FHN gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 25 Mart 2026, 09:33
276
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Həmçinin, mülayim qərb küləyinin güclənməsi və temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.
CityPost.az xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Həmçinin, bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur.
Həmçinin oxuyun
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tıxacların əsas səbəbi məktəb saatlarıdır - Eksperdən AÇIQLAMA
Psixoloq-konsultant Kamil Həmidov Bakıdakı tıxacların əsas səbəbini açıqladıCitypost.az xəbər verir ki, Bakı şəhərində nəqliyyat sıxlığı ilə bağlı müzakirələr davam edərkən, psixoloq-konsultant Kamil Həmidov mövzuya fərqli prizmadan yanaşıb. O bildirib ki, tıxac probleminin həlli üçün tez-tez səsləndirilən universitetlərin və ya paytaxtın köçürülməsi kimi təkliflər reallıqdan uzaqdır.Onun sözlərinə görə, əhatəli monitorinq aparılarsa, tıxacların əsas səbəbini müəyyən etmək çətin deyil. “Hansı saatlarda tıxac yaranır və şəhərin hansı hissələrində hərəkət dayanır?” suallarının cavabı əslində aydındır: əsas sıxlıq orta məktəblərin dərsə giriş və çıxış saatlarında müşahidə olunur.Kamil Həmidov qeyd edir ki, universitetlərin bu problemdə rolu şişirdilir. Çünki tələbələrin böyük hissəsi ictimai nəqliyyatdan istifadə edir. Bundan...
25 Mart 2026, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.Citypost.az xəbər verir ki, bu gün 5 vaqon buğda Ermənistana yola salınacaq.Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar göndərilir. (APA)
25 Mart 2026, 10:03
Azərbaycanda pensiya yaşını keçən icra başçıları - SİYAHI
Azərbaycanda bir sıra şəhər və rayon icra hakimiyyəti başçıları pensiya yaşına çatıb, bəziləri isə bu həddi artıq geridə qoyub. Mövcud vəziyyət göstərir ki, ölkədə yerli icra strukturlarında pensiya yaşına çatan başçıların sayı kifayət qədər çoxdur.Modern.az 65 yaşı keçən və pensiya yaşında olan icra başçılarını araşdırıb.65 yaş həddinə çatanlarHazırda bəzi icra başçıları məhz bu il pensiya yaşına çatır və ya bu həddi yeni keçir. Onların arasında həm bölgə, həm də paytaxt ətrafı rayonların rəhbərləri yer alır.Astara İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Tovuz İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bu il 65 yaşına çatacaq. Pirallahıya rəhbərlik edən Vasif İmanov da 1961-ci il...
25 Mart 2026, 09:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ”
Proqram təminatı ilə işləyən avtomobillər bir müddət sonra sıradan çıxa bilər.Müasir avtomobillər artıq sadəcə mühərrikdən ibarət deyil. Onlar indi həm də proqram təminatı ilə işləyir. İstehsalçılar hər il yeni funksiyalar əlavə edir. Amma, 5 il əvvəlki avtomobilin prosessoru bu yükü qaldıra bilmir.Avtomobil elektriki Xaliq Əliməmmədov deyir ki, bəzi hallarda proqram yenilənmələri elektrikli avtomobillərin batareya ömrünü qorumaq adı ilə onun sürətlənmə gücünü və ya şarj sürətini gizlicə azalda bilir. Bəs ustanın "dolur" dediyi yaddaşı artırmaq mümkündürmü?Xaliq Əliməmmədov bildirib ki, avtomobilin əyləc və təhlükəsizlik sistemləri bu yavaşlamadan sığortalanıb, yəni proqram donanda sükan kilidlənmir. Görünən odur ki, gələcəkdə avtomobil alarkən artıq mühərrik gücü ilə...
24 Mart 2026, 22:13
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Martın 25-də paytaxtın Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.Bu barədə CityPost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.Bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq.Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
24 Mart 2026, 20:39
MN rəhbərliyi hərbi hospitalda olub
Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.MN-dən verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi ziyarət olunub.Müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib.Hərbi tibb müəssisəsində yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər....
24 Mart 2026, 18:26