Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar  

Cəmiyyət 23 İyun 2026, 14:38

449

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.

Citypost.az xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verildi. Məhz Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr xilas edilərək Azərbaycana gətirilib. Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa işğaldan azad olunduqdan sonra əvvəlki yerlərinə qaytarılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İyunun 29-dək hava şəraiti qeyri-sabit qalacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata əsasən, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir.Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur....

23 İyun 2026, 16:40

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu 

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub.Citypost.az  xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.O, bildirib ki, bu gün Avstriyanın paytaxtı Vyanaya səfər etməli imiş: “Səfər çərçivəsində Azərbaycanın iqtidar və müxalifət nümayəndələrinin, eləcə də Milli Məclis üzvlərinin iştirakı ilə Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirdə iştirak etməsi nəzərdə tutulurdu”.Lakin hava limanında sərhəd nəzarəti zamanı ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.A.Hacılı ölkədən çıxışına qadağanın nə ilə bağlı olduğunu və bunun səbəbini də hələlik öyrənə bilmədiyini əlavə edib....

23 İyun 2026, 16:30

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon buğda göndərilir 

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda yola salınacaq.Citypost.az xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon buğda göndərilir.

23 İyun 2026, 16:03

Nazirlik "General Hospital"ın lisenziyasını ləğv etdi

Bir müddət əvvəl saytlarda"General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlamışdıq. Xəbərin ictimailəşməsindən sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) həmin özəl tibb müəssisəsində araşdırmaya başlamışdı."Unikal"ın əldə etdiyi məlumata görə, aşkarlanan nöqsanlardan sonra "General Hospital"ın lisenziyası İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilib. Həmin klinika artıq özəl tibb müəssisəsi kimi fəaliyyət göstərə bilməyəcək.Məlumatı İqtisadiyyat Nazirliyindən saytımıza təsdiqləyiblər.

23 İyun 2026, 15:45

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb 

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri İyunun 23-də başa çatıb.Citypost.az  xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu yola salıb.

23 İyun 2026, 15:21

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər 

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada birgə nahar ediblər.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

23 İyun 2026, 15:20