Bizə yazın

Baku

-°C

USD

-

Sabir Rüstəmxanlıya Açıq Cavab: İranı Qorumaqmı, Güney Azərbaycanın Haqqını Yenə Ertələməkmi? 

Cəmiyyət 02 Aprel 2026, 22:58

172

Araşdırmaçı, Yazar: Mesut HARAY

İran rejiminin zülmünü etiraf edən bir mətnin, eyni rejimin davamını dolayı şəkildə “məqbul” göstərməsi nə deməkdir? Bu yazı, Sabir Rüstəmxanlı’nın fikirlərini öz arqumentləri üzərindən analiz edir.

Sabir Rüstəmxanlı’nın “Savaş və bölgəmizin taleyi” başlıqlı yazısı ilk baxışda İran rejiminin zülmünü göz önünə sərən, balanslı bir analiz təəssüratı yaradır. Lakin mətnə diqqətlə yanaşıldıqda daha ciddi bir problem üzə çıxır: tənqid edilən sistemin davamını dolayısıyla məqbul göstərən bir yanaşma.

Yazıda İran rejiminin türklərə və digər xalqlara qarşı yürütdüyü farslaşdırma siyasəti, insan haqları pozuntuları və kimlik üzərindəki təzyiqlər açıq şəkildə qeyd olunur. Amma eyni zamanda bu rejimin çöküşünün yaradacağı risklər ön plana çəkilərək, onun varlığını davam etdirməsi “hələlik daha uyğun seçim” kimi təqdim edilir. Bu isə tənqidlə meşrulaşdırma arasındakı incə xəttin aşılması deməkdir.

Bir rejimi həm zalım kimi təqdim edib, həm də onun davamını “strateji zərurət” kimi göstərmək milli mövqe deyil, milli tərəddüddür. Çünki bir xalqın dili, kimliyi və siyasi iradəsi sistematik şəkildə basqı altındadırsa, o sistemi “daha pis ssenari” qorxusu ilə qorumaq, həmin zülmün davamına şərait yaratmaq anlamına gəlir.

Yazının digər problemli cəhəti isə məsələnin bir nöqtədən sonra din, Qərbin mənəvi vəziyyəti və sivilizasiya qarşıdurması müstəvisinə çəkilməsidir. Halbuki Güney Azərbaycan məsələsi dini deyil, açıq-aydın siyasi və etnik bir məsələdir. Problem İslamın özü deyil; İslam pərdəsi altında qurulmuş fars mərkəzli hakimiyyət sistemidir.

Bu qədər aydın bir reallıq varkən mövzunu “Qərbin çöküşü” kimi ümumi bir çərçivəyə daşımaq əsas məsələni kölgədə qoyur. Bu, analiz deyil, istiqamət yayındırmadır.

Mətndə yer alan “xarici təhdid qarşısında xalqın rejim ətrafında birləşməsi” iddiası da ciddi şəkildə sorgulanmalıdır. Bir toplumun xarici müdaxiləyə qarşı torpağını qoruma refleksi göstərməsi ilə rejimə siyasi dəstək verməsi eyni şey deyil. İnsanlar ölkələrinin dağılmasını istəməyə bilər, amma bu, onların rejimlə barışdığı mənasına gəlmir.

Bu iki anlayışı eyniləşdirmək, istər-istəməz rejimin təbliğat dilini təkrarlamaqdır. Analiz dili ilə propaganda dili arasındakı fərq məhz burada üzə çıxır.

Yazının ən kritik nöqtəsi isə belə ifadə olunur: əvvəl İranın bütövlüyü qorunmalı, sonra milli haqlar müzakirə edilməlidir. Bu yanaşma illərdir təkrarlanan və hər dəfə Güney Azərbaycan türkünün haqqını ertələyən düşüncənin eynisidir.

Tarix açıq şəkildə göstərib ki, “əvvəl dövlət, sonra millət” məntiqi həmişə millətin zərərinə işləyib. Hər dəfə “indi zamanı deyil” deyilib və hər dəfə ertələnən tək şey türk millətinin haqqı olub.

Mətndə təqdim olunan mərhələlər də bu düşüncəni təsdiqləyir: əvvəl İran daxilində transformasiya, sonra muxtariyyət, ən sonda isə müstəqillik ehtimalı. Yəni Güney Azərbaycanın öz taleyini təyin etmə haqqı yenə əsas xətt deyil, ehtiyat variant kimi göstərilir.

Halbuki məsələyə tərsinə yanaşmaq lazımdır. Əsas xətt türk millətinin milli iradəsi olmalıdır. Bütün digər siyasi modellər yalnız bu iradəni nə dərəcədə təmin etdiyinə görə dəyərləndirilməlidir.

Bu gün əsas sual İranın necə qalacağı deyil. Əsas sual budur: Güney Azərbaycan türkü necə yaşayacaq? Hansı dildə təhsil alacaq? Hansı hüquqlarla idarə olunacaq? Öz gələcəyini müəyyən etmək gücünə sahib olacaqmı?

Əgər bu sualların cavabı yenə Tehran mərkəzli dövlət ağlının insafına buraxılırsa, ortada həll axtaran bir analiz yox, ertələməni əsaslandırmağa çalışan bir yanaşma var.

Bu kontekstdə bir həqiqət açıqdır: məsələ Vaşinqtonla Tehran arasında seçim etmək deyil. Güney Azərbaycan türkü üçün yol nə xarici güclərin layihəsinə qoşulmaqdır, nə də mövcud rejimin zəncirinə razı olmaqdır.

Üçüncü yol var: türk milli iradəsinə əsaslanan, müstəqil və öz taleyini özü təyin edən yol.

Burada daha ciddi bir sual ortaya çıxır. Sabir Rüstəmxanlı təkcə bir yazar deyil; eyni zamanda Azərbaycan Yazarlar Birliyinin Güney Azərbaycan Şöbəsinin sədri olaraq bu sözlərinin arxasında duran bir məsuliyyət daşıyır.

Bu halda sual açıqdır: bu cür yanaşma Güney Azərbaycan ədəbiyyatına nə verir? Milli şüuru gücləndirirmi, yoxsa onu tərəddüdə və gözləmə psixologiyasına sürükləyirmi?

Ədəbiyyat bir millətin ruhunu oyatmalıdır. Əgər qələm milli iradəni gücləndirmək əvəzinə onu davamlı olaraq “daha uyğun zamana” ertələyirsə, bu artıq ciddi şəkildə sorgulanmalıdır.

Nəticə etibarilə, Sabir Rüstəmxanlı’nın yazısı müəyyən doğru təsbitlər ehtiva etsə də, ümumi xətti ilə Güney Azərbaycan türkünün milli iradəsini gücləndirən deyil, onu yenidən ertələyən bir yanaşma ortaya qoyur.

SON SÖZ

Türkün haqqı yenə sonraya saxlanılırsa, bu artıq çıxış yolu deyil – bu, yeni bir gecikdirmə siyasətidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub 

İran Prezidenti Məsud Pezeşkian aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.Prezident İlham Əliyev Azərbaycanın İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlət başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb....

02 Aprel 2026, 23:30

Tramp baş prokuror Pem Bondini vəzifədən azad edib 

ABŞ prezidenti Donald Tramp baş prokuror Pem Bondini vəzifəsindən azad edib.Bu barədə CNN məlumat yayıb.Məlumata görə, Bondinin işdən çıxarılması onun bəzi istintaq proseslərindəki fəaliyyəti və Ceffri Epşteyn işi ilə bağlı sənədlərə yanaşmasının tənqid olunması fonunda baş verib."Reuters"in məlumatına görə, Tramp bildirib ki, Bondi özəl sektorda “mühüm vəzifəyə” keçəcək.Qeyd olunur ki, bu, Trampın ikinci prezidentlik dövründə ikinci dəfə Nazirlər Kabineti üzvünü vəzifədən uzaqlaşdırmasıdır. O, daha əvvəl daxili təhlükəsizlik naziri Kristi Noemi də vəzifədən azad etmişdi.Bildirilir ki, Bondinin vəzifəsini müvəqqəti olaraq onun müavini Todd Blanş icra edəcək....

02 Aprel 2026, 21:52

Bakı metrosuna yeni qatarlar alınacaq  

"Hazırda Bakı metropolitenində 3-cü nəslə aid 36, eləcə də yeni - 4-cü nəslə məxsus daha 36 qatar tərkibi istismar olunur".Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.Qeyd olunub ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə əlaqədar hazırda yeni qatarların alınması istiqamətində tədbirlər görülür:"Dövlət Proqramına uyğun olaraq, yeni vaqonların alınması ilə bağlı tender elan olunduqdan sonra qalib tərəflə müqavilə imzalanaraq istehsal prosesinə başlanılacaq. Bununla əlaqədar yeniliklər olduğu təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək"....

02 Aprel 2026, 17:54

Ədliyyə naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb 

Ədliyyə naziri Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində sayca beşinci müsabiqənin qalibləri Məmməd Balacanov və Ramil Hüseynzadə ilə görüşüb.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, Fərid Əhmədov qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb.Nazir qaliblərin peşəkar inkişafına dəstək məqsədilə öz təcrübəsini bölüşüb, onlara gələcək fəaliyyətlərində faydalı olacaq tövsiyələr verib. Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin potensiallı kadrların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb və dövlət idarəçiliyinə töhfə verməsi baxımından mühüm təşəbbüs olduğunu qeyd edib.Nazir qaliblərin fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib, birillik fərdi inkişaf planının icrasından bəhs edib. Görüşdə həmçinin vurğulanıb ki, qaliblərin...

02 Aprel 2026, 17:40

Aprelin birinci ongünlüyündə hava yağıntılı olacaq 

Azərbaycanda aprel ayının birinci ongünlüyündə hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumjat yayıb.Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən...

02 Aprel 2026, 17:00

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Goranboy, Naftalan, Tovuz, Füzuli, Zəngilan, Cəbrayıl, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Xızı, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Bərdə, Cəlilabad, Yardımlı, Masallı, Lerik, Astara, Lənkəran, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Qubada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Qazax, Ağstafada isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək,...

02 Aprel 2026, 16:42