Bizə yazın

Baku

-°C

USD

-

"Qəbələ" AFFA-dan ayrılan vəsaitin bir hissəsini uşaq futboluna yönəldəcək 

İdman 25 İyun 2026, 14:00

503

AFFA tərəfindən "Qəbələ"yə yerli futbolçulara görə ayrılan 379 min 987 manat və əlavə 50 min manat vəsaitin bir hissəsi klubun uşaq futboluna yönləndiriləcək.

Bunu "Report"a açıqlamasında Qəbələ təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Klub rəsmisi sözügedən vəsaitin hansı istiqamətdə xərclənəcəyi ilə bağlı sualı cavablandırıb:

"Ümumiyyətlə, bu, çox yaxşı, düşünülmüş bir sistemdir. Yerli futbolçuların oynaması üçün gözəl motivasiyadır və klublara əlavə dəstəkdir. Çox maraqlı bir yanaşmadır. Bizim büdcəmiz üçün də xüsusilə yaxşı məbləğdir. Düzü, vəsaitin tam olaraq necə bölünəcəyini hələ dəqiqləşdirməmişik, çünki hazırda büdcənin formalaşdırılması prosesi və planlaşdırma işləri gedir. Amma müəyyən bir hissəsinin aşağı yaş qrupları üzrə komandalara sərf olunacağını artıq planlaşdırmışıq. Proses başa çatdıqdan sonra bu barədə rəsmi açıqlama verəcəyik".

O, yenə də gənclərə şans verəcəklərini söyləyib:

"Qəbələ" hər zaman yerli oyunçuları oynatmaq prinsipləri ilə seçilir. Müəyyən maliyyə çətinliklərinə görə akademiyanın fəaliyyəti bir az məhdudlaşdırılıb. Buna baxmayaraq, ötən mövsüm təhlükəli zonada qərarlaşsaq da, gənclərə güvəndik. Ötən mövsüm bizim üçün çətin keçdi və komanda turnir cədvəlini 11-ci yerdə başa vurdu. Yenə də imkan daxilində səviyyəsi Premyer Liqada çıxış etməyə imkan verən yerli gənclərə şans tanıyacağıq. Elə mövqelər var ki, ora legioner transferi etmirik ki, yerlilər oynasınlar. Təcrübə azlığı səbəbindən uşaqlar üçün çətin olur, lakin baş məşqçi də bu strategiyamızı tam dəstəkləyir. Bir səhvə görə hansısa futbolçunu silib atmırıq. Premyer Liqa səviyyəsinə uyğun gənclər yenidən şans qazanacaqlar".

İdman direktoru klubun akademiyasındakı durumu da açıqlayıb:

"Akademiyada yalnız yuxarı yaş qrupları, yəni U-17 və U-19 komandaları fəaliyyət göstərir. Əvvəlki illərdən fərqli olaraq, 12 yaşından etibarən bölgələrdən uşaqlar gətirib saxlamaq imkanımız yoxdur, fəaliyyətin məhdudlaşdırılması da bununla bağlıdır. İndi yalnız Qəbələ daxilindəki yerli uşaqlar bura cəlb olunur, həmçinin Bakıda da qruplarımız var. Lisenziyalaşdırma şərtlərinə əsasən, klubun nəzdində 10 yaş qrupu olmalıdır. Bizdə də 9-10 yaşdan 19 yaşadək bütün yaş qrupları mövcuddur. Yaxın vaxtlarda Qəbələnin kəndlərində yeni seçim mərhələsi təşkil edəcəyik və ümumi seleksiya işləri aparılacaq".

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən "Qəbələ" klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb 

"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb.Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən bildirilib.Futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.Qeyd edək ki, yarımmüdafiəçi ötən ilin yayında "Zirə"yə transfer olunmuşdu.

24 İyun 2026, 15:06

Rəşad Ergün: "Kannavaro heç vaxt böyük məşqçi ola bilməyəcək"  

İdman jurnalisti Rəşad Ergün Özbəkistan millisinin baş məşqçisi Fabio Cannavaro barədə sərt fikirlər səsləndirib.Citypost.az xəbər veirr ki, jurnalist sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Kannavaronun məşqçi kimi gələcəyinə inanmadığını bildirib."Fabio Kannavaronun gələcəkdə haralarda işləyəcəyini bilmirəm, bildiyim odur ki, heç vaxt böyük məşqçi ola bilməyəcək", – deyə Rəşad Ergün qeyd edib.O, Özbəkistanın Portuqaliya ilə oyununda baş məşqçinin komandanın çıxışına nəzərəçarpacaq təsir göstərə bilmədiyini vurğulayıb.Jurnalistin sözlərinə görə, Özbəkistan millisinin çıxışında həm taktiki, həm də fiziki və psixoloji hazırlıq baxımından ciddi problemlər hiss olunur."Ümumiyyətlə, özbəklərə baxanda adama elə gəlir ki, dünya çempionatına 'əsas iştirakdır' prinsipi ilə yanaşıblar. Məşqçi işi yox, fiziki, psixoloji hazırlıq aşağı...

24 İyun 2026, 11:07

Moldovada azərbaycanlı avarçəkən qardaşlar 6 medal qazanıblar

Belts şəhərində U14, U16 və U18 yaş kateqoriyalarında idmançılar arasında kayak və kanoe üzrə Moldova çempionatı keçirilib.AZƏRTAC xəbər verir ki, yarışlarda soydaşlarımız – Eldar və Tamerlan Osmanov qardaşları iştirak edərək uğurlu çıxışları ilə bir neçə mükafata layiq görülüblər.Eldar Osmanov tam mükafat dəstini qazanıb:• 500 metr məsafədə – 1-ci yer;• 200 metr məsafədə – 2-ci yer;• 1000 metr məsafədə – 3-cü yer.Tamerlan Osmanov da üç medal qazanıb:• 1200 metr məsafədə – 2-ci yer;• iki nəfərlik kayakla 500 metr məsafədə – 2-ci yer;• tək nəfərlik kayakla 500 metr məsafədə – 3-cü yer.Moldova Azərbaycanlıları Konqresi Osmanov qardaşlarını çempionatda uğurlu çıxış münasibətilə səmimi qəlbdən...

23 İyun 2026, 09:55

Çimərlik güləşçilərimiz qızıl və bürünc medal qazandılar 

Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçirilib.Citypost.az xəbər verir ki, Azərbaycan millisinin heyətində Rübail İbrahimli (70 kiloqram), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kiloqram), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kiloqram) və İslam İlyasov (+90 kiloqram) mübarizə aparıb. Onlardan ikisi fəxri kürsüyə qalxıb.Əşrəf Aşırov (90 kiloqram) uğurlu çıxış edərək yarışın qalibi olub. Bununla da həmyerlimiz ilk mərhələdəki nəticəni təkrarlayıb. Xatırladaq ki, Aşırov Vyetnamın Dananq şəhərində keçirilən analoji yarışda da çempion olmuşdu. Vüsal Əliyev (80 kiloqram) isə Batumidə bürünc medalı boynundan asıb.Dünya Seriyasında I-S dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq....

22 İyun 2026, 09:33

"Şəfa" Nihad Əliyevlə müqavilənin müddətini uzadıb 

"Şəfa" klubu futbolçusu Nahid Əliyev ilə müqavilənin müddətini uzadıb."Report" xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.21 yaşlı yarımmüdafiəçi yeni 1 illik anlaşmaya imza atıb.Azərbaycanın U-21 millisinin üzvü olan N.Əliyev 2025-ci ilin yayından "Şəfa"nın heyətində çıxış edir. O, karyerası ərzində Azərbaycanda "Mingəçevir" və "Turan Tovuz"un da formasını geyinib.

19 İyun 2026, 17:05

"Səbail"in yeni rəhbəri bəlli olub

Futbol üzrə Azərbaycan I Liqasında mübarizə aparan "Səbail" klubunun yeni prezidenti bəlli olub.Klubdan Citypost.az-a verilən məlumata görə, İdarə Heyətinin qərarına əsasən, Mirzə Bayrampur bu vəzifəyə təyin olunub.

18 İyun 2026, 09:33