Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev banqladeşli həmkranını təbrik edib 

Cəmiyyət 26 Mart 2026, 11:05

342

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.

Citypost.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və rifah arzulayıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sahibə Qafarova Boao Forumunda Azərbaycanın qlobal təşəbbüslərindən danışıb 

Milli Məclisin sədri Sahibə Qafarova Çinə işgüzar səfəri çərçivəsində Asiya üçün Boao Forumunın İllik Konfransında çıxış edərək Azərbaycanın qlobal təşəbbüslərindən danışıb.Bu barədə Citypost.az Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Spikerin sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülmüş və Azərbaycan tərəfindən də dəstəklənən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik, Qlobal Sivilizasiya və Qlobal İdarəetmə təşəbbüsləri əməkdaşlıq, qarşılıqlı hörmət və ortaq məsuliyyət əsasında daha inklüziv, təhlükəsiz və dayanıqlı dünya qurmaq üçün əməkdaşlığa, qarşılıqlı hörmətə və ortaq məsuliyyətə əsaslanan hərtərəfli çərçivə təqdim edir.Sahibə Qafarova deyib ki, ortaq baxışlar iki ölkəni bir-birinə yaxınlaşdırır:"Gələn il - Azərbaycan ilə Çin arasında diplomatik...

26 Mart 2026, 12:22

Kafe və restoranlara investisiyalar azalıb 

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda turist yerləşdirilməsi və ictimai iaşə sahəsinə 4,3 milyon manat investisiya yatırılıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,6% azdır.Dövr ərzində bu sahə üzrə investisiyaların ümumi iqtisadi sahələrə yatırılmış investisiyalarda xüsusi çəkisi 0,2%% təşkil edib.

26 Mart 2026, 11:58

Rusiyanın İrana göndərdiyi humanitar yardım "Qaradağ" stansiyasına çatıb 

İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Qaradağ" stansiyasına çatıb."Report" xəbər verir ki, dərman vasitələrindən ibarət humanitar yardımın ümumi çəkisi 300 tondan çoxdur.Daha sonra yük İranın yük avtomobilləri vasitəsilə bu ölkənin ərazisindəki təyinat nöqtəsinə daşınacaq.Xatırladaq ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü - dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. V.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını...

26 Mart 2026, 10:06

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA 

Martın 26-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.Düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək və Şərurda 5, Beyləqan, Xaçmaz, Goranboy və Zərdabda 4, Quba, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Naftalan, Tovuz, Şəki, Oğuz, Şamaxı, Yevlax, Ağstafa, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Zaqatala, Qəbələ, Qobustan, Şahdağ, Balakən, Qax, Qusar, Şirvan, Mingəçevir, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 3 mm-dir.Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Sarıbaş(Qax),...

26 Mart 2026, 09:46

Tural İrfan: Din yalnız sekulyar dövlətlərdə sağlam inkişaf edə bilər

Siyasi-dini şərhçi Tural İrfan mötədil və sağlam şəkildə dinin yalnız sekulyar və dünyəvi dövlət quruluşlarında inkişaf edə biləcəyini bildirib.Citypost.az xəbər verir ki, şərhçi qeyd edib ki, teokratik rejimlərdə dinin dövlət ideologiyası və siyasi proqramına tabe edilməsi onun təhrif olunmasına səbəb olur.Tural İrfanın sözlərinə görə, siyasət dəyişsə də, dinin özül və hədəfləri dəyişmir: “Dəyişsən artıq o, din olmur, İran olur. O cür İran da axırda bu cür viran olur”, - deyə o vurğulayıb.Əli...

26 Mart 2026, 09:30

Toy menyu qiymətləri müzakirə yaradır: 120–200 manat normaldır?

Son dövrlərdə şadlıq saraylarında menyu qiymətlərinin artması cəmiyyətdə müzakirələrə səbəb olub.Citypost.az xəbər verir ki, bu barədə jurnalist Ramilə Sultan sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, hazırda şadlıq saraylarında bir nəfərlik menyu qiymətləri 120–200 manat arasında dəyişir və bu vəziyyət müəyyən ziddiyyət yaradır: “İnsan düşünür ki, mədə eyni mədədir, ehtiyac eyni ehtiyacdır, dəyişən isə yalnız qiymətlərdir”.Jurnalistin sözlərinə görə, maraqlı məqamlardan biri də odur ki, bu sistemdən narazılıq geniş yayılsa da, ən bahalı şadlıq saraylarında belə yerlər əvvəlcədən bron olunur və boş tarix tapmaq çətinləşir.Cəmiyyət seçim qarşısında qalıb: ucuz məkanlarda keyfiyyət aşağı olur, bahalı məkanlar isə hər kəs üçün əlçatan deyil....

26 Mart 2026, 08:20