Tamam Cəfərova: Hər bir əsgər Ulu Öndərin irsinin qoruyucusudur
Siyasət 25 İyun 2026, 11:22
760
Bu gün regionun ən güclü və mütəşəkkil silahlı qüvvələrindən birinə çevrilən Azərbaycan Ordusunun inkişaf yolu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı və onun uzaqgörən siyasəti ilə qırılmaz tellərlə bağlıdır. 26 İyun — Silahlı Qüvvələr Günü, sadəcə təqvimdə bir bayram deyil, həm də ulu öndərin illər öncə əsasını qoyduğu böyük hərbi strategiyanın və xalqın qəhrəmanlıq salnaməsinin təntənəsidir.Azərbaycanda hərbi kadrların hazırlanması və milli ordu quruculuğunun ilkin təməlləri hələ sovet rejiminin ən sərt dövrlərində, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra atılmışdır. Sovet İttifaqı rəhbərliyinin yerli respublikalarda milli hərbi kadrların yetişməsinə qısqanclıqla yanaşdığı bir dönəmdə, Heydər Əliyev fövqəladə cəsarət və müstəsna xidmətlər nümayiş etdirdi.
Bu fikirləri Citypost.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, bu uzaqgörən siyasətin ən mühüm nailiyyəti kimi, 1971-ci ildə böyük çətinliklər və zəhmətlər bahasına Azərbaycanda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu hərbi məktəbin fəaliyyətə başlaması ölkəmizdə hərb sənətinə marağın kütləviləşməsinə və peşəkar azərbaycanlı zabit kadrların yetişməsinə güclü təkan verdi. Bununla yanaşı, Ulu Öndərin birbaşa səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, həmçinin SSRİ-nin digər nüfuzlu hərbi təhsil ocaqlarına güzəştli şərtlərlə qəbul edilməsi təmin olundu. Məhz həmin illərdə yetişən hərbi kadrlar sonradan müstəqil Azərbaycanın ordusunun onurğa sütununu təşkil etdilər.
1990-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini yenidən bərpa etsə də, daxili xaos və Ermənistanın hərbi təcavüzü səbəbindən dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlər hərbi sahədəki idarəetməni tamamilə itirmişdilər. Torpaqlarımızın işğal olunduğu bir vaxtda ordu quruculuğu kimi taleyüklü bir işin öhdəsindən gələ bilməyən o zamankı hakimiyyətin səriştəsizliyi ucbatından ölkədə vahid komandanlığa tabe olan nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif siyasi qüvvələrə və qruplaşmalara xidmət edən başıpozuq, pərakəndə hərbi dəstələr yaranmışdı. Düşmən isə bu idarəolunmazlıqdan istifadə edərək torpaqlarımıza təcavüzünü getdikcə daha geniş miqyasda davam etdirirdi.
Belə bir ağır və həlledici məqamda xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə dövlətin varlığını təhdid edən bu nizamsızlığa son qoydu. Müxtəlif qüvvələrin əlində oyuncağa çevrilmiş başıpozuq silahlı dəstələr ləğv edildi və ölkədə mərkəzləşdirilmiş, vahid komandanlığa əsaslanan nizami ordu quruculuğu prosesinə start verildi. Qısa müddətdə həyata keçirilən islahatlar cəbhədə atəşkəsin əldə olunmasına və ordunun döyüş qabiliyyətinin sürətlə bərpa edilməsinə şərait yaratdı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan ardıcıl və məqsədyönlü işlər ölkəmizdə qüdrətli ordunun yaranmasına imkan verməklə yanaşı, onun gələcək inkişafı üçün də əsaslı zəmin formalaşdırdı. Ulu Öndərin əsasını qoyduğu bu müqəddəs missiya sonrakı illərdə onun layiqli davamçısı tərəfindən daha da təkmilləşdirildi və Azərbaycan Silahlı Qüvvələri müasir texnologiyalarla silahlanmış, yüksək intizama malik yenilməz bir qüvvəyə çevrildi.
Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
Bu gün fəxrlə deyə bilərik ki, Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və hər bir Azərbaycan əsgəri bu böyük irsin qoruyucusudur. 26 İyun Silahlı Qüvvələr Günü, bizə bu şanlı tarixi yaşadan, ordumuzun təməlini quran dahi şəxsiyyətin xatirəsinə və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizə ehtiram günüdür. Bayramınız mübarək, Azərbaycanın qəhrəman zabit və əsgərləri!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İranın aktivləri kimə xidmət edəcək? Səməd Bayramzadə AÇIQLADI
Razılaşmadan sonra öldürülən rəhbərlərin sonu və taleyiDonald Tramp və Skott Bessant İran rejiminin azad edilmiş aktivlərinin bir hissəsinin Amerika soya paxlası, buğda və qarğıdalı almaq üçün istifadə olunacağını elan etdikdən sonra sosial media istifadəçiləri də boş oturmadılar və süni intellektlə yaradılmış çoxsaylı yumoristik şəkillər paylaşaraq bu iddialara reaksiya verdilər.Bu zarafatların çoxunun əsas diqqət mərkəzində, istifadəçilərin fikrincə, son illərdə İslam Respublikasının bir sıra ən vacib rəhbərlərinin və komandirlərinin öldürülməsində rol oynamış bir ölkədən kənd təsərrüfatı məhsullarının alınması dayanır; bu ziddiyyət onlayn yumor dalğasının mövzusuna çevrilib.İran xalqı üçün qida, yoxsa Amerika fermerləri üçün təzə bazar?İslam Respublikası rəsmiləri dondurulmuş İran aktivlərinin azad edilməsi...
25 İyun 2026, 10:50
Tofiq Zülfüqarov: Ermənistanda hər kəsin öz xəritəsi var
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın siyasi rəhbərliyində ölkənin gələcək sərhədləri ilə bağlı müxtəlif yanaşmaların olduğunu bildirib.Citypost.az xəbər verir ki, sabiq nazir qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın, eləcə də digər siyasi fiqurların istifadə etdikləri rəmzlər və xəritə təsvirləri bir-birindən fərqlənir və bu, müxtəlif siyasi baxışların göstəricisi kimi qiymətləndirilə bilər.T. Zülfüqarovun fikrincə, Ermənistan cəmiyyətində və siyasi elitasında "Ermənistanın hansı sərhədləri əhatə etməsi" məsələsinə dair vahid yanaşmanın olmaması regional proseslərə də təsir göstərir.Politoloq hesab edir ki, Azərbaycan bu məsələlərdə öz mövqeyini qətiyyətlə müdafiə etməli və qarşı tərəfə mövcud geosiyasi reallıqları izah etməlidir....
25 İyun 2026, 10:47
Rusif Məmmədsoy: Krımın azadlığı rus imperializminin süqutuna səbəb ola bilər
Politoloq Rusif Məmmədsoy Ukrayna-Rusiya müharibəsinin gedişi və Krımın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, Ukraynanın işğalı prosesi 2014-cü ildə Krımın ilhaqı ilə başlayıb və bu prosesin məhz Krımın azad edilməsi ilə başa çatacağına dair ümidlər mövcuddur.Rusif Məmmədsoyun sözlərinə görə, 2026-cı ildə Krımın azad olunması ehtimalı bəzi dairələr üçün qeyri-adi və hətta möcüzəvi görünsə də, Ukrayna yarımadada Rusiyanın logistika imkanlarını ciddi şəkildə zəiflədib.Politoloq qeyd edib ki, Krımı materiklə birləşdirən təchizat xətlərinin tədricən sıradan çıxarılması bölgədə ciddi problemlər yaradıb və əhalinin yanacaq təminatında çətinliklər müşahidə olunur.R. Məmmədsoy hesab edir ki, Ukraynanın Krım istiqamətində mümkün uğuru təkcə işğalın...
25 İyun 2026, 10:36
Jurnalist: Rusiya müasir texnologiyalar qarşısında geridə qaldığını nümayiş etdirir
Jurnalist Rəşad Ergün Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, Rusiya bir həftə ərzində Kiyevi ələ keçirəcəyini iddia etdiyi müharibədə ciddi çətinliklərlə üzləşib və Ukrayna ordusu hərbi texnologiyalarını davamlı şəkildə yeniləyərək müqavimətini gücləndirir.R. Ergünün sözlərinə görə, bu proses Rusiyanın hərbi sisteminin köhnəlmiş tərəflərini və tarixi boyunca qələbələrini əsasən böyük insan itkiləri hesabına əldə etdiyini nümayiş etdirir.Jurnalist qeyd edib ki, Sovet İttifaqının İkinci Dünya müharibəsində Almaniya üzərində qələbəsi də milyonlarla insanın həyatına başa gəlib. Onun fikrincə, bu qələbənin yalnız Rusiyanın adına yazılması doğru yanaşma deyil.Rəşad Ergün, həmçinin, Rusiyanı müasir texnologiyalardan və demokratik dəyərlərdən uzaq qalmağın, insan...
25 İyun 2026, 10:33
Rusiyanın dekolonizasiyası başlayıb - Xəqani Cəfərli
Qafqaz, İdel-Ural və Türküstan vahid məkana çevirilirBirləşmiş Ştatlar 1918 və 1991-ci ildə olduğu kimi bu gün də Rusiyanın parçalanmasında maraqlı görünmür. ABŞ-ın 28-ci prezidenti, Nobel Sülh mükafatı laureatı Tomas Vudro Vilson 8 yanvar 1918-ci ildə Konqresə müraciətində Rusiyanın Almaniya ilə sülh danışıqlarını dayandırmaq qərarını müdafiə edərək, rusların almanların ərazi iddialarını rədd etməsinə dəstək ifadə etmişdi. Vilsonun Konqresə 8 yanvar 1918-ci il tarixli müraciətində yer alan fikirlər əsasında hazırlanan, tarixə “Vilsonun 14 bəndi” adı ilə düşüən “Müharibənin hədəfləri və sülh şərtləri” adlı sülh proqramı Avstriya-Macarıstan və Osmanlı İmperiyasının dekolonizasiyasının yolunu açaraq onların yerində etnik-milli prinsiplərə əsaslanan çoxsaylı yeni müstəqil dövlətlərin yaranmasını ligitimləşdirdi....
25 İyun 2026, 10:02
Vüqar Rəhimzadə: Güclü ordu müstəqilliyimizin əsas təminatıdır
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il keçir. Qət edilən 108 illik yol rəşadətli ordumuzun bugünkü inkişafını şərtləndirən amillərin təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik.1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı və həmin il avqustun 1-də...
24 İyun 2026, 18:00