Kitabı "süni", naziri "orijinal" olan məmləkət
Söz adamı 23 İyun 2026, 12:10
751
Dünyanın harasında rəqəmsal bir yenilik, süni bir intellekt peyda olursa, bizim hökumətin texnokrat qanadı dərhal qollarını çırmayıb qaçır qabağa. Elə bilirlər ki, dünyanı ağuşuna alan bu texnoloji dalğa məhz bunların canını qurtarmaq üçün icad olunub. Təhsil nazirimiz Emin Əmrullayev də sağ olsun, qayıdıb ki, bəs bəsdirin pulunuzu kitaba, dərsliyə, vərəqə xərclədiniz, onsuz da 3 ildən sonra kitaba ehtiyac qalmayacaq, süni intellekt gəlib hər şeyi əvəz edəcək, lap elə Dilçilik İnstitutunu da bağlaya bilərik, onun da funksiyasını bir dənə alqoritm həll edəcək. Adamın lap ürəyi dağlanır. Elə bilirsən nazir təhsil sistemindəki problemlərdən yox, hansısa elmi-fantastik Hollivud filminin premyerasından danışır. Yəni məktəblərin tavanı uça bilər, rayonlardakı sinif otaqlarında odun peçi hələ də baş köşədə otura bilər, müəllimlər bir tikə çörək üçün repetitorluq künclərində can qoya bilər, amma vecinə də olmasın – 3 ilə süni intellekt gəlib hamımızı xilas edəcək. Kitab nədir ey, kağız parçasıdır, atın getsin! Dünyanın ən qabaqcıl ölkələri uşaqları planşet asılılığından, ekran zəhərlənməsindən xilas eləmək üçün yenidən klassik kitaba, kitabxanalara, toxunaraq oxumaq mədəniyyətinə milyonlar xərcləyəndə, bizim islahatçı nazirimiz kitabı ömrünə 3 il qalmış reanimasiya xəstəsi elan edir. Kitab sadəcə informasiya yığını deyil axı, hörmətli nazir, kitab insanı insan eləyən, onun təxəyyülünü quran mənəviyyat qalasıdır. Amma görünür, bizim sistemə düşünən, mütaliə eləyən, sorğulayan insan yox, elə nazirliyin özü kimi düymə ilə işləyən, robotlaşmış, rəqəmsal bir nəsil lazımdır.
Məsələnin ən biabırçı və qorxulu tərəfi isə Dilçilik İnstitutuna verilən hökmdür. Deməli, ana dilimizin elmi qalası, o boyda institut da bir dənə süni intellekt proqramının içində əriyib getməlidir. Dil bunlar üçün elə bil quş dilidir, ya da sadəcə iki kompyuterin bir-birinə ötürdüyü texniki kodlar sistemidir. Bu dil Füzulinin, Nəsiminin nəfəsidir, Şah İsmayılın qılıncı ilə möhürlənmiş varlığımızdır, qanımızla, canımızla qoruduğumuz mənəvi vətənimizdir. Dilçilik İnstitutu da bu dilin toponimiyasını, etimologiyasını, xalqın yaddaş köklərini qoruyan bir strateji qaladır. İndi nazir deyir ki, bura da lazımsız bir yerdir, bağlayaq getsin, bir dənə proqram yükləyərik, o da bizim əvəzimizə hər şeyi tərcümə edər. Süni intellekt heç vaxt bir xalqın ruhunu, folklorunun rənglərini, dilin fəlsəfi dərinliyini duya bilməz. Maşın alqoritmlərinə güvənib milli dil elmini yox saymaq, əslində bu dövlətin varlıq fəlsəfəsinə, ulu öndərin və dövlət başçısının ana dilinin qorunması ilə bağlı imzaladığı tarixi fərmanlara, dövlət siyasətinə açıq-aşkar ironiya etməkdir, laqeydlik göstərməkdir. Biz hər il büdcədən dilin inkişafına, dərsliklərin tarixinə pullar ayırırıq, sən demə, hamısı hədərmiş, cəmi 3 illik ömrü var imiş. Belə çıxır ki, nazirin bu məntiqli və dahi proqnozu ilə getsək, bir neçə ildən sonra Təhsil Nazirliyinə də ehtiyac qalmayacaq, çünki nazirin funksiyasını da bir dənə rəqəmsal bot, süni intellekt proqramı çox rahatlıqla icra edə bilər. Hətta bəlkə o bot bizim təhsil sistemindəki boşluqları indikindən daha yaxşı və daha ədalətli idarə edər.
Belə çıxır ki, nazirin bu dahi proqnozu ilə getsək, ilk növbədə elə Emin Əmrullayevin özünün rəqəmsal dublikatını təcili nazir təyin etməyin əsl vaxtıdır. Nazirliyin serverinə bir dənə "Emin Bot" proqramı yükləyərik, həm büdcəyə qənaət olunar, həm də nazirin funksiyasını o süni intellekt indikindən daha çevik, daha proqramlı icra edər. Hətta o dublikat robot gecə-gündüz yatmaz, sinif otaqlarında odun peçinin yanında donan uşaqların dərdinə bəlkə bizim real nazirdən daha tez yanar, problemləri rəqəmsal yox, real həll edər. Həm də adamın ürəyi yanmaz; bilərik ki, bunu deyən və eləyən adam deyil, soyuq bir maşındır...
Həmçinin oxuyun
Bu cür uzaqgörməz, kosopolit və məsuliyyətsiz bəyanatlar cəmiyyətə, onsuz da canüstündə olan mütaliə mədəniyyətinə arxadan vurulan ən ağır zərbədir. Məktəblidən, tələbədən nə gözləyəsən ki, onun naziri çıxıb bəri başdan deyir ki, "oxuma, onsuz da 3 ilə kitaba ehtiyac qalmayacaq". Bu, süni intellektə heyranlıq yox, öz milli elminə, dilinə və mədəniyyətinə qarşı duyulan köklü bir yadlaşmanın, özgələşmənin rəsmi etirafıdır. Heç bir texnoloji dalğa, heç bir soyuq metal zəkası insanın yaradıcı ruhunu və xalqın ana dilini yaşadan o canlı məbədləri əvəz edə bilməz. Azərbaycanın ziyalıları, elm adamları bu cür yüngül, texnokratik hücumların qarşısında susmamalı, kitabın mənəvi hakimiyyətini və ana dilimizin elmi qalalarını bu "süni" xülyalardan qətiyyətlə qorumalıdır.
Şəmsi Qoca
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Söz sənətinin vurğunu, ədəbiyyatın gözətçisi
60 İllik Yubileyi MünasibətiləƏsəd CahangirSöz sənətinin vurğunu, ədəbiyyatın gözətçisiAltmış il — bir ömrün şəfəq vaxtıdır. İnsan bu illər içərisində ya öz ruhu ilə üz-üzə qalır, ya da sözün sehrli aləmindəki sonsuz dənizə qərq olur. Əsəd Cahangir ikinci yolu seçdi: ömrünü Sözə bağladı, qəlbini ədəbiyyata açdı, hər gecəsini düşüncənin alov saçan ocağında keçirdi.O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Tənqidçi, esseist, şair, ədəbiyyatşünas — bu titulların heç biri tək başına onu tam anlatmaz. Əsəd Cahangir, hər şeydən əvvəl, Sözün sadiq qulluqçusudur.Yaradıcılıq yolu"Söz"dən "Səs"ə, "Səs"dən ƏbədiyyətəƏsəd Cahangirin yaradıcılıq dünyasına daxil olduqda ilk qarşılaşdığınız şey intellektual dərinlikdir. Onun "Söz" essesilə başlayan...
22 İyun 2026, 12:57
Bu dünyada Hidayət Orucov yadigar qalsın - Ramidə Yaqubqızı
Onun haqqında təsəvvürüm ağırtəbiətli, ötkəm və çətin ünsiyyət qurulacaq biri kimi formalaşmışdı. Ta ki, özü ilə tanış olana qədər. Bir görüşlə Hidayət Orucov haqqında olan düşüncələrim tamamilə dəyişdi. Bu böyük şəxsiyyət mənim təfəkkürümdə və təsəvvürümdə olduğu ciddiyyyətin içərisində yumşaq, həlim, xoşxasiyyət insan olaraq yaşadı. 2023-cü ildə çalışdığım “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin tövsiyyəsilə bir neçə əməkdaş İrəvan Teatınının yaranma tarixi, inkişafı və keçdiyi yol barədə yazı hazırlamaq tapşırığı aldıq. Mövzunun genişliyi, mahiyyətinin çəkisi və şəxsi marağım o qədər böyük idi ki, qərara aldıq ki, vaxtı ilə teatra rəhbərlik etmiş və bu yolda yaranmış çətinliklərə baxmayaraq böyük uğurlar qazanmış Hidayət Orucovla...
18 İyun 2026, 12:07
Uydurma tarixin və siyasi qorxunun acizliyi
Ermənistan Elmlər Akademiyasının və Qərbdəki sifarişli teatral təbliğatın səthi "araşdırması"na elmi-tarixi cavabErmənistanın akademik və siyasi dairələrinin, xüsusən də Ermənistan Milli Elmlər Akademiyasının son dövrlərdə "Qərbi Azərbaycan" ifadəsi və Qərbi Azərbaycan İcmasının fəaliyyəti qarşısında keçirdiyi qorxu xroniki bir isteriyaya, dərin bir siyasi vahiməyə çevrilmişdir. Özünü "elmi-analitik" adlandıran, lakin mahiyyət etibarından tarixdən kənar, subyektiv, böhtan xarakterli və xüsusi sifarişlə qələmə alındığı aşkar görünən bu təbliğat materialları toponimik həqiqətləri və fundamental tarix elmini həyasızcasına hədəf alır. Dünyada mifik, xəyali bir "böyük Ermənistan" nağılı uyduran, bu uydurma mifi yaşatmaq üçün "Daşnaksutyun" kimi şovinist partiyalar, ASALA kimi qanlı terror təşkilatları yaradıb qocalara, qadınlara, diplomatlara qarşı...
18 İyun 2026, 09:55
“Oxucu müəllifin ürək döyüntüsünü eşitməlidir” - Ramidə YAQUBQIZI.
Şumlamağa çalışmayın, əkinki, sonra biçməyə nəyinizsə olsun Bir neçə gün əvvəl hörmətli Rəşad Məcid olduqca maraqlı paylaşım etmişdir. “Süni intellekt kövrələ biləcəkmi?”.Haqlı və yerində verilən sual idi. Mənim isə yazdığım cavab bu olmuşdu. “Bizimkilər süni intellekti çoxdan ağladıblar”. Əslində, Rəşad müəllimin paylaşımındakı sual, sualdan çox real həyatın acı həqiqəti, ironiyası idi. Mənim cavabım da həmçinin. Hər ikimiz də mahiyyət etibarı ilə nöqtəni eyni yerdə qoymuşduq. Sadəcə, arada vergül var idi ki, o da eyni mənalı fərqli cümlələri birləşdirmişdi. Bu isə istehza ilə yanaşı, sözü oynadıb, bədii təsvirlərin gücü ilə işlədilməsidir ki, onu da hər bir qələm adamı bacarmalıdır. Sual və cavabdakı ironiyanın məqsədi...
18 İyun 2026, 09:53
Əkrəm kimi yaşamaq və Əkrəm kimi qalmaq təyinatı - Əkrəm Qaflanoğlu-75 - Sərvaz HÜSEYNOĞLU
Xalq yazıçısı, unudulmaz Elçin vaxtilə yazıçı və sənətşünas Əkrəm Qaflanoğlunun 70 illiyinə həsr etdiyi "Əkrəm, bu 70 hardan gəldi" adlı yubiley yazısını belə başlamışdı ki: "Bu yazını yazmaq üçün mizin arxasına keçəndə məni sidq-ürəkdən gələn bir təəccüb hissi bürümüşdü - Əkrəmin bu 70 yaşı hardan gəldi, necə gəldi? Hətta o təəccübdə yüngül bir etiraz da var idi; nə üçün gəldi?"O yubiley yazısında Elçin müəllim özünün 42 illik dostu barədə olduqca səmimi ürək sözlərini dilə gətirirdi. Eyni zamanda təəssüflə qeyd edirdi ki, Əkrəmin 70 yaşı mənim üçün həyatın amansız sürətinin şəksiz bir göstəricisidir: "Və bu zaman, vaxt sürətinə baxmayaraq, xoş bir...
17 İyun 2026, 09:57
Nəsib Abid: Şəmsi Vəfadarın lirikasında həyat fəlsəfəsi
Könül dünyasının soz inciləri öz həyati-ruhi bağlantısı ilə izah edir həyatın məna dərinliyini. Düşüncənin həyati qayəsinin dərki, ağılın imitasiyasını saf-çürük edir. Hisslərin yaratdığı ülviyyət, insani münasibətlərin məzmununu dəyişdirir. Şəmsi Vəfadar ın lirikasının həyati-fəlsəfiliyi arzulara ortaq olmağın yolunu açır. ...Deyirlər: - dünyanın, "səfi" pozulur,Dünyadan bir insan ,azalan zaman!Nida:- "Başdaşı"dı,misra:-"qəbir"di,Dərd olur torpağa ,yazılan zaman!....Təbiətin əsrarəngiz ecazkarlığı, onun həyat dəyişimi ilə meydana gəlir. Həyatın gizəmi artdıqca düşüncənin həyati sorğulanmasına ehtiyac duyulur. İnsan həyatının mənası, daima düşüncənin könül üzündəki varlığı ilə ölçülür. Şəmsi Vəfadar ın lirikasının həyatiliyi və düşüncədəki lakonikliyi öz ağuşuna alır həyatın nisgillərini. ....Payız erkən gəlir,yarpaq tökülür,"Yarpaq kəfəni"nə,bahar bükülür.Sanki,torpağın da beli bükülür,Köksündə:- hər "qəbir",qazılan zaman!...Həyatın dərdi və möhnəti, insan həyatının...
15 İyun 2026, 10:02