Tural İrfan: Məzhəbçilik cəmiyyətin milli birliyi üçün ciddi təhlükəyə çevrilə bilər
Cəmiyyət 01 İyun 2026, 09:00
15345
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan Azərbaycanda məzhəbçilik meyllərinin ictimai-siyasi müstəvidə daha qabarıq şəkildə özünü göstərdiyini bildirib.
Citypost.az xəbər veriri ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə qeyd edib ki, dini fəaliyyətlə məşğul olan şəxslərin və ilahiyyatçıların bir qismi obyektiv və qərəzsiz mövqe nümayiş etdirmək əvəzinə, məzhəb təəssübkeşliyi ilə çıxış edir.
T.İrfanın sözlərinə görə, tarixən mövcud olan məzhəb ayrılıqları müsəlman cəmiyyətlərində parçalanmalara və qarşıdurmalara səbəb olsa da, bu ənənənin davam etdirilməsi yolverilməzdir. O vurğulayıb ki, hər kəs öz inancına uyğun məzhəbə əməl etmək hüququna malikdir, lakin yalnız öz mövqeyini haqq hesab edib başqalarını inkar etmək təhlükəli yanaşmadır və tolerantlıq prinsiplərinə ziddir.
Dinşünas bildirib ki, məzhəbçilik artıq yalnız dini müstəvi ilə məhdudlaşmır, siyasi proseslərin və tarixi hadisələrin qiymətləndirilməsində də özünü göstərir. Onun fikrincə, bəzi ictimai fəallar, ekspertlər və media nümayəndələri tarixə, siyasətə və ictimai proseslərə məzhəb prizmasından yanaşaraq cəmiyyətdə parçalanma meyllərini gücləndirirlər.
T.İrfan qeyd edib ki, sosial şəbəkələrdə və televiziya efirlərində çıxış edən bəzi şəxslər tarixçi, politoloq, sosioloq və ya jurnalist kimi təqdim olunsalar da, fəaliyyətlərində məzhəb təbliğatı aparır, fərqli düşüncəyə malik insanlara qarşı ayrı-seçkilik nümayiş etdirirlər.
Həmçinin oxuyun
O hesab edir ki, bu cür yanaşmaların genişlənməsi gələcəkdə dövlət idarəçiliyində də məzhəb amilinin rol oynaması riskini yarada bilər. Dinşünasın fikrincə, vətəndaşlara münasibətdə dini mənsubiyyət əsasında fərq qoyulması dövlətçilik prinsipləri və milli həmrəylik üçün ciddi təhlükədir.
T.İrfan həmçinin bildirib ki, məzhəbçilik və dini zəmində nifaqı tənqid edən şəxslərə qarşı müəyyən qruplar tərəfindən təşkilatlanmış təzyiq kampaniyaları aparılması halları da müşahidə olunur. O vurğulayıb ki, belə tendensiyalar cəmiyyətin vəhdətinə zərbə vurur və milli maraqlara uyğun deyil.
Siyasi şərhçi hazırkı vəziyyətin davam edəcəyi təqdirdə, məzhəbçilik təbliğatı aparan şəxslərin fəaliyyətini daha ətraflı ictimaiyyətin diqqətinə çatdıracağını da bildirib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Slovakiya məxfi məlumat mübadiləsinə dair saziş bağladı
Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb.Bu barədə Citypost.az-a Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir.Qeyd edilib ki, Slovakiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra aktual məsələləri müzakirə ediblər.Görüşün yekunu olaraq, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in imzalanma mərasimi keçirilib....
22 İyul 2026, 20:30
Macarıstanın baş prokuroru istefa verib
Macarıstanda əvvəlki hakimiyyət dövründə təyin edilmiş baş prokuror Qabor Balint Nad istefa verib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Index" məlumat yayıb.Q.Nadın istefasının qəbul ediləcəyi təqdirdə onun səlahiyyətlərinə avqustun 25-də xitam veriləcək. O, bu vəzifədə bir ildən çox müddətdə çalışıb."Məhkəmə sisteminin, o cümlədən prokurorluğun nüfuzunun qorunması demokratik sistemin təməl daşlarından biridir. Prokurorluq siyasi mübarizə alətinə çevrilə bilməz. Bunu vurğulamaq üçün bu gün mən mandatımın avqustun 25-də başa çatması xahişi ilə istefa ərizəsi təqdim etdim", - baş prokuror bildirib.Baş nazir Peter Madyar Nadın istefa ərizəsini şərh edərək, ölkənin "daha bir Orbandan xilas olduğunu" bildirib....
22 İyul 2026, 20:05
Azərbaycan və Çexiya arasında aqrar-sənaye sahəsində əməkdaşlıq müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasının aqrar-sənaye sahəsində fəaliyyət göstərən "Agrofert" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşüb.Bu barədə Citypost.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, görüşdə "Agrofert" Şirkətlər Qrupu ilə aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanları nəzərdən keçirilib.Görüşdə həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinə uyğun olaraq biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin təşviqi məsələləri müzakirə olunub.Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanlarını, eləcə də investisiya layihələri üzrə...
22 İyul 2026, 19:44
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb.Citypost.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Məlumata görə, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50% endirimlə 5 AZN, məktəblilər üçün isə cəmi 2 AZN-dir."Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş artıq pulsuzdur.Qiymətsiz təcrübəni daha sərfəli qiymətə əldə etmək üçün dəmiryol muzeyini ziyarətə tələsin", - məlumatda vurğulanıb.
22 İyul 2026, 19:34
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb
Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib."Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.Yanğının başvermə səbəbi araşdırılır.
22 İyul 2026, 19:20
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə bir sıra rəsmi şəxslər iştirak ediblər.Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib.Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək...
22 İyul 2026, 19:07