Bizə yazın

Baku

-°C

USD

-

Ağdam şəhərinə daha 110 ailə köçürülüb 

Cəmiyyət 24 Aprel 2026, 08:05

370

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 110 ailə - 397 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakının bu küçələrində təmir aparılacaq, yol bağlanacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həftəsonu paytaxtın 3 ünvanında təmir işləri aparılacaq.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Məlumata görə, təmir işləri Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası), Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası) və Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində) ünvanlarında aparılacaq.Təmir işlərinə 24 aprel 2026-cı il saat 23:00-da başlanılacaq və 26 aprel 2026-cı il saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq.Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin...

24 Aprel 2026, 11:07

Etibar Əliyev: Kitab mədəniyyəti zəifləyir, oxu vərdişi geriləyir

Dünən "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" nü "təmtaraqla" qeyd etdik. Yenə də kitabla heç bir əlaqəsi olmayan adamları tədbirlərə dəvət etdilər. Bəlağətli çıxışlar oldu, kitab "vəsf" olundu.Müşahidələrim:-Ölkədə yalnız detektiv janrda yazılmış kitablar təbliğ olunur. Bu işin başında ağır narsisizm xəstəliyinə düçar olmuş Çingiz Abdullayev və Elxan Elatlı durur; -Elmi -populyar ədəbiyyatların təşviqi çox aşağı səviyyədədir. Kitab mağazalarında bu istiqamətdə yazılmış ədəbiyyatlara toxunan belə yoxdur; -30 ildən çoxdur ki, mütəmadi olaraq kitab mağazalarına və Bukinistlərə baş çəkirəm. Heç kim inciməsin. Bu müddət ərzində mən belə məkanlarda alim, yazıçı, şairlə rastlaşmamışam; -Uşaqlar üçün yazılan şeirlər, hekayələr onların təfəkkürünü zənginləşdirmir. Zahid Xəlil kimi urvatsız bir...

24 Aprel 2026, 10:52

ADA Universitetində 14-cü Karyera Sərgisi açılıb 

ADA Universitetində 14-cü Karyera Sərgisinin açılışı keçirilib."Report" xəbər verir ki, mərasimdə ADA Universitetinin Qəbul və Tələbə Xidmətləri üzrə prorektoru Günay Ziyadova çıxış edərək sərginin əhəmiyyəti və karyera yüksəlişi baxımından potensialından bəhs edib.ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, ABB Bankın İnsan Resurslarının İdarəolunması Departamentinin direktoru Məlahət Abdullayeva və "Bahar Energy Operating Company"nin İnsan Resursları direktoru Orxan Əliyev də çıxışları zamanı sərgi və onun gənclər üçün karyera yüksəlişi məsələsinə diqqət çəkiblər.Universitetin Karyera xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında qeyd edib ki, karyera sərgisinin məqsədi tələbə və məzunları birbaşa top şirkətlərlə əlaqələndirməkdir: "Karyera sərgisində bu gün 150 şirkət iştirak edir və onlardan...

24 Aprel 2026, 10:45

Kəlbəcərə və Laçına sulu qar yağıb

Aprelin 24-ü saat 10:00 olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, aprelin 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb.Düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, Qobustan, Şamaxı, Xızı, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Qusar, Quba, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənir....

24 Aprel 2026, 10:33

Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib 

Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib.Bu barədə Citypost.az Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib....

24 Aprel 2026, 10:06

Ədalət Verdiyev: Hərbi xidmətdə qanunsuzluğa qarşı mübarizə davam edir

Hərbi ekspert Ədalət Verdiyev qanunsuz hallarla bağlı xəbərdarlıqların davamlı xarakter daşıdığını bildirib və hərbi xidmətin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb.Citypost.az xəbər verir ki, o, qeyd edib ki, aparılan son əməliyyatlar nəticəsində hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib.Qeyd edək ki, ötən gün Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə araşdırmaları nəticəsində Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrində çalışan bir sıra vəzifəli şəxslərin qanunsuz əməlləri üzə çıxarılıb və faktlarla bağlı cinayət işləri başlanıb.Yusif...

24 Aprel 2026, 10:03