Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
Cəmiyyət 12 Aprel 2026, 16:36
5473
Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi öz fəaliyyətini bərpa edib.
Bu barədə Xarici İşlər Nazirliyindən xəbər verilib.
Qeyd edilib ki, Səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək.
Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, Səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır:
Həmçinin oxuyun
"Azərbaycan Səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.
Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.Citypost.az xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq ölkəyəə Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirib.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.Dövlətimizin başçısı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir...
23 Oktyabr 2026, 11:13
“Həzi Aslanov” metro stansiyasında dalanın yenidən qurulması yekunlaşıb
“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb.Citypost.az xəbər verir ki, bununla bağlı “Həzi Aslanov” stansiyasında görülmüş işlərlə tanışlıq məqsədilə mediatur təşkil olunub.Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.
23 Oktyabr 2026, 10:46
Quba İdman Kompleksinin direktoru və mühasibi həbs edilib
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.Citypost.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.R.Orucov və V.Şirinov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
23 Oktyabr 2026, 10:19
Milli Qəhrəman reanimasiyaya yerləşdirildi
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyindən bildirilib.Qeyd edilib ki, “Yeni Klinika”ya yerləşdiriləndən sonra vəziyyəti daha da ağırlaşan Milli Qəhrəman Reanimasiya şöbəsinə köçürülüb. Onun həyatı ilə bağlı yaranmış vəziyyət ailə üzvlərini dərin təşviş içində saxlayır.Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Ehtiram Əliyevin vəziyyətinin ağırlığını və həyatına yaranmış təhlükəni nəzərə alaraq Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə dövlət başçısından Milli Qəhrəmanın müalicəsini nəzarətə götürmək xahiş olunub.Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texikumunu və "Təfəkkür” Universitetini bitirib.1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib....
23 Oktyabr 2026, 09:52
"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.Citypost.az xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat, mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır....
23 Oktyabr 2026, 09:17
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur....
23 Oktyabr 2026, 09:09