Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Hadisə 06 İyun 2026, 14:44
526
Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən xəbərə görə, tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 35 yaşlı Ruslan Quliyev və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 18 kiloqram marixuana və metamfetamin aşkarlanıb.
Həmçinin oxuyun
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.CityPost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Məlumata görə, iyun ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir....
06 İyun 2026, 10:15
Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Məlumata görə, iyun ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir....
06 İyun 2026, 10:15
Sankt-Peterburq dronların kütləvi zərbəsinə məruz qalıb
Rusiyanın Sankt-Peterburq şəhəri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.CityPost.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov sosial şəbəkələrdə məlumat yayıb."İyunun 6-sı səhər saatlarında Peterburq PUA-ların genişmiqyaslı hücumuna məruz qalıb. Hava hücumundan müdafiə vasitələri işləyir", - o yazıb.A.Beqlov sakinlərə küçəyə çıxmamağı tövsiyə edib və mobil internetin işində mümkün fasilələrin ola biləcəyini bildirib.Qubernator dronların sayı və mümkün dağıntılar barədə dəqiq məlumat verməyib....
06 İyun 2026, 10:00
Badamdarda açıq ərazidə yanğın olub
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində açıq ərazidə yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində 100 kv.m. sahədə qamışlıq yanıb.Yaxınlıqda yerləşən tikililər və kommunikasiya xətləri yanğından mühafizə olunub....
05 İyun 2026, 18:05
Bakıda obyektdən 6 ton metal avadanlıq oğurlanıb
Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 8000 manat olan 6 ton metal avadanlıq oğurlanıb.DİN-in Mətbuat xidmətindən Citypost.a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş 33 yaşlı T.Əzimov müəyyən edilərək saxlanılıb.Araşdırmalar zamanı onun işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə talayaraq metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.Faktla bağlı araşdırmalar davam etdirilir....
05 İyun 2026, 17:54
Ağcabədidə avtomobil qəzası olub, xəsarət alanlar var
Ağcabədi rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi prospektində qeydə alınıb.Cavid Əfqanlının idarə etdiyi "VAZ-2106" və Elvin Əliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ-2106"da olan 3 yaşlı uşaq ağır xəsarətlər alıb. Onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.
05 İyun 2026, 16:10