DYP yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 25 Mart 2026, 16:15
267
Hazırda paytaxt Bakı şəhərində, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.
Citypost.az xəbər verir ki, bununla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edir.
Sürücülərdən xahiş olunur:
• Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;
• Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar;
• Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinsinlər;
• Yağış, duman və ya çiskin zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər;
• Zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar.
Həmçinin oxuyun
Piyadalara tövsiyə olunur:
• Yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər;
• Hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər;
• Qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar.
Unutmayaq ki, çətin hava şəraitində yolda atılan hər bir düzgün addım bir həyatın qorunmasına xidmət edir.
Qaydalara əməl edək, təhlükəsizliyi birlikdə təmin edək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla 13:57-də və 13 km dərinlikdə baş verib.
25 Mart 2026, 14:05
Sabahın hava proqnozu açıqlanıb
Martın 26-na gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər...
25 Mart 2026, 13:40
İran Ərbil hava limanına zərbə endirib
İran İraqın Ərbil hava limanında ABŞ qüvvələrinin və kürd silahlı dəstələrinin mövqelərinə raket zərbəsi endirib."Report" xəbər verir ki, bu barədə İran KİV-i ölkənin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb."Bir neçə saat əvvəl İran ordusu davam edən əməliyyat tədbirləri çərçivəsində Ərbil hava limanında ABŞ qoşunlarının və separatçı qruplaşmaların toplanma yerinə "yer-yer" tipli raketlərlə zərbə endirib", - bildirilib.Bəyanatda qeyd olunub ki, hədəf zonası ABŞ əməliyyatlarının əsas təminat və idarəetmə mərkəzlərindən biri olub və İran tərəfinin iddiasına görə, orada hərbi texnika yerləşirdi....
25 Mart 2026, 13:20
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bildirilib ki, hava ilə bağlı məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
25 Mart 2026, 12:59
İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.Citypost.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verdi.Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada - 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda...
25 Mart 2026, 12:32
Azərbaycanda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində martın 25-i axşam və 27-də arabir yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az- Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yağıntının yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.
25 Mart 2026, 12:11