Bizə yazın

Baku

-°C

USD

-

“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ   

Cəmiyyət 29 May 2026, 18:05

19863

Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqında qurultay keçirildi və Əli İsa Cabbarov sədr seçildi. Həmin andan kino adamları iki yerə bölündü. Müzakirələr hələ də səngiməyib — bəziləri bu seçimi yeni bir nəfəs kimi qarşılayır, bəziləri dərindən narahatla izləyir. Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev ikinci qrupdandır. Onun üçün söhbət yalnız bir seçkidən getmir — bu, Azərbaycan kinosunun uzun illər boyu yığılıb bu günə gəlib çıxmış böhranının üzə vurulmasıdır. Sənətkarın vətəndaşlıq mövqeyi, ittifaqın missiyası, Rüstəm İbrahimbəyov faktoru və kino dünyasının içindən keçdiyi parçalanma — Ayaz Salayev bunların heç birindən yan keçmir. Və danışanda susmur.

CityPost.az xəbər verir ki,Oxu24.com-un əməkdaşı gündəmi zəbt edən məsələni müzakirə etmək üçün Ayaz Salayevlə görüşüb.Həmin müsahibəni təqdim edirik:

  Kino İttifaqındakı seçkilərdə olmadınız — kənardan bu prosesi necə izləyirsiniz?

— Mən, sözün düzü, bu ittifaqın üzvü deyiləm və artıq heç vaxt olmayacam. İttifaqlar ayrılanda belə bir təəssürat oyandı ki, bu ittifaqları yuxarıdan ayırıblar, göstərişlə. Amma əslində bu parçalanma çox qanunauyğun bir hadisə idi. Rüstəm İbrahimbəyov ittifaqı öz şəxsi ofisinə çevirmişdi, katiblikdə bir nəfər nüfuzlu rejissor belə qalmamışdı.  İttifaqlar ayrıldıqdan sonra mən Şəfiqə Məmmədovanın idarə etdiyi ittifaqa getdim. O vaxt deyirdim ki, ittifaqlar birləşsə mən ora getməyəcəm, üzv olmayacam.Məncə, Şəfiqə xanım səhv elədi o birləşməyə getdi. Nəinki birləşməyə getdi, hətta ikinci adam olmağa razılaşdı. 

— Siz niyə ora getmədiniz? Əsas səbəb nədir?

— Əsas səbəblərdən biri odur ki, Rüstəm İbrahimbəyov ölkənin prezidentliyinə namizədliyini irəli sürəndə və bununla ittifaqı 5-ci kolona çevirəndə, oradakı adamlardan biri də etiraz edib o təşkilatdan çıxmadı, biri də etirazını bildirmədi...Nəinki etiraz, heç xırda bir narazılığ da bildirmədilər. Bu hansı anlama gəlir? Nəticə çıxarmaq asandır...Ona görə də mən hər şeyə biganə olan adamların arasında ola bilmərəm. 

— Əli İsa Cabbarovun seçilməsi ilə bağlı nə düşünürsünüz?

— Adını çəkdiyiniz şəxsin seçilməsindən sonrakı bu qalmaqallı hadisələr kinomuzda baş verən deqradasiya prosesinin ifadəsidir. Əli İsa Cabbarov, eşitdiyimə görə, yaxşı işləyir, bacarığlı və zəhmətkeşdir. Amma mənim fikrimcə, bu cür təşkilatın başında məsələn Bəstəkarlar İttifaqının başında duran Firəngiz Əlizadə, Rəssamlar İttifaqının başında duran Fərhad Xəlilov, AYB sədri Anar kimi cəmiyyətdə nüfuzu olan bir şəxs durmalıdır.

— Səbəb nədir? Axı Əli İsa Cabbarov kino sahəsində bir çoxları üçün hörmətli adamdır.Onun da tərəfdarları var.

— Bilirəm, tərəfdarları çoxdur. Xüsusilə, gənc nəsil arasında. Hansı səbəblərdən? Sizə bir misal gətirim. Məşhur rejissor Cahangir Mehdiyevin sözlərinə görə, Əli İsa Cabbarov ona dedi ki, "xoşun gəlmir, çıx get." Ya da buna oxşar hansısa sözləri. Gələn il Cahangir Mehdiyevin Kinematoqrafçılar İttifaqı üzvlüyünün 60 ili tamam olacaq. 60 ildir bu ittifaqın üzvüdür. Sənəd imzalandı, imzayanlar arasında Oqtay Mirqasımov, Cavanşir Quliyev, Vaqif Mustafayev və başqaları var. Əli İsa Cabbarovun heç bir vecinə deyil. Əslində o, bu adamların yanına özü gəlməli, söhbət etməlidir ki, getməyin. Amma o utanmadan deyir ki, o sənəd, o müraciət qanuni deyil, mən onu saymıram. Niyə o belə aparır özünü? Əslində o nə etdiyini çox gözəl bilir. Çox gözəl oyunçudur. Sadəcə o başqa qüvvələrə güvənir və onların təlimatına uyğun özünü belə aparır. Tarixdə bildiyimiz kimi inqilabı belə edirlər. Hər bir inqilabın başçısı deyir ki, bizdən əvvəlkilər heç nə etməyib, biz edəcəyik. Bəli, onlar heç nədir, biz yaxşısıyıq. Bu cür rəhbərlər adamlarda olan natamamlıq kompleksinə əsaslanır. Biz onu dünya tarixindən yaxşı bilirik. Gələcək diktator sadə adamların zadəganlara olan nifrətə güvənir.

İttifaqın təzə seçilən rəhbəri də çox yaxşı bilir: necə səsləndirmək lazımdır, nə demək lazımdır, nüfuzlu adamlarla münasibəti necə saxlamaq lazımdır. 

— Belə qalmaqallı hadisələrdə bir sualda yaranır Kinematoqrafçılar İttifaqı bu gün nəyə lazımdır? İttifaqın vəzifəsi nədir?

— Yaradıcı ittifaqlar 1934-cü ildə yaranıb — Yazıçılar İttifaqı birinci yaranıb. Kino ittifaqları artıq Stalindən sonra, Xruşşov dövründə yaranıb. Bu ittifaqları Stalin vaxtında yaratmaqdan məqsəd sənət adamlarını öz yumruğunda saxlamaq idi. İttifaq üzvü olmasan — kinematoqrafçı kimi çalışa bilməzsən. Mənə elə gəlir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı 1980-ci ildə Həsən Seyidbəylinin vəfatı və Rüstəm İbrahimbəyovun ora rəhbər gəlməyi ilə mənəvi olaraq öldü. Şəxsən özümə qalanda, bu ittifaqlara minnətdar olmağıma heç bir səbəb yoxdur. Fəxri ada məni "Azərkinovideo" təşkilatından rejissor Hüseyn Mehdiyev təqdim etmişdir.  Kinematoqrafçılar gildiyası var, aktyorlar gildiyası var və s. Onların əsasında ölkədə Kino Akademiyasını yaratmaq olardı.Kino Akademiyası yaransaydı, kino ittifaqını əvəz edərdi və indiki qalmaqal, indiki tam qeyri-müəyyənlik olmazdı. Çox maraqlıdır ki, bəzi saytlar Əli İsa Cabbarovun sədr seçilməsini yazdı, daha sonra saytlar həmin məlumatı çıxardıb.  Tam belə bir qeyri-müəyyənlik içindəyik.

— Sənətkarların vətəndaşlıq mövqeyindən danışdınız — bu gün mövqe haradadır?

— Kino İttifaqin həm sabiq, həm indiki rəhbərlərin dediyi çox məsuliyyətsiz, nüfuzlu təşkilata yaraşmayan ifadələrə rast gəlmək olar, məsələn, “mənim farslardan zəhləm gedir”, “yəhudi ana kimi” və s.  Amma lazım olanda susurdular. Heç bir münasibət bildirilmədi. Nə Qarabağin işğalında, nə Vətən Müharibəsi vaxtı, nə də qələbədə. Min dənə misal gətirə bilərəm. Məsələn, dünyada milliyyətcə azərbaycanlı olan ən məşhur rejissor Cəfər Pənahidir. Bu bir neçə dəfə İranda həbs olundu. Mən təklif edirdim ki: gəlin bir etiraz yazaq, ona dəstək verək. Cənab Prezident özü də deyib ki, Arazın o tayındakı azərbaycanlıların taleyi bizi narahat edir. Heç bir reaksiya yox idi. Tam hər şeydən kənarda qalmaq.  Əvvəlki nəsil belə deyildi. Yadımdadır,  Tofiq Tağızadə, kinostudiyada ermənilərə qarşı, Moskvaya o vaxt etiraz məktubu yazırdı — qapıları döyə-döyə, imzaları toplayırdı. Yaşlı bir adam, məşhur rejissor dəhlizləri gəzirdi. Mənə də dedi: "Qorxma, imzala." Sadəcə hamıya belə sözlərlə deyirdi. Yadımda qalıb. 

— İstərdim təkrar seçkiyə qayıdaq. Qurultayda illər boyu kamera arxasında birlikdə işləyən həmkarların bir-birinə hücumunu izlədiniz. Artıq kino adamlarının birliyi pozulubmu?

Həmin o birlik hələ İbrahimbəyovun vaxtında pozulmuşdur. Hörmətli adamları alçaldırdı.Məsələn, Tofiq Tağızadə kimi rejissorun dalınca “qniloy” deməyinin özüm şahidi olmuşam. 

 

— Hələlik tam rəsmi qərar olmayıb. Yəni Ədliyyə Nazirliyi seçkini tanımayıb. Əli İsa Cabbarovun yerinə yenidən Şəfiqə Məmmədovanın qayıtması mümkündürmü?

— Çətin. Görürəm ki, çox adam sosial şəbəkələrdə Əli İsa Cabbarovu dəstəkləyir. Təəssüf ki, hələ bilmirlər söhbət nədən gedir. Şəfiqə xanıma gəldikdə isə o iki səhv qərar verdi. Birincisi, daha çox işləməli idi. İkincisi, o birləşməyə görə getməməli idi. Ən azından ona görə ki, bu ittifaqın adamları prezident seçkilərində Rüstəm İbrahimbəyovu dəstəkləmişdilər.

— Rüstəm İbrahimbəyov məsələsinə gəlsək — Əli İsa Cabbarov onun yolunu davam etdirəcəyini deyir. Siz bunu necə qəbul edirsiniz?

— Düz vurğulayırsınız — hardasa oxumuşam, deyirdi ki, ittifaq Rüstəm İbrahimbəyovun şanlı yolunu davam etdirəcək. Əslində bu belə də olmalı idi. Seçilən sədr Rüstəm İbrahimbəyovun kreaturasıdır. "Şanlı yol" — bu ayrıca bir söhbətdir, beşinci kolon siyasətidir. Rüstəm İbrahimbəyov açıq deyirdi ki, Azərbaycanı Rusiyanın tərkibində görür. 

İndi baxın görün, müstəqil ölkəmizin kinosuna gələn yeni nəslin dünya görüşü necə formalaşacaq.

Müsahibəni apardı: Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Məlumata görə, 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların “Azneft dairəsi” istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – İpək yolu – Mikayıl Müşfiq küçəsi – Nəriman Nərimanov prospekti – Mehdi Hüseyn küçəsi – Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Niyazi küçəsi ilə təşkil ediləcək.Eyni zamanda,...

04 Sentyabr 2026, 21:19

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb."Unikal" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib:“Əziz Murad!Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir.Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.Allah sənə...

04 Sentyabr 2026, 19:34

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.Araşdırma zamanı Bakı şəhəri Nizami rayonunun Özbəkistan və Şirin Mirzəyev küçələrində, Nəsimi rayonunun Novruzov qardaşları küçəsi 75 ünvanında, Yasamal rayonunun Mətbuat prospektində, Sumqayıt şəhərinin Səməd Vurğun və C.Cabbarlı küçələrində, eləcə də Nizami küçəsi ilə Polad Həşimov küçəsinin kəsişməsində, Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində və Salyan rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 199 620 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət...

04 Sentyabr 2026, 19:08

AYNA yolların xətlənməsinə 37 milyon manat xərcləyəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində yollarda xətlənmə işlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, tenderin yekun qiyməti 36 milyon 795 min manat təşkil edib.Sənədlərdə göstərilən işlər arasında 2 milyon kvadratmetr düz xəttin (soyuq boya) çəkilməsi, 100 kvadratmetr düz xəttin (termoplastik isti boya) çəkilməsi, 49 458 kvadratmetr soyuq boya ilə əl işləri, 41 min kvadratmetr xəttin su jeti texnikası ilə silinməsi, 2 min kvadratmetr xəttin qara boya ilə silinməsi, 130 kvadratmetr yerə yapışan simvolların tətbiqi və digər işlər yer alır....

04 Sentyabr 2026, 18:50

Zahid Oruc BAMF-ın 34 illiyini TƏBRİK ETDİ 

Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasından 34 il ötür.CityPost.az  bildirir ki, bu münasibətlə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc BAMF prezidenti Umud Mirzəyevə zəng edərək təbriklərini çatdırıb.Zahid Oruc təbrikində Umud Mirzəyevin şəxsiyyətinin rəhbərlik etdiyi təşkilatın fəaliyyətində də əks olunduğunu bildirib.“İnsan özü necədirsə, rəhbərlik etdiyi təşkilat da həqiqətən elə olur. Mən bilirəm ki, Umud müəllim necə bir insandırsa, onun rəhbərlik etdiyi təşkilat da elədir: aydındır, safdır, şəffafdır, qəlbi təmizdir. Təşkilatın da qəlbi təmizdir”, – deyə o qeyd edib.Parlamentari Umud Mirzəyevin illər ərzində beynəlxalq aləmdə qazandığı dostluqlara da...

04 Sentyabr 2026, 18:30

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

"Bakı Metropoliteni" QSC-nin paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası "20 Sentyabr" adlandırılacaq.Citypost.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yeni qərar qəbul edib.Baş nazir Əli Əsədovun imzaladığı qərar 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğu nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən qəbul olunub.Bakı Şəhər İcra Hakimiyyəti və səhmdar cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir....

04 Sentyabr 2026, 18:11