Bizə yazın

Baku

-°C

USD

-

Xəzər suitilərinin kütləvi ölümünə səbəb nədir? 

Cəmiyyət 21 Aprel 2026, 09:00

425

Xəzər suitisi suitilər içərisində Ginnesin Rekordlar Kitabına daxil olan ən kiçik ölçülü yırtıcı məməlidir. Son illərdə onların sayı azalmaqda davam edir. Xəzəryanı ölkələrin sahillərində Xəzər suitilərinin kütləvi ölümü tez-tez baş verir. Gah Qazaxıstan, gah Rusiya, gah da Azərbaycan sahillərində belə hallara rast gəlmək mümkündür.

Bunu AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev deyib.

Kütləvi ölüm hallarının bir neçə səbəbi olduğunu bildirən mütəxəssis fikirlərinə belə davam edib: "Əsas səbəblərdən biri suitilərin virus infeksiyalarına yoluxmalarıdır. Bu da onların immunitetinin zəifləməsinə gətirib çıxarır ki, nəticədə ölüm halları qeydə alınır. Digər tərəfdən Xəzər dənizi neft-qaz ehtiyatları ilə zəngindir. Hasilat zaman neft məhsulları, ağır metallar uzun müddət suitilərin orqanizmində - qaraciyər, böyrək və digər orqanlarında toplanır. Nəticədə onların immun sistemi zəifləyir ki, bu da ölüm ehtimalını artırır. Üçüncü əsas faktorlardan biri qida çatışmazlığıdır. Məlumdur ki, suitilərin əsas qidası kilkələrdir. Son illər Xəzərdə kilkələrin sayının kifayət qədər azalması suitilərin qida resurslarının yetməzliyi səbəbindən ölümünə səbəb ola bilər. Başqa bir səbəb suitilərin balıqçı torlarına düşmə ehtimalıdır. Bundan əlavə, Xəzərin dibindən qaz çıxarılması suitilərin zəhərlənməsinə və ölümünə səbəb ola biləcək amillər arasındadır.

Abşeron sahillərində isə xüsusilə Pirşağı ərazisində dekabr-mart ayları arasında kütləvi şəkildə olmasa da, suiti ölümlərinə rast gəlinir. Bu il də belə hallar qeydə alınıb".

Xatırladaq ki, Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan rayonunda - Xəzər dənizi sahilində doxsan yeddi suiti cəsədi tapılıb.

Qazaxıstanın Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssislərinin sözlərinə görə, suitilər bir aydan çox əvvəl ölüb, lakin yalnız fırtına küləkləri onları sahilə çıxarıb. Ölümün səbəbləri araşdırılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kənar dairəvi yolda qəza olub

Paytaxtın Yasamal rayonunda, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə FHN-in Bakı Regional Mərkəzin xilasediciləri cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Toyota" markalı minik avtomobilinin hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti...

21 Aprel 2026, 11:49

Tik-Tok-un "ba(ə)laları — Ramidə Allahverdiyeva YAZIR 

Cəmiyyətin bir qismi iyrənc forma alıb və acınacaqlı istiqamətə yönəlib. Sanki dəb halını almış sosial şəbəkə "aşiqləri" ən aktual platforma olan Tik-Tok-la yaşayır. Müxtəlif zümrələri əhatə edən insanlar daha asand qazanc mənbəyi kimi hər cür variantlardan istifadə edirlər. Nəticə etibarilə, bu insanların bəziləri geni dəyişdirilmiş məhsula çevrilir. Kişilər nazlanır, qadınlar isə daha vəhşi, barbar görkəm alır. Süni qalmaqallar, qaraqışqırıqlar, sinəsini cırıb, ətəyini qaldıran fenomenlər bəzən "ulduza" çevrilərək halaldır alqışı da alır. 1,2 manat üçün dilənçi görkəmi alanlar hətta, böyük məbləğdə pullar da qazanır. Odur ki, gecə-gündüz sosial şəbəkələrdə yatıb-duranlar cəmiyyətin bir qismi arasında marağa səbəb olaraq daha cəlbedici xarakter alır. Yəni, gənc...

21 Aprel 2026, 11:48

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Citypost.az bildirilib ki, iclasda Baş Prokurorluğun sorğusu əsasında Konstitusiyanın 76-cı maddəsinin I hissəsi baxımından Cinayət Məcəlləsinin 321-ci maddəsinin (Hərbi xidmət keçməkdən boyun qaçırma) “Qeyd” hissəsinin həmin Məcəllənin 321.1-ci maddəsi (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma), İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi və 606-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 45-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli...

21 Aprel 2026, 11:39

Vüsal Məmmədov: “Süni intellektlə yaradılan görüntülər faydasızdır”

Jurnalist Vüsal Məmmədov süni intellektin imkanları ilə bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.Citypost.az xəbər verir ki, jurnalist xüsusilə şəkil və video generasiyası sahəsinin cəmiyyət üçün real fayda yaratmadığını vurğulayıb.Süni intellektin bəşəriyyətə töhfə verə biləcəyi çoxsaylı istiqamətlər mövcud olsa da, vizual kontent istehsalının bu siyahıya daxil edilməsi mübahisəlidir.Jurnalistin sözlərinə görə, texnologiyanın milyardlarla görüntü yaratmaq qabiliyyəti onun mahiyyətini dəyişmir: “Süni intellekt milyardlarla şəkil və video düzəltsə də, insanlığa bir damcı fayda verəsi deyil. Tutaq ki, lap ideal keyfiyyətə çatdı. Nə olsun? Yalanın idealı doğru olur bəyəm?!”V. Məmmədov hesab edir ki, bu sahədə yaranan “eyforiya” müvəqqətidir və zamanla cəmiyyət daha real və faydalı...

21 Aprel 2026, 11:15

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Hava şəraiti ilə əlaqədar Bakının Zığ dairəsi-Hava Limanı yolunda 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

21 Aprel 2026, 11:08

Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilir 

Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilir.Citypost.az xəbər verir ki, parlamentin plenar iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir:1. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).Ətraflı4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).5. “Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...

21 Aprel 2026, 11:05