Sevgi səhnələrində nəyi yazmaq olmaz - Şahbaz Xuduoğlu yazır...
Söz adamı 16 Aprel 2026, 10:07
1675
Sevgi səhnələrində nəyi yazmaq olmaz
Bəzi müəlliflərin kitablarını oxuyarkən qarşıma çox qəribə sevgi səhnələri çıxır və qərara gəldim ki, bununla bağlı fikirlərimi paylaşım. Bəlkə yazdıqalrım yeni və gənc müəlliflərə faydalı olar.
Əvvəla, çalışın yazdığınız sevgi, sevişmək səhnələrində hansısa tərəfi aşağılamayasınız. Cinsi fərqə görə, məsələn, sevgi səhnələrində qadını aşağılamaq kimi yanaşmalar düzgün deyil. Hər iki tərəfə eyni dərəcədə empati ilə yanaşmaq lazımdır. Belə məqamlarda müəllifin cinsi bilinməli deyil.
Yazarkən bir şeyi unutmayın: siz reallığı yazmırsınız, siz reallığın estetikasını yaradırsınız. Bu isə çox həssas və incə yanaşma tələb edir.
Sevgidən yazmaq, hisslərinin dilini anlamaq və onu sözə çevirə bilmək məharətidir.
Erotika ilə pornoqrafiyanı bir-birindən ayırmaq lazımdır. Bəzən əsərlərdə bu sərhəd qorunmur. Pornoqrafiyada hər şey açıq şəkildə, bütün detalları ilə təsvir olunur. Erotika isə daha çox xəyaldır, illuziyadır və estetik, incə yanaşma tələb edir.
Sevgi səhnələri bizdə bəzən həddindən artıq kobud yazılır. Etiraf etməliyəm ki, ən yaxşı sevgi səhnələrini fransızlar yazırlar. Məsələn, Anni Erno “Ehtiras” adlı kiçik romanında qadının ehtirasla gözləmə hissi təsvir olunur. Amma sonrakı münasibət artıq oxucunun xəyalına buraxılır.
Məncə, əgər sevgi səhnələrini yaxşı hiss etmir və onları ədəbiyyata çevirmək olmursa ümumiyyətlə yazılmasa yaxşıdır. Hər şeyi bağlı qapıya qədər gətirin, sonrasını isə oxucunun ixtiyarına buraxın.
Bəzən çox uğursuz metaforalardan istifadə olunur. Heyvanlarla müqayisələr, zorakı təsvirlər və s. Bu cür təsvirlər adi sevgi səhnəsi kimi təqdim olunmasa yaxşıdır.
İndi deyə bilərsiniz ki, bəs Nobokov, Bukovski, Henri Miller niyə elə yazır?
Bu artıq başqa temadır. Başqa bir vaxt bundan danışarıq.
Başqa bir məsələ: bizdə belə yanlış təsəvvür var ki, əsərdə mütləq sevgi səhnəsi olmalıdır ki, kitab oxunsun. Bu yanlışdır. Əgər o səhnə mükəmməl deyilsə, yazmağa dəyməz.
Sevgi səhnələri çox olan, amma satılmayan o qədər əsər var. Məsələn, “Bozun əlli çaları” Azərbaycan dilində çıxdı, amma bestseller olmadı. Halbuki “Səmərqənd” əsərində belə səhnələr yoxdur, amma çox oxunan kitablardan biridir.
Yəni düşünməyin ki, primitiv sevgi səhnələri kitabı irəli aparacaq. Əksinə, zərər verə bilər.
Özünüzü harada rahat hiss edirsinizsə, onu yazın. Xəyalda, yoxsa reallıqda, bunu siz müəyyən edin.
Bir də çalışın ki, insan orqanlarından bəhs edirsinizsə, onları uydurma və qəribə adlarla təqdim etməyəsiniz. Tibb bu problemi sizin üçün həll edib. Ədəbi mətn çox da, bu detallara söykənməli deyil. Həyatın mənası başqadır, həyatın sadəcə bir anıdır və o an kimi də keçib getməlidir.
Ümumiyyətlə, sevgi iki nəfər arasında olan çox fərdi və individual bir hissdir. Üçüncü şəxs onu tam anlaya bilməz. Ədəbiyyatda da bu sir, bu özünəməxsusluq qorunmalıdır.
Şahbaz Xuduoğlu
Naşir,tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR
Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət, ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım. Bir nəfər barəsində aparılan...
20 May 2026, 11:53
Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”
İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...
19 May 2026, 10:21
O, rəhbər olmaq üçün doğulub... Elman Eldaroğlu yazır...
"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...
14 May 2026, 08:56
Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...
Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...
11 May 2026, 12:29
Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ? Zaur Əliyev yazır...
Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan şəxslərdən biri idi. Rusların Gəncəni bombalaması,...
11 May 2026, 12:07
Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”
Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin...
11 May 2026, 11:50