Ramin Hacıyev “haralısan” və Bakı–rayon bölgüsü ilə bağlı YAZDI
Sənət aləmi 26 Mart 2026, 11:00
258
Aktyor və televiziya rejissoru, Əməkdar mədəniyyət işçisi Ramin Hacıyev sosial şəbəkə hesabında “haralısan” sualı və Bakı–rayon bölgüsü ilə bağlı müzakirələrə münasibət bildirib.
Citypost.az xəbər verir ki, o qeyd edib ki, milləti parçalayan ən böyük səhvlərdən biri məhz “haralısan” sualıdır. Onun fikrincə, bu yanaşma tarixən ayrı-seçkilik yaradıb və bu gün də “rayon–Bakı” mübahisəsi kimi davam edir.
Ramin Hacıyev vurğulayıb ki, Azərbaycan ərazisində hər bir vətəndaşın sərbəst hərəkət etmək hüququ var və ölkənin istənilən bölgəsində yaşamaq qanunidir. O əlavə edib ki, bölgələrdə iş imkanları geniş olsaydı, Bakıya kütləvi axın da olmazdı.
Həmçinin oxuyun
O, həmçinin idman zallarında və digər məkanlarda insanlara “haralısan” sualının verilməsini tənqid edərək, bunun düzgün yanaşma olmadığını bildirib.
Ramin Hacıyev bu tip bölgü və ayrı-seçkilik mövzularının cəmiyyətdə gərginlik yaratdığını deyərək mövzunun müzakirəyə açıq olduğunu qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Stiven Kolbert oğlu ilə birlikdə "Üzüklərin hökmdarı" filmində iştirak edəcək
Stiven Kolbert və oğlu Piter Makqi Warner Bros. Pictures üçün "Üzüklərin hökmdarı" əsasında yeni bir film hazırlayırlar.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,ilkin olaraq "Üzüklərin hökmdarı: Keçmişin kölgələri" adlanan filmin 2027-ci ildə nümayişi planlaşdırılır və Piter Ceksonun 2001-ci ildə çəkilmiş film adaptasiyasından çıxarılan "Üzük qardaşlığı"nın altı ilk fəslinə əsaslanacaq.Film Frodonun ölümündən 14 il sonra baş verir. Sem, Meri və Pippin ilk macəralarının yolunu yenidən kəşf edirlər, Semin qızı Eleonora isə "Üzük müharibəsi"nin başlamazdan əvvəl niyə az qala uduzduğunu anlamağa çalışarkən uzun müddətdir gizli saxlanılan bir sirri açır. Ceksonun "Üzüklərin hökmdarı" trilogiyasının həmmüəllifi Filippa Boyens Kolbert və oğlu ilə birlikdə ssenari...
26 Mart 2026, 12:40
Nazim Hikmətlə xalq artistinin 1953-cü il fotosu yayıldı
Böyük türk şairi və yazıçısı Nazim Hikmətlə Azərbaycanın Xalq artisti Mövsüm Sənaninin 1953-cü ildə çəkilmiş fotosu yayılıb.Citypost.az xəbər verir ki, fotonu jurnalist Anar Tağıyev paylaşıb. Məlumata görə, həmin il Azərbaycan Dövlət Dram Teatrının rejissoru Adil İsgəndərov Nazim Hikmətin “Türkiyədə” əsərini səhnələşdirib.Tamaşada Məmməd obrazını Xalq artisti Mövsüm Sənani canlandırıb. Bildirilir ki, Məmməd surəti Nazim Hikmətin real həyatdakı oğlunun prototipi olub. Nazim Hikmət Bakıya səfəri zamanı Sənaninin ifasından təsirlənərək onu qucaqlayıb və “Gəl, gəl mənim Mehmetim, sən mənim oğlumu səhnədə canlandırdığın üçün səni sinəmə basım”, - deyə bildirib.Məlumat üçün bildirək ki, Nazim Hikmət 3 iyun 1963-cü ildə Moskvada, Mövsüm Sənani isə 11 fevral...
26 Mart 2026, 11:36
“Sevənlərə nəğmə deyək” – trendə düşən mahnının TARİXÇƏSİ
Artıq bir müddətdir ki, əməkdar artist Elnarə Abdullayevaın ifasında “Sevənlərə nəğmə deyək” mahnısı sosial şəbəkələrdə, restoranlarda və şəhər yollarında geniş yayılıb. Gənclərin dili ilə desək, bu mahnı “Tut əlimdən, qoşa gəzək dünyanı” ifadəsi ilə diqqət çəkir və dinləyicilər arasında trendə çevrilib.Citypost.az xəbər verir ki, mahnının sözləri ötən əsrin sonlarında görkəmli şair Rüfət Əhmədzadə tərəfindən yazılıb, bəstəsi isə tanınmış bəstəkar Emin Sabitoğluya məxsusdur. İlk dəfə mahnı təxmini 1984-cü illərdə SSR xalq artisti Zeynəb Xanlarova tərəfindən ifa olunub və o dövrdə dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.Zaman-zaman xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, tanınmış müğənnilər Əlikram Bayramov, Gülay Zeynallı, Kabilə Nəbiyeva və...
25 Mart 2026, 11:25
Tanınmış rejissor atasından YAZDI
Tanınmış rejissor İman Məcidov mərhum atası, görkəmli rejissor Əmirhüseyn Məcidovun vəfatının 20-ci ildönümü ilə bağlı xatirələrini bölüşüb. Citypost.az xəbər verir ki, rejissor bildirib ki : “Vaxt uçur. Atamın ölümündən 20 il keçdi. Amma xatirələr vaxta baxmır, həmişə əzab verir – həm acısı, həm də şirini...”Qeyd edək ki, Əmirhüseyn Məcidov 1937-ci il noyabrın 30-da Xızı-Bərmək mahalının Tudar kəndində anadan olub. Bakıya köçdükdən sonra Kitabxanaçılıq Texnikumuna daxil olub, 1962-ci ildə isə İncəsənət İnstitutunun musiqili teatr aktyoru şöbəsinə qəbul olunub. Sənətin incəliklərini Soltan Dadaşovdan öyrənən Məcidov, tələbəlik illərində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Dövlət Televiziyasına keçərək rejissor köməkçisi və sonra...
25 Mart 2026, 11:04
“Parni iz Baku”nun tanınmış üzvü vəfat etdi
Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi, canlı əfsanə sayılan Elnur Məmmədov dünyasını dəyişib.Citypost.az xəbər verir ki, bu barədə “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov məlumat verib.O bildirib ki, E.Məmmədov sabah Hövsan qəbiristanlığında dəfn olunacaq.Qeyd edək ki, Elnur Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan “Parni iz Baku” KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVN-çilərin yetişməsində müstəsna rol oynayıb.1990-cı illərdə böyük media şəbəkəsinə də rəhbərlik edib və geniş ictimai əlaqələrə və imkanlara malik olub.Karyerasının pik nöqtəsində içkiyə qurşanıb və getdikcə hər şeyini itirib. Ötən...
24 Mart 2026, 15:00
Rəssam Millət vəkilindən bayram təravəti
Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri və millət vəkili Ülviyyə Həmzəyeva Novruz bayramı ilə bağlı yeni əl işlərini paylaşıb.Citypsot.az yeni əl işlərini təqdim edir.Yeganə
24 Mart 2026, 12:09