, duman və ya çiskin zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət...
25 Mart 2026, 16:15