Bizə yazın

Baku

-°C

USD

-

Türkiyədə güclü zəlzələ olub 

Dünya 02 Aprel 2026, 23:09

3680

Türkiyənin Balıkəsir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

CityPost.az  Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Balıkəsirin Sındırqı rayonudur.

Yerli vaxtla saat 21:22-də qeydə alınan zəlzələnin ocağı yerin 10,55 kilometr dərinliyindədir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səfir iqamətgahında ölü tapıldı 

Portuqaliyanın Bolqarıstandakı səfiri Anna Mariya Ribeyra da Silva Sofiyadakı iqamətgahında ölü vəziyyətdə aşkarlanıb.Citypost.az xəbər verir ki, bu barədə Bolqarıstanın “24 çasa” qəzeti məlumat yayıb.Məlumata görə, 66 yaşlı diplomatın işə gəlməməsindən narahat olan səfirlik əməkdaşları onun iqamətgahına gediblər. Səfir burada ölü vəziyyətdə tapılıb.İlkin ehtimala əsasən, diplomatın ölümünə infarkt səbəb olub.Anna Mariya Ribeyra da Silva 2020-ci ilin dekabrından Portuqaliyanın Bolqarıstandakı səfiri vəzifəsində çalışırdı. (Modern.az)...

22 Sentyabr 2026, 19:45

ABŞ Hörmüz boğazından bir milyard bareldən çox neftin keçidini təmin edib 

ABŞ Hörmüz boğazından bir milyard bareldən çox neftin keçidini təmin edib.Citypost.az APA-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında deyib.“Müharibə başlayandan bəri Hörmüz boğazından keçən neftin həcmi ən yüksək səviyyədədir”, - Tramp qeyd edib.Onun sözlərinə görə, ABŞ qüvvələri sutka ərzində müxtəlif sayda – 20-40 arasında gəminin Hörmüz boğazından keçidini təmin edir.

22 Sentyabr 2026, 19:00

FHN-dən ot tayaları ilə bağlı mühüm ÇAĞIRIŞ

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib.Nazirlikdən Citypost.az  verilən məlumata görə, FHN səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, baş vermiş yanğın hadisələrinin təhlili göstərir ki, qeydiyyata alınan yanğınların bir hissəsi də kənd və qəsəbələrdə fərdi yaşayış evlərinin həyətyanı sahələrində yığılmış ot tayalarının payına düşür:"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən tədarük edilən otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına yığılması hallarına rast gəlinir. Bununla da yanğın...

22 Sentyabr 2026, 10:35

Avstriyada Google-un məlumat mərkəzi etirazlara səbəb olub

Avstriyanın Kronstorf şəhərində Google tərəfindən inşa edilən məlumat mərkəzi yerli sakinlərin etirazına səbəb olub. Təxminən 400 nəfər layihəyə qarşı Linzdə aksiya keçirib.Citypost.az AFP-ə istinadən xəbər verir ki, etirazçılar mərkəzin böyük həcmdə elektrik və su istehlakından, həmçinin layihə ilə bağlı şəffaflığın olmamasından narahatdırlar. Mərkəzin ilk mərhələsinin 2027-ci ildə istifadəyə verilməsi gözlənilir.Google isə layihənin bulud və süni intellekt xidmətlərinə artan tələbatı qarşılayacağını, təxminən 100 birbaşa və minlərlə dolayı iş yeri yaradacağını bildirir. Şirkət layihənin Avstriyanın rəqəmsal infrastrukturunu gücləndirəcəyini də qeyd edir.Etirazçılar xüsusilə məlumat mərkəzinin soyutma sistemlərində istifadə olunacaq suyun həcmi və enerji tələbatının ətraf mühitə mümkün təsirlərindən narahatdırlar.Turan...

22 Sentyabr 2026, 10:30

Kral Çarlzı qəzəbləndirən Diana xatirələri satışa çıxarılıb

Böyük Britaniyada mərhum Şahzadə Diananın qardaşı Çarlz Spenserin bacısı haqqında yazdığı xatirə kitabı nəşr olunub. “Swan Song: Diana, My Sister” adlı kitabda Diana və kral ailəsi ilə bağlı bir sıra mübahisəli iddialar yer alıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Spenser kitabı Diananın adından danışmaq və onun haqqında illər ərzində formalaşmış bəzi fikirləri düzəltmək məqsədilə yazdığını bildirib.Kitabdan yayılan hissələrdə Spenser Kral III Çarlzın Diananın ölümündən sonra onun haqqında müəyyən ifadələr işlətdiyini iddia edir. Bukinqem Sarayı isə kralın qardaşının xatirələrinin kədər və itkinin yaddaşa təsir edə biləcəyini vurğulayıb.Spenser həmçinin Diananın şəxsi həyatı, Çarlzla münasibətləri və ailədaxili hadisələrlə bağlı yeni detalları açıqlayıb....

22 Sentyabr 2026, 10:27

Çinli robot rəqqaslar “America’s Got Talent” finalında

Çinli küçə rəqqası Vu Yufei və Unitree şirkətinin hazırladığı humanoid robotlardan ibarət rəqs qrupu “America’s Got Talent” yarışmasının finalına vəsiqə qazanıb.Citypost.az france24.com-a istinadən xəbər verir ki, 27 yaşlı Vu robotlarla aylarla məşq etdiyini və onların artıq “soyuq, cansız maşınlar” kimi görünmədiyini bildirib. Robotların rəqs hərəkətləri əvvəlcədən proqramlaşdırılır və bəzi mürəkkəb hərəkətlərin hazırlanması günlər, hətta həftələr çəkə bilir.Mütəxəssislər robotların fırlanma və güc tələb edən hərəkətlərdə uğurlu olduğunu, lakin improvizasiya və musiqidə qəfil dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkdiyini deyirlər.Çində robot rəqsləri son dövrlərdə geniş populyarlıq qazanıb. Mütəxəssislər isə bu çıxışların humanoid robotların imkanlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıdığını bildirirlər.Əli...

22 Sentyabr 2026, 10:20