Bizə yazın

Baku

-°C

USD

-

Hal adamı...  Elman Eldaroğlu yazır...

Söz adamı 22 Aprel 2026, 10:42

1725

Seymur Baycan- 50

 

Ölkədə elə bir qələm adamı tapılmaz ki, onun haqqında məlumatı olmasın. Eləcə də, diqqətli oxucuların arasında onun ərsəyə gətirdiyi əsərlərdən xəbərdar olanlar da az deyil. İddia edir ki, dünya ədəbiyyatına skelet-roman anlayışını o gətirib…

Bəli, bu dəfə sizə yazıçı, publisist Seymur Baycandan söhbət açmaq istəyirəm. Bu gün onun 50 yaşı tamam olur...

Deyir ki:- “Qəzavü-qədər elə gətirib ki, rus ədəbiyyatını daha çox oxumuşam. Şübhəsiz, oxuduqlarım yazdıqlarıma öz təsirini göstərib. Moskvalı bir rəssam qız vardı. O, “Həyatımın ən xoşbəxt günü” kitabımdakı hekayələri oxuyub demişdi ki, elə bil bu hekayələri Qafqazda yaşayan bir rus yazıçı yazıb. Ümumiyyətlə, bu sözü kitablarımı rus dilində oxuyan müxtəlif xalqlara mənsub adamlardan dəfələrlə eşitmişəm.”

 Sanki alayı planetdən gəlib. Əhvalı tez-tez dəyişir. Onu bir dəfə mülayim, mehriban görən, növbəti dəfə qaş-qabaqlı, sərt, əsəbi, daha sonra həddindən artıq kədərli, üzgün görə bilər. Hamıya yadplanetlilər, qəribə məxluqlar kimi baxır, elə bil bu dünyanın adamı deyil. Gözəl qələmi var, amma Azərbycan dilinin qrammatikasını yaxşı bilmədiyini etiraf edir:

“Bircə onu bilirəm ki, cümlə qurtaranda nöqtə qoymaq lazımdır. Lap əvvəllər, buna görə tez-tez narahat olurdum. Amma sonralar bəzi məşhur yazıçıların əlyazmalarını görəndən sonra təskinlik tapdım. Sən demə, mənim yazanda buraxdığım qrammatik səhvlər, onların səhvlərinin yanında toya-bayrama getməlidir.”- söyləyir.

Daha sonra qınayır ki: - “Azərbaycanda yüzlərə yazıçı, şair, publisist, redaktor, tərcüməçi, bir sözlə, yazı-pozu adamı var. Yüzlərlə adam azərbaycan dilinin hesabına ev, təqaüd, müxtəlif mükafatlar, maaş, honorar alıb. Yüzlərlə adam azərbaycan dilinin hesabına ad-san qazanıb, cəmiyyətdə özünə azdan-çoxdan yer tutub, söz, vəzifə, mənsəb sahibi olub, məclislərdə tamada seçilib, ailə saxlayıb, uşaq böyüdüb. Azərbaycan dilinin hesabına adam olmuş yüzlərlə adamdan heç biri dil ətrafında gedən məlum müzakirələrdə qəti və açıq şəkildə azərbaycan dilinin tərəfini saxlamadı. Əksinə, Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına verdilər. Bunu ciddi-cəhdlə əsaslandırmağa çalışdılar. Ən yaxşı halda nala-mıxa vurdular. Mus-mus dedilər, lakin Mustafa deməyə heç kimin cəsarəti çatmadı. Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına vermək məsuliyyətsizliyin, tənbəlliyin, qorxaqlığın, yaltaqlığın təzahürü olmaqla yanaşı, həm də nankorluğun, çörəyi dizinin üstə olmağın, yediyi qaba tüpürməyin göstəricisidir. Hər şeyi qoyaq bir qırağa, insan heç olmasa yemək yediyi, su içdiyi qaba hörmət edər…”

1976-cı ilin aprel ayının 22-də Füzuli rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub. Lakin universiteti yarımçıq qoyub, təhsilini davam etdirməyib. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərdə çap olunub. Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq edib. Publisistika üzrə "Cənnətdə bazar günü" yazısına görə "Media Açarı" mükafatına layiq görülüb. İyirmi beşə yaxın kitabın müəllifidr...

Deyir ki:- “Məni bu ölkədə publisist kimi tanıyanlar daha çoxdur. Bu da təbiidir. Məqalələrim daha çox yayılır, daha çox oxunur. Hətta publisist kimi tanıyanların çoxu hekayələr kitabımın, romanlarımın heç üzünü də görməyiblər. Eşidiblər ki, nəsə arada vaxtım olanda bekarçılıqdan hekayə, roman da yazıram. Mənimlə maraqlanan oxucular kitablarımı axtarıb tapıb oxuyurlar. Onların da çoxu Bakıda yaşayan oxuculardı. Gənclərdir. Burda oxumaq marağından əlavə dəstək vermək məqsədi də var. Yəni kitabı almaqla bir növ mənə dəstəklərini göstərirlər. Bu adamları, bu oxucuları yazılarımla qazanmışam, uzun illər, bir-bir. Kitablarımı almaqla bir növ öz minnətdarlıqlarını bildirirlər. Əgər publisistikayla məşğul olmasaydım, məni tanıyan adamların sayı bəlkə də heç yüzü keçməzdi. Odur ki, az-çox tanınmağıma görə publisistikaya minnətdaram.” 

Azərbaycan Ədəbiyyatının müstəqillik dövrü yazıçılarındandır. Üsyankar təbiətə malikdir. Bir də görürsən ki, hansısa yazıçını inkar edir, onun yaradıcılığını şübhə altına alıb tənqid edir. Ümumiyyətlə, qarışıq fikirləri çoxdur. Nə qədər haqlı olub-olmamadığını isə deyə bilmərəm. Bircə onu bilirəm ki, fikirlərini dəstəkləyənlər də var...

“Azərbaycan Yazıçılar Birliyi sovetdənqalma bir təşkilatdır. Bu təşkilatın yerləşdiyi binanın daxili divarlarına həm 37-ci ildə repressiya olunanların, həm də repressiya olunanlar haqqında donos yazanların portretləri vurulub. Buraxdıqları jurnallar zamanın tələblərinə cavab vermir. Nəinki cavab vermir, ötən əsrin ab-havasıyla tanış olmaq istəyənlər üçün bu jurnallar zaman maşını funksiyasını yerinə yetirə bilər. Orda qoca kişilər oturub, domino, nərd oynayırlar, tum çırtlayırlar. Keçmiş günlərin xiffətini çəkirlər. "Ah necə kef çəkməli əyyam idi”- deyib, qımışırlar. Düzdü yaş baxımından cavanlar da var, amma təfəkkür baxımından bu cavanlar qocalardan daha da qocadırlar.”- söyləyir.

Qəribə xüsusiyyətləri çoxdur. Atası vəfat edəndə on dörd yaşı olub. Atasını dəfn edib qəbiristanlıqdan çıxanda, qəbiristanlığın çölündəki bulağın suyunda əl-üzünü yuyub. Soyuq su ona necə təsir edibsə mahnı oxumağa başlayıb. Adamlar da elə biliblər ki, dərddən havalanıb...

Deyir ki:- “Bəzən özümü tanımaqda çətinlik çəkirəm. Hansı hadisəyə necə reaksiya verəcəyim həmin an ovqatımın necəliyindən asılıdır. Bir də görürsən ki, çox böyük cəsarət nümayiş etdirirəm. Özüm də məəttəl qalıram ki, mən bunu necə bacardım? Bəzən isə kölgəmdən də qorxuram.”

Onunla dostluq, yoldaşlıq etmək çox çətindir. Qeyri-adi hərəkətləri ilə adamı məyus və ya da ki heyrətləndirə bilir. Yadıma dünyaşöhrətli bəstəkarlardan biri düşdü. Konsertlərinin sonunda şalvarını aşağı çəkib, arxasını onu alqışlayan tamaşaçılara göstərməklə “minnətdarlıq” edirdi. Hər dəfə də, onu dahi olduğuna görə bağışlayırdılar...

Bəli, aprelin 22-si ölkədə tanınan yazıçı, publisist Seymur Baycanın ad günüdür. Onu yubileyi münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram...

Elman Eldaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR 

Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət,  ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə  böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım.  Bir nəfər barəsində aparılan...

20 May 2026, 11:53

Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”

İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...

19 May 2026, 10:21

O, rəhbər olmaq üçün doğulub...  Elman Eldaroğlu yazır...

"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...

14 May 2026, 08:56

Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...

Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...

11 May 2026, 12:29

Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ?  Zaur Əliyev yazır...

Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla  Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan  şəxslərdən biri idi.  Rusların Gəncəni bombalaması,...

11 May 2026, 12:07

Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”

Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin...

11 May 2026, 11:50