Bizə yazın

Baku

-°C

USD

-

Radiasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilib 

Cəmiyyət 25 İyun 2026, 14:35

494

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Citypost.az  FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Agentlik ilə Sumqayıt Regional Mərkəzi arasında imzalanmış “Qarşılıqlı fəaliyyət planı” çərçivəsində birgə tədbir keçirilib.

Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Agentliyin rəis müavini Xəzər Əmiraslanov Agentliyin fəaliyyəti, qarşıda duran məsələlər, regional mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Ümumilikdə 30 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə tənzimləyici qurum və radiasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin əsasları, ətraf mühitin radioekoloji monitorinqin aparılması, radioaktiv maddə və ionlaşdırıcı şüa mənbəli avadanlıqların istismarı ilə əlaqədar fəaliyyətlərin həyata keçirilməsinə dair tələblər, radiasiya təhlükəsizliyinin təmin olunması üzrə təlimatlar, radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, radiasiya təhlükəsizliyinə daxili nəzarət məsələləri müzakirə olunub.

Tədbir zamanı Agentliyin hüquq şöbəsinin baş məsləhətçisi Xanım Məmmədova, Xüsusi icazə və dövlət reyestri şöbəsinin müdiri Vəfa Nadirova, Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin baş məsləhətçisi Elvin Muradov, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov, Ətraf mühitin radioekoloji monitorinq şöbəsinin müdiri Baba Babayev ümumilikdə 5 təqdimatla çıxış ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Avropa İttifaqı ikitərəfli gündəliyi müzakirə edib 

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.Tərəflər mövcud siyasi dialoqun, yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv təmasların Azərbaycan-Aİ münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Bu çərçivədə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın cari ildə Azərbaycana həyata keçirdiyi səfərin qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və əməkdaşlıq gündəliyinin irəli aparılması baxımından əhəmiyyəti qeyd olunub.Azərbaycan və Aİ...

25 İyun 2026, 17:00

Ötən il 764 xarici diplom tanınmayıb 

2025-2026-cı tədris illərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 5607 müraciət daxil olub.Citypost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-2026-cı tədris ili ilə bağlı hesabatında məlumat verilib.Bildirilib ki, bunlardan 4030 müraciətin ekspertizası həyata keçirilib:"1577 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 3266 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 764 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib.Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ölkələrin siyahısında Türkiyə (1400), Rusiya (998) və Ukrayna (593) yer alıb"....

25 İyun 2026, 16:48

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləFərəcov Təvəkkül Seyfulla oğlu – polkovnikMəmmədov Kamil Sədiyar oğlu – polkovnikHüseynov Emil Əli oğlu – kapitan“Vətən uğrunda” medalı iləMəmmədov Şahin Oruc oğlu – kontr-admiralAbdullayev Tural Zakir oğlu – polkovnikMəmmədov Rəşad Ramiz oğlu – 1-ci dərəcəli kapitanBəkirov Fərid Cahangir oğlu – polkovnik-leytenantHüseynov Elşən Yaşar oğlu –...

25 İyun 2026, 16:22

Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri ölümündən sonra təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb."Azərbaycan Bayrağı" ordeni iləƏliyev Asiman Vaqif oğlu – mayorƏsgərov Samid Gülmalı oğlu – kapitanSeymur Hüseyn oğlu – baş leytenantBəşirov Hakim Nizam oğlu – leytenantQorçuyev Anar Nadir oğlu – leytenantMəcidov Rafiq Rasim oğlu – gizir3-cü dərəcəli "Rəşadət" ordeni iləHüseynov Nazim Yaqub oğlu – mayorZeynalov Azad Rafiq oğlu – kapitanGülüşov...

25 İyun 2026, 16:20

Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az  xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:polkovnik Rəsul Rasim oğlu Əliyevəpolkovnik Elçin Rəhim oğlu Abdullayevəpolkovnik Azər Əfrayıl oğlu Heybətliyəpolkovnik Gülməmməd Tofiq oğlu Rzayevəpolkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.

25 İyun 2026, 16:19

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.Citypost.az xəbər verir ki, Fərmana əsasən “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yaradılıb.Aşağıdakı büdcə təşkilatları yaradılıb:Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi;Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi;“Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin əsasında Azərbaycan Elm Fondu;“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsin...

25 İyun 2026, 16:00