Azərbaycan–Ukrayna münasibətləri yeni mərhələdə: Deputatlar dəyərləndirir
Cəmiyyət 26 Aprel 2026, 18:51
413
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana son səfəri və Qəbələdə keçirilən yüksək səviyyəli görüşlər ölkələr arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.
CityPost.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatları Azay Quliyev və Zaur Şükürov fərqli aspektlərdən çıxış edərək Azərbaycan–Ukrayna əməkdaşlığının həm regional, həm də qlobal əhəmiyyətini vurğulayıblar.
Deputat Azay Quliyev hesab edir ki, bu səfər təkcə ikitərəfli münasibətlər kontekstində deyil, daha geniş geosiyasi çərçivədə qiymətləndirilməlidir. O bildirib ki:
“Xüsusilə, Rusiya-Ukrayna, ABŞ/İsrail-İran müharibəsinin davam etdiyi, Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı və qlobal nizamın yenidən formalaşdırılmağa başlandığı bir dövrdə Ukrayna Prezidentinin Azərbaycana səfəri, imzalanan sənədlər və verilən bəyanatlar həm geosiyasi gündəmdə, həm də ikitərəfli münasibətlərdə ciddi dəyişikliklərin baş verdiyini göstərir.”
Onun sözlərinə görə, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi ölkəni regionda etibarlı tərəfdaş kimi ön plana çıxarır. Deputat xüsusilə Azərbaycanın müharibə dövründə Ukraynaya göstərdiyi dəstəyi xatırladaraq qeyd edib:
“Azərbaycan qaçıb gizlənmədi, passiv mövqe tutmadı. Əksinə, beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəklədi, genişmiqyaslı humanitar yardım göstərdi və bununla da beynəlxalq arenada müstəqil və etibarlı tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirdi.”
Azay Quliyev həmçinin Azərbaycanın potensial vasitəçilik roluna diqqət çəkərək bildirib ki, Bakı platforması Rusiya–Ukrayna münaqişəsinin həllində real alternativ ola bilər:
“Əgər Azərbaycan danışıqlar üçün məkan seçilərsə, Prezident İlham Əliyev tərəflərin ‘dilini’ anlayan lider kimi şantaj və təzyiq olmadan, məharətli diplomatiya ilə müəyyən anlaşmaya nail ola biləcək ən real fiqurdur.”
Digər tərəfdən, deputat Zaur Şükürov münasibətlərin institusional və iqtisadi əsaslarına diqqət çəkərək Azərbaycan–Ukrayna əlaqələrinin uzunmüddətli strateji tərəfdaşlıq modelinə söykəndiyini bildirib. Onun sözlərinə görə:
Həmçinin oxuyun
“Azərbaycan və Ukrayna arasındakı əlaqələr illərin sınağından çıxmış, qarşılıqlı etimada və beynəlxalq hüququn ali prinsiplərinə söykənən strateji tərəfdaşlıq modelidir və bu səfər münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.”
Deputat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır, enerji, iqtisadiyyat və humanitar istiqamətləri də əhatə edir:
“İkitərəfli əlaqələrdə energetika istiqaməti önəm kəsb edir, SOCAR Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərir, eyni zamanda bu sahədə birgə layihələr və sərmayə qoyuluşu üçün əlverişli perspektivlər mövcuddur.”
Zaur Şükürov həmçinin humanitar əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib:
“Son illər Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardımlar, xüsusilə enerji təchizatı və çoxsaylı yardım paketləri, eləcə də yüzlərlə uşağın Azərbaycanda qəbul olunması iki ölkə arasında dostluq münasibətlərinin real təzahürüdür.”
Deputatın fikrincə, mövcud müqavilə-hüquq bazası və yüksək səviyyəli siyasi dialoq gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyini deməyə əsas verir.
Hər iki deputatın fikirlərindən aydın olur ki, Azərbaycan–Ukrayna münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional təhlükəsizlik, enerji əməkdaşlığı və qlobal diplomatiya baxımından strateji əhəmiyyət kəsb edir. Qəbələ görüşü isə bu münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yeddi nəfər xəsarət alıb
Cəlilabadda baş verən yol qəzası nəticəsində yeddi nəfər yaralanıb.Zopun kəndi ərazisində baş verən qəza zamanı "VAZ-2106" və "Lada" markalı minik avtomobilləri toqquşub.Nəticədə yeddi nəfər xəsarət alıb. Onlardan beşinin kimliyi bəllidir: 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999-cu il təvəllüdlü Yusif Nəzərov, 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev və 2012-ci il təvəllüdlü H.T.Faktla bağlı araşdırma aparılır.
26 Aprel 2026, 19:06
Əməkdar artist vəfat etdi
Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib. 1956-cı ildə anadan olan sənətkar uzun illər sənətə xidmət göstərib.O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərərək milli səhnə sənətinin inkişafına öz töhfəsini verib.Əli Əliyev teatr səhnəsində yaratdığı dolğun və yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Sənətkar "Anamın kitabı", "Dəli İbrahim", "Məşədi İbad" kimi tamaşalarda uğurlu çıxışları ilə yadda qalıb və Azərbaycan teatr tarixində özünəməxsus iz buraxıb....
26 Aprel 2026, 18:56
Bakıda yeni proses: yüzlərlə ailə köçürüləcək - Detallar
Bir müddət əvvəl Bakıda sənədsiz və kollektorlar üzərində tikilən evlərin söküləcəyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, icazəsiz tikilmiş evlərə suyun verilməsi dayandırılacaq, bəzi tikililər isə söküləcək. Lakin sonradan bu məsələ ilə bağlı ictimaiyyətə və mediaya əlavə məlumat təqdim olunmadı.Hazırda araşdırmalar hazırda hansı mərhələdədir?CityPost.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, CAATS prezidenti Vüqar Oruc Globalinfo.az-a açıqlamasında məsələnin qısa müddətdə həll olunacaq problem olmadığını bildirib.“Çünki alternativ olaraq ya kollektorların fəaliyyəti dayandırılmalıdır ki, bu da ciddi problemlərə səbəb ola bilər, ya da həmin evlər sökülərək kollektorların fəaliyyəti bərpa edilməlidir. Eyni zamanda, kollektorlar normal işləməlidir ki, xüsusilə intensiv yağıntılar zamanı son dövrlərdə müşahidə...
25 Aprel 2026, 13:30
Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir.CityPost.az xəbər verir ki, bundan əvvəl iki prezident arasında təkbətək görüş olub.
25 Aprel 2026, 12:52
Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-11° isti, gündüz 19-24° isti,...
25 Aprel 2026, 12:50
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 12:00-a olan məlumatında qeyd olunub.Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa, Gəncə, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Bərdə, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad və Lənkəranda 1 mm-dir.Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevirdə 28, Bərdə və Tərtərdə 25, Ağdamda 24, Goranboyda 23, Göyçayda 22, Naftalanda 21, Şəkidə 20, Kəlbəcərdə 19, Göygöldə 17, Sabirabad, Qobustan və Yardımlıda 16, Culfa, Balakən və Zaqatalada 15-m/s-yə çatır....
25 Aprel 2026, 12:22