İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Cəmiyyət 25 İyun 2026, 11:52
587
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb.
Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli xanım Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Həmçinin oxuyun
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Sloveniya arasında dostluq münasibətlərinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim rifah və firavanlıq arzulayıram".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Polisdə xidmətə namizədlər üçün sıra baxışı keçiriləcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu və Lənkəranda polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.DİN-in Mətbuat xidmətindən Citypost.az verilən xəbərə görə, Lerik Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 06.07.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı iyulun 7-də...
25 İyun 2026, 12:36
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb
Bu gün Baş nazir Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyev ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən xəbər verilib.Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib.Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi ayrıca qeyd olunub.Görüş əsnasında, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub....
25 İyun 2026, 12:25
Eldəniz Əmirov: Bankların təhlükəsizliyə yatırdığı vəsait müştəri etimadına investisiyadır
İqtisadçı Eldəniz Əmirov bank sektorunda etimad amilinin həlledici əhəmiyyət daşıdığını bildirib.Citypost.az ekspert qeyd edib ki, baş verən bu kimi hadisələr təkcə ayrı-ayrı banklara deyil, bütövlükdə bank sisteminə olan inama mənfi təsir göstərir."İllərlə qazanılan etibarı itirmək bir anlıq məsələdir, lakin onu yenidən bərpa etmək uzun illər tələb edə bilər", – deyə iqtisadçı vurğulayıb.E. Əmirovun sözlərinə görə, banklar təhlükəsizlik sistemlərinin gücləndirilməsinə, proqram təminatının mütəmadi yenilənməsinə, müasir texniki infrastrukturun qurulmasına və peşəkar mütəxəssislərin cəlb edilməsinə daha çox vəsait ayırmalıdırlar.İqtisadçı hesab edir ki, bu istiqamətdə çəkilən xərclər əlavə yük deyil, müştərilərin etimadının qorunmasına yönəlmiş mühüm investisiyadır.Yeganə...
25 İyun 2026, 10:34
Mərdəkanda 3 gün əvvəl dənizdə batanlardan sonuncu şəxsin meyiti tapılıb
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.Bu barədə Citypost.az FHN-in Mətbuat xidmətindən bildirilib.Qeyd edək ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.Axtarışlar nəticəsində dalğıc-xilasedicilər tərəfindən iki qardaş - 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlu və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu, bundan başqa, 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.Dördüncü şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilirdi.Mərdəkandənizdə batan...
25 İyun 2026, 09:58
Bu gün Lənkəranın bəzi ərazilərində qaz olmayacaq
Sabah Lənkəran rayonunun bəzi qəsəbə və kəndlərində təbii qazın verilişi dayandırılacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Lənkəran rayonunun Nərimanabad və Balıqçılar qəsəbələrinin, Üzümçülük kəndinin, həmçinin Liman şəhərinin M.Ə.Rəsulzadə və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....
25 İyun 2026, 09:33
Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar, Salyanda idman zonaları istifadəyə verilib
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində iyunun 24-də Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar, Salyan şəhərlərində idman zonaları istifadəyə verilib.Bu barədə Citypost.az-a Gənclər və İdman Nazirliyindən bildirilib.Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.Hər bir sağlam məhəllədə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. F.Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.Xatırladaq ki, indiyədək Bakıda və müxtəlif rayonlarda 17 "Sağlam məhəllə" layihəsi icra edilib....
25 İyun 2026, 09:16