Netanyahu: İranın nüvə silahı olmayacaq
Dünya 15 İyun 2026, 23:34
431
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran tərəfindən gələn birbaşa nüvə təhdidinin aradan qaldırılması Vaşinqton və Təl-Əvivin hərbi əməliyyatının mühüm nailiyyətidir, lakin mübarizə hələ başa çatmayıb.
CityPost.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, o bu barədə mətbuat konfransında deyib.
"Biz İsrail tarixində ən böyük hücum əməliyyatını həyata keçirdik. Biz nüvə alimlərinə zərbələr endirdik, (İran - red.) liderlərini aradan götürdük..., nüvə obyektlərini dağıtdıq, raketləri və onların istehsalı üzrə zavodların böyük əksəriyyətini məhv etdik. Biz İran iqtisadiyyatına nəhəng ziyan vurduq - bəziləri bunu yüz milyardlarla dollar, bəziləri isə hətta bir trilyon dollar dəyərində qiymətləndirir", - o deyib.
İsrail əhalisi və siyasətçiləri arasında İrana qarşı müharibənin başa çatması ilə bağlı narazılığı şərh edən Netanyahu bir daha bildirib ki, İranın nüvə silahı əldə etməsinə yol verməmək onun bütün həyatının missiyasıdır.
"Razılaşma ilə və ya razılaşma olmadan İranın nə bu gün, nə də sabah nüvə silahı olmayacaq. Nə qədər ki, mən İsrailin baş naziriyəm, bu baş verməyəcək", - o vurğulayıb.
Həmçinin oxuyun
Netanyahu İran tərəfindən gələn nüvə təhdidinin birbaşa təhlükə yaratdığı və İsrailin ABŞ ilə birlikdə bunu aradan qaldıra bildiyi barədə iddiasını təkrarlayıb: "Biz İsrail əhalisinin məhv edilməsi təhlükəsini uzun illər üçün aradan qaldırdıq. Biz bunu etdik. Biz İsraili məhv olmaqdan xilas etdik".
Bununla belə, o əlavə edib ki, mübarizə hələ başa çatmayıb: "Biz ayıq-sayıq olmağa davam etməli, gücümüzü, qətiyyətimizi qorumalı və nə qədər lazımdırsa, özümüzü müdafiə etməliyik. Bu yalnız İrana aid deyil".
Netanyahu İsrailin regionda iranyönümlü qüvvələrə, eləcə də Qəzza, Livan, Suriya, Yəmən və İordan çayının Qərb sahilindəki qruplaşmalara qarşı mübarizəni davam etdirəcəyini bildirib. O əlavə edib ki, İsrail ordusu Qəzza, Livan və Suriyada yaradılmış təhlükəsizlik zonalarında mövcudluğunu qoruyacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bəqai: Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək
Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək.APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi mətbuat konfransında İranla ABŞ arasında əldə olunmuş razılaşmaya münasibət bildirib.O deyib ki, Livanda müharibənin başa çatdırılması İran və ABŞ arasında müharibənin dayandırılması ilə bağlı razılaşmanın ayrılmaz hissəsidir və İran bu məsələdə ciddi olduğunu əməli fəaliyyəti ilə sübut edib.Bəqai bildirib ki, Cenevrədə keçiriləcək görüşdən əvvəl region ölkələrinə səfərlər həyata keçiriləcək və bu məsələ gündəlikdə yer alır.XİN sözçüsü əlavə edib ki, razılaşmanın imzalanma mexanizmi ilə bağlı da yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcək....
15 İyun 2026, 16:03
UKMTO Yəmən sahillərində insident barədə məlumat verib
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Yəmən sahillərindən 14 dəniz mil cənubda insidentlə bağlı siqnalın daxil olduğu barədə məlumat verib."Report" xəbər verir ki, bu barədə UKMTO məlumat yayıb.Bildirilib ki, konteyner gəmisi kiçik bir katerin yaxınlaşdığı barədə məlumat verib. Katerin heyəti gəmiyə atəş açıb və göyərtəyə qalxmağa cəhd edib.Hazırda səlahiyyətli orqanlar araşdırma aparır.
15 İyun 2026, 13:07
Koşta, Ursula fon der Lyayen və Kallas ABŞ və İran arasındakı razılaşmanı alqışlayıblar
Avropa İttifaqı Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ və İran arasında razılaşmanın tezliklə imzalanmasını alqışlayıblar."Report" xəbər verir ki, Koşta, fon der Lyayen və Kallas müvafiq bəyanatları "X" sosial şəbəkəsində paylaşıblar."Mən Vaşinqton və Tehranın elan etdiyi razılaşmanı alqışlayıram. Bu müharibənin başa çatmasına və Hörmüz boğazında gəmiçilik azadlığının tam bərpa olunmasına ümid edirəm. Razılaşmanı mümkün edən hər kəsin diplomatik səylərini yüksək qiymətləndirirəm", - Antonio Koşta yazıb.Fon der Lyayen isə qeyd edib ki, hazırda prioritet məsələ tərəflərin razılaşmanı sürətli və tam şəkildə icra etməsidir."Razılaşma Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələləri üzrə...
15 İyun 2026, 12:33
Tula vilayətinə dron hücumu nəticəsində üç nəfər həlak olub
Rusiyanın Tula vilayətinə dron hücumu nəticəsində üç nəfər həlak olub, bir uşaq və iki böyük yaralanıb.APA xəbər verir ki, bu gecə Tulanın yaşayış məntəqələrinə dronlarla zərbə endirib.Yamnı, Maslovo, Mixalkovo və İnşinski kəndləri vurulub. Şəxsi evlərə və kommersiya obyektlərinə ziyan dəyib.Bir yaşlı uşaq da daxil olmaqla üç nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
15 İyun 2026, 11:22
İndoneziyada vulkan püskürərək dəniz səviyyəsindən 2,4 km yüksəkliyə kül püskürüb
İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Halmahera adasında Dukono vulkanının püskürməsi qeydə alınıb.Citypost.az TASS-a istinadən xəbər verir ki, vulkandan qalxan kül kraterdən təxminən 1,3 kilometr yüksəklikdə yayılaraq dəniz səviyyəsindən 2387 metr hündürlüyə çatıb. Ağ və boz rəngli kül buludlarının şimal-qərb istiqamətində yayıldığı bildirilib.Yerli hakimiyyət orqanları yaxın ərazilərdə yaşayan sakinlərə və turistlərə vulkan kraterindən 4 kilometr radiusda uzaq durmaq və külün təsirindən qorunmaq üçün maska taxmaq barədə xəbərdarlıq edib.Qeyd edilib ki, mayın 8-də Dukono vulkanının püskürməsi nəticəsində azı iki nəfər həyatını itirib, daha bir nəfər isə itkin düşüb.Dukono vulkanı Sakit okean və Avstraliya tektonik plitələrinin kəsişməsində yerləşir. İndoneziya 18 minə yaxın adadan...
15 İyun 2026, 10:46
Skoda necə Avropanın ikinci ən böyük avtomobil markası oldu
Skoda Auto Avropada satışlarında kəskin artım göstərərək 2026-cı ilin birinci rübündə 223,5 min avtomobilə çatıb.Citypost.az xəbər verir ki, Skoda Auto şirkətinin baş direktoru Klaus Zellmer bu nəticəni davamlı biznes modelinə, elektrikli nəqliyyat vasitələri istiqamətinin inkişafına və komanda işinə və işçi təşəbbüsünə əsaslanan korporativ mədəniyyətə aid etdi.Nəticələrə görə, şirkət Volkswagen-dən sonra Avropada ikinci ən böyük avtomobil istehsalçısı olub və regionda ən sürətlə böyüyən brendlər arasındadır.Zellmer qeyd edib ki, "Bazar artımımız 17 faizdir və artım öz-özünə baş vermir. Gəlir 9 faiz, mənfəət isə 21 faiz artıb".O, uğurun əsas amilinin sərt şaquli idarəetmə tərzi deyil, işçilərin sərbəst şəkildə ideyalar təklif edə və qərar...
15 İyun 2026, 10:29