Hakim Mirlətif Seyidovdan şikayət var...
Cəmiyyət 05 İyun 2026, 14:18
11979
İddiaçı Qasımov Elnur Teymur oğlu cavabdeh Əmirov Nicat Yusif oğluna qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Soltanov Elsevər Zöhrab oğlu və onun arasında bağlanmış 08.09.2023-cü il tarixli ÖV-207-GL/16-23 nömrəli “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə sonuncu arasında imzalanmış 19.12.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında həmin razılaşmaya əsasən ona lizinqə verilmiş “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktordan cavabdeh tərəfindən 08.09.2023-cü il tarixdən 02.04.2024-cü il tarixədək qanunsuz istifadə edilməklə əldə edilmiş hər ay təxminən 800 (səkkiz yüz) manat olmaqla, cəmi 5600 (beş min altı yüz) manat məbləğində əldən çıxmış fayda qismində maddi zərərin cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddia ərizəsində qanunsuz istifadə edilmiş “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun ehtiyyat hissələrinə dəymiş zərərin məbləği qismində 11.570 (on bir min beş yüz yetmiş) manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş 159 (yüz əlli doqquz) manat olmaqla, ümumiyyətlə, 22.929 (iyirmi iki min doqquz yüz iyirmi doqquz) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi də öz əksini tapıb.
İmişli Rayon Məhkəməsidə 24.07.2025-ci il tarixdə hakim Orxan Mahmudun sədrliyi ilə iddia ərizəsinə baxış keçirmiş və iddiaçı Qasımov Elnur Teymur oğlunun iddiası qismən təmin edilmişdir. İmişli Rayon Məhkəməsinin 2 (036)-229/2025 nömrəli 24.07.2025-ci il tarixli çıxardığı qətnamədə cavabdeh Əmirov Nicat Yusif oğlundan iddiaçıya vurduğu ziyana görə 16.080 (on altı min səksən) manat məbləğində pul vəsaitinin tutularaq sonuncuya qaytarılması qət edilib.
İmişli rayon Məhkəməsi qətnamə çıxarkən “Uniprice” MMC-nin Ekspertiza Mərkəzinin ekspertlərinin verdiyi ekspertiza rəyləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun Qərarlarını, Azərbaycan Respublikası Mülki Prosessual Məsələsinin müvafiq maddələrinin bəndlərini, habelə çoxsaylı digər faktları və sübutları eləcə də ifadələri nəzərə almaqla tam qanuni əsaslarla qətnamə qəbul edib. Qətnamədə əksini tapıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi, yəni vicdanlı sahibkar özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən vicdansız sahibi (yəni əmlakından qanunsuz istifadə edən) əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.
Cavabdeh şəxs Əmirov Nicat Yusif oğlu İmişli Rayon Məhkəməsinin çıxardığı mövcud qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Hakim Mirlətif Seyidovun sədrliyi ilə apellyasiya şikayətinə baxış keçirilmiş və cavabdeh Əmirov Nicat Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə İmişli Rayon Məhkəməsinin 24.07.2025-ci il tarixli, 2 (036)-229/2025 saylı qətnaməsi (yəni iddianın təmin olunan 16080 manat hissəsində) qismən ləğv edilmişdir.
İddiaçı Qasımov Elnur Teymur oğlu Şirvan Apellyasiya Məhkəməsinin 16 aprel 2026-cı il tarixli Qətnaməsindən narazı qalıb, onu qanunsuz hesab etdiyini deyir.
Həmçinin oxuyun
O, CityPost.az-a açıqlamasında bildirib ki, qətnamə qərəzlidi və sifariş əsasında çıxarılıb. İddiaçı hesab edir ki, onun hüquqları pozulub. Hakim Mirlətif Seyidov “Uniprice” MMC və “Sorğu Ekspert Mərkəzi”nin onun xeyrinə verdiyi ekspertiza rəylərini tutarlı faktları və sübutları nəzərə almayıb və keçmiş prokurorluq işçisi Fəyyaz Quliyevin vasitəçiliyi ilə qətnamə çıxarıb. Belə ki, Fəyyaz Quliyev heç bir hüququ və rəsmi tərəf olmadığı halda məhkəmə iclasında iştirak edib açıq-aşkar məhkəmənin gedişinə təsir göstərib. Hətta, Məhkəmədə fasilə zamanı iddiaçıya iddianı geri götürməyi təklif edib və bildirib ki, işə baxan hakim Mirlətif Seyidov onun tanışıdır. Əks təqdirdə onun xeyrinə verilmiş Qətnamə ləğv ediləcək. Maraqlı məqam ondan ibarətdir ki, hakim Mirlətif Seyidov bütün baş verənlərə nədənsə göz yumub.
İddiaçı Qasımov Elnur Teymur oğlu hakim Mirlətif Seyidovun qanunsuz hərəkətlərindən Məhkəmə Hüquq Şurasının şikayət edəcəyini bildirib.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Slovakiya məxfi məlumat mübadiləsinə dair saziş bağladı
Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb.Bu barədə Citypost.az-a Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir.Qeyd edilib ki, Slovakiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra aktual məsələləri müzakirə ediblər.Görüşün yekunu olaraq, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in imzalanma mərasimi keçirilib....
22 İyul 2026, 20:30
Macarıstanın baş prokuroru istefa verib
Macarıstanda əvvəlki hakimiyyət dövründə təyin edilmiş baş prokuror Qabor Balint Nad istefa verib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Index" məlumat yayıb.Q.Nadın istefasının qəbul ediləcəyi təqdirdə onun səlahiyyətlərinə avqustun 25-də xitam veriləcək. O, bu vəzifədə bir ildən çox müddətdə çalışıb."Məhkəmə sisteminin, o cümlədən prokurorluğun nüfuzunun qorunması demokratik sistemin təməl daşlarından biridir. Prokurorluq siyasi mübarizə alətinə çevrilə bilməz. Bunu vurğulamaq üçün bu gün mən mandatımın avqustun 25-də başa çatması xahişi ilə istefa ərizəsi təqdim etdim", - baş prokuror bildirib.Baş nazir Peter Madyar Nadın istefa ərizəsini şərh edərək, ölkənin "daha bir Orbandan xilas olduğunu" bildirib....
22 İyul 2026, 20:05
Azərbaycan və Çexiya arasında aqrar-sənaye sahəsində əməkdaşlıq müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasının aqrar-sənaye sahəsində fəaliyyət göstərən "Agrofert" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşüb.Bu barədə Citypost.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, görüşdə "Agrofert" Şirkətlər Qrupu ilə aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanları nəzərdən keçirilib.Görüşdə həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinə uyğun olaraq biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin təşviqi məsələləri müzakirə olunub.Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanlarını, eləcə də investisiya layihələri üzrə...
22 İyul 2026, 19:44
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb.Citypost.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Məlumata görə, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50% endirimlə 5 AZN, məktəblilər üçün isə cəmi 2 AZN-dir."Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş artıq pulsuzdur.Qiymətsiz təcrübəni daha sərfəli qiymətə əldə etmək üçün dəmiryol muzeyini ziyarətə tələsin", - məlumatda vurğulanıb.
22 İyul 2026, 19:34
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb
Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib."Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.Yanğının başvermə səbəbi araşdırılır.
22 İyul 2026, 19:20
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə bir sıra rəsmi şəxslər iştirak ediblər.Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib.Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək...
22 İyul 2026, 19:07