Bizə yazın

Baku

-°C

USD

-

İsrail Deir-Siryan ərazisinə zərbə endirib 

Dünya 21 Aprel 2026, 08:00

441

İsrail ordusu Livanın cənubunda yerləşən Deir-Siryan yaşayış məntəqəsinə zərbə endirib.

Citypost.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Mərjayun rayonunda yerləşən bu ərazidə “Hizbullah”a məxsus infrastrukturu məhv edib.

Hərbi əməliyyatın detalları və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib. (MODERN.AZ)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiyada üç turist dağdan enərkən donaraq ölüb 

Rusiyanın Buryatiya Respublikasında dağ yürüşü zamanı 3 turistin həyatını itirdiyi bildirilir.Rusiya mediasının məlumatına görə, turistlər Şərqi Sayan dağlarında yerləşən Munku-Sardık zirvəsinə yürüş edən qrupun üzvləri olub.İlkin ehtimala əsasən, onların ölümünə səbəb hipotermiya, yəni bədənin həddindən artıq soyuması olub.Qeyd olunur ki, 15 nəfərlik qrup Krasnoyarskdan Mondu qəsəbəsinə gəlib və aprelin 18-də Belıy İrkut çayı üzərindən keçməklə marşruta başlayıb. Onlar geri dönüşü aprelin 22-nə planlaşdırırmış.Aprelin 21-nə keçən gecə qrupun bir neçə üzvü avtomobil yoluna enərək yolkənarı kafedə üç nəfərin öldüyü barədə qeyd qoyub və yenidən marşruta davam edib.Səhər saatlarında kafenin sahibi bu məlumatı xilasedicilərə çatdırıb və dərhal axtarış-xilasetmə işlərinə başlanılıb. (APA)...

21 Aprel 2026, 09:13

Yaponiyada təlim zamanı tank partlayıb 

Yaponiya Özünümüdafiə Qüvvələrinin Oita prefekturasındakı Hijudai təlim poliqonunda tank partlaması nəticəsində ilkin məlumata görə, azı iki hərbçi həlak olub.Citypost.az xəbər verir ki, bu barədə “Fuji” telekanalı məlumat yayıb.Məlumata əsasən, iki hərbçinin öldüyü təsdiqlənib, digəri isə “ürək-ağciyər dayanması” vəziyyətindədir ki, bu da Yaponiyada klinik ölüm kimi qiymətləndirilir. Bundan əlavə, bir qadın hərbçi xəstəxanaya yerləşdirilib.TBS telekanalının bildirdiyinə görə, hadisə atəş zamanı silahda mərminin partlaması nəticəsində baş verib. (Azərtac)...

21 Aprel 2026, 08:42

Pezeşkian: ABŞ İranın təslim olmasını istəyir 

ABŞ İranın təslim olmasını istəyir.CityPost.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.Pezeşkian öhdəliklərin yerinə yetirilməsinin dialoqun əsası olduğunu bildirib.İran Prezidenti qeyd edib ki, ABŞ-ın hərəkətlərinə etimadsızlıq davam edir.“Son günlərdə ABŞ rəsmilərinin qeyri-konstruktiv və ziddiyyətli yanaşması acı bir mesajın daşıyıcısıdır - onlar İranın təslim olmasını istəyirlər. İran xalqı isə zor dilinə təslim olmur”, - Pezeşkian qeyd edib.

20 Aprel 2026, 20:37

Mark Rütte Türkiyəyə səfər edəcək 

Şimali Atlantika Alyansının (NATO) Baş katibi Mark Rütte aprelin 21-22-də Türkiyəyə rəsmi səfər edəcək."Report" xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən bildirilib.Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri, general Yaşar Gülerlə görüşəcək.Bundan başqa, alyansın baş katibi müdafiə sənayesi obyektini ziyarət edəcək."Səfər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələlərinə, habelə Türkiyə-NATO əlaqələrinə həsr olunacaq", - məlumatda qeyd edilib....

20 Aprel 2026, 16:20

Çin lideri: Hörmüz boğazı açıq qalmalıdır 

Hörmüz boğazı açıq qalmalıdır.“Xinhua“nın xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib.Si Cinpin qeyd edib ki, Hörmüz boğazında normal gediş-gəliş təmin edilməlidir.

20 Aprel 2026, 15:18

İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir 

İran Prezidenti Məsud Pezeşkian bazar ertəsi günü ABŞ ilə gərginliyi azaltmaq üçün bütün rasional və diplomatik yolların araşdırılmalı olduğunu bildirib, amma əlavə edib ki, Vaşinqtonla münasibətlərdə sayıqlıq və inamsızlıq “danılmaz bir zərurətdir”.AZƏRTAC xəbər verir ki, İran ilə ABŞ arasında ikihəftəlik atəşkəs rejiminin müddəti çərşənbə günü başa çatacaq. “Reuters” agentliyinin məlumatına görə, ABŞ nümayəndələrinin bazar ertəsi günü İranla danışıqlar aparmaq üçün İslamabada gəlməsi planlaşdırılır, Tehran isə hələlik Pakistana nümayəndə heyəti göndərib-göndərməyəcəyini açıqlamayıb.Dövlət xəbər agentliyi IRNA adı açıqlanmayan mənbəyə istinadla bildirib ki, ABŞ-nin “ifrat və irrasional” tələbləri, eləcə də onun mövqeyindəki dəyişiklik səbəbindən danışıqların ikinci mərhələsi üçün heç bir plan yoxdur.IRNA-nın məlumatına...

20 Aprel 2026, 14:42