Vüqar Rəhimzadə: Azərbaycan–Türkmənistan əlaqələri strateji mərhələdədir
Siyasət 23 İyun 2026, 12:20
313
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətlə inkişafıdır. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, həmçinin Türk dünyası ilə əlaqələrin inkişafına işıq saldı. Qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru inamla irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinın gələcək inkişafı üçün yeni imkanlar yaranır. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir.
Prezident İlham Əliyev bu il aprel ayının əvvəlində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edərkən diqqəti bir daha bu reallıqlara yönəltdi ki, xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-logistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Ümumilikdə Bakı və Aşqabad qlobal Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyini və funksionallığını təmin edən iki əsas həlqədir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, hazırda Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə yüksək dinamika müşahidə olunur. Prezident İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci ilin avqust ayında Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir. Həmin səfərlər zamanı Prezidentlərin təkbətək və geniş tərkibdə keçirdiyi görüşlərdə, mətbuata bəyanatlarında səsləndirdikləri çağırışlar və onlara nail olmaq üçün vahid mövqenin ortaya qoyulması, imzalanan sənədlər əlaqələrin inkişafında yol xəritəsi kimi dəyərləndirilir. Türkmənistan Prezidentinin ölkəmizə dövlət səfəri də bu baxımdan diqqətdə oldu. Belə ki, Azərbaycan və Türkmənistan Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirildi, mətbuata birgə bəyanatlarla çıxış etdilər. Geniş tərkibdə görüşdə Azərbaycana dövlət səfərinə gəldiyinə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təşəkkür edən dövlətimizin başçısı İlham Əliyev bu səfərə çox böyük əhəmiyyət verdiyini, onun ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə etdi. Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırlatdı. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu bildirdi. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini qeyd edən Prezident İlham Əliyev bunun, həmçinin qarşılıqlı fəaliyyətimizdə də mühüm amil olduğunu qeyd etdi. Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin - nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlətimizin başçısı bu xüsusda Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını bildirdi. Türkmənistan Prezidenti səfərinin ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ olacağına əminliyini bildirdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, mətbuata bəyanatında “Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub” söyləyən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır. Bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Bu reallıq da diqqətə çatdırıldı ki, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda hər iki ölkə səylərini birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindədir. Səfər çərçivəsində imzalanan 10-dan artıq sənəd münasibətlərdə yeni mərhələnin əsası kimi qiymətləndirilir.
Həmçinin oxuyun
Bu mühüm məqamı da qeyd etməliyik ki, karbohidrogen ehtiyatlarının səmərəli idarə edilməsi, birgə işlənməsi və dünya bazarlarına çıxarılması Bakı-Aşqabad münasibətlərinin strateji istiqamətlərindən birini təşkil edir. 2021-ci ildə Xəzər dənizdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanması əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Azərbaycan Türkmənistanın zəngin enerji resurslarının Qərbə ötürülməsində mühüm tranzit tərəfdaşıdır. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng infrastruktur layihələri Türkmənistan resurslarının dünya bazarına inteqrasiyasında mühüm rol oynayır. Bu əməkdaşlıq təkcə enerji təhlükəsizliyinin gücləndirilməsinə deyil, eyni zamanda, Xəzər regionunda iqtisadi əlaqələrin və regional tərəfdaşlığın inkişafına xidmət edir. İki ölkə arasında dostluğun daha bir nümunəsi isə Bakı Gəmiqayırma Zavodunda Türkmənistan üçün nəzərdə tutulan 8 min tonluq neftdaşıyan tankerin tikintisidir. 2023-cü ildən tikintisinə başlanılan tankerin inşası üzrə işlər tamamlanıb. Sözügedən səfər çərçivəsində Prezident İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi. Bu tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir.
Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də dərin mənəvi və mədəni təməllərə söykənir. 2025-ci ilin oktyabrında Azərbaycanda keçirilən Türkmənistan Mədəniyyət Günləri, eləcə də 2026-cı ilin iyununda Aşqabad və Arxadağ şəhərlərində təşkil olunan Azərbaycan Mədəniyyət Günləri ölkələrimizin zəngin mədəni irsinin tanıdılmasına, xalqlar arasında mənəvi bağların daha da güclənməsinə mühüm töhfə verib. Bundan əlavə, ötən ilin dekabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Avazada keçirilən beynəlxalq forumda iştirak edib. Eyni zamanda, səfər çərçivəsində Q.Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüş keçirilib, fondlar arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər. Azərbaycan və Türkmənistanın formalaşdırdığı strateji xətt təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ədalət Verdiyev: Təxribatçı addımlar davam edir
Hərbi ekspert Ədalət Verdiyev erməni kilsəsində keçirilən liturgiya zamanı ev dustaqlığında olan srbazan Baqrat Qalstanyanın iştirakı ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir k, O bildirib ki, Qalstanyan “Üç Müəzzin” kilsəsində keçirilən liturgiyada qonşu ölkələr – İran, Türkiyə, Gürcüstan və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən “Böyük Ermənistan” döş nişanı ilə iştirak edib.Ədalət Verdiyev qeyd edib ki, Qalstanyan əvvəllər də Xeyrimli–Günnüt istiqamətində eyni nişanı taxaraq etiraz aksiyaları təşkil edib. Onun sözlərinə görə, həmin dövrdən sonra Qazaxın 4 kəndinin Azərbaycan tərəfindən nəzarətə götürülməsi baş verib.Hərbi ekspert əlavə edib ki, bu cür fəaliyyətlərin davamı kimi Baqrat Qalstanyanın Sofulu və Bərxudarlı məsələsini gündəmə gətirmək...
23 İyun 2026, 10:51
Deputat: Türkmənistan və Azərbaycan prezidentlərinin görüşü strateji əhəmiyyət daşıyır
Naxçıvan Ali Məclisinin deputatı, Xalq artisti Rza Xudiyev Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında keçirilən görüşün əhəmiyyətindən bəhs edib.Deputat bildirib ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə əsaslanır. Onun sözlərinə görə, son illərdə iki qardaş ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi regionun inkişafına mühüm töhfə verir.R.Xudiyev qeyd edib ki, dövlət başçılarının görüşü ilk növbədə iki ölkə arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Onun fikrincə, siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın artırılması və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi Xəzər regionunda sabitliyin qorunması və əməkdaşlıq mühitinin gücləndirilməsi baxımından...
23 İyun 2026, 08:08
Ceyhun Məmmədov: Azərbaycanın İslam dünyasındakı nüfuzu daha da güclənir
Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayır.Citypost.az xəbər verir ki, deputat Ceyhun Məmmədov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, sessiyada 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan çox ölkənin parlament sədri və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək.Onun sözlərinə görə, tədbirdə “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusunda geniş müzakirələr aparılacaq.Deputat vurğulayıb ki, Azərbaycanın növbəti dəfə belə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.“Bu gün Azərbaycan İslam dünyasının ayrılmaz bir parçası kimi üzərinə düşən missiyanı böyük fədakarlıq və...
22 İyun 2026, 10:21
Xəqani Cəfərli: Rusiya Çindən asılı vəziyyətə düşür
Ukraynaya qarşı cinayətkar müharibənin uzanması, fəlakətli itgilər rus strateqlərini qorxutmağa başlayıb. Rus strateqlərini qorxudan əsas məsələlərdən biri Rusiyanın Çindən asılı düşməsidir. Rusiya imperiyaçıların əsas ideoloqlarından biri olan Konstantin Zatulin son müsahibələrinin birində “Çin Rusiyanın sürətli qələbəsində maraqlıdırmı?” ritorik sualını səsləndirir və dərhal da cavab verir ki, mən o qədər də əmin deyiləm.Zatulin bildirir ki, Çin müharibənin davam etməsindən faydalanaraq Rusiya neftini və qazını ucuz qiymətlə alır. “Çin Şərqi Sibirdə və Rusiyanın Uzaq Şərqində özünü öz ölkəsində olduğu kimi sərbəst fəaliyyət göstərir.” Citypost.az xəbər verir ki, bu sözləri politoloq Xəqani Cəfərli bildirib.Politoloqun sözlərinə görə, Çinin Rusiyaya dron və dron hissələri satdığı haqqında...
22 İyun 2026, 10:02
Qərbdə liderlər niyə reytinq itirir? - ŞƏRH
Qərb ölkələrində siyasi liderlərə etimadın azalması və hökumətlərə qarşı narazılıqların artması müzakirə olunan əsas mövzulardan biridir.Citypost.az xəbər verir ki, jurnalist Ulfan İsmayılov sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, Britaniyanın baş naziri Keir Starmerin istefaya hazırlaşdığı ilə bağlı iddialar yayılsa da, əsas diqqət çəkən məqam Qərb ölkələrində liderlərə qarşı artan narazılıqdır.Onun sözlərinə görə, ABŞ-də Co Bayden ağır siyasi məğlubiyyət yaşayıb, Donald Trampın isə hakimiyyət müddəti başa çatmamış reytinqi sürətlə aşağı düşür. Böyük Britaniyada son on ildə altı baş nazirin dəyişməsi, Fransada davamlı etiraz aksiyaları və Almaniyada Fridrix Merz hökumətinə yönələn tənqidlər də bu tendensiyanın göstəricisidir.Ulfan İsmayılov hesab edir ki, bu...
22 İyun 2026, 09:51
Nadir Azəri: Kreml Ermənistanda yeni taktika axtarmağa məcburdur
“Ermənistanda seçkidən əvvəl olduğu kimi, seçkidən sonrakı dövrdə də maraqlı siyasi proseslər bir-birini sürətlə əvəz etməkdədir. Baş verən hadisələr eyni zamanda onu göstərir ki, Rusiyanın Ermənistandakı təsir imkanları getdikcə zəifləyir. Parlament seçkilərinin nəticələri və seçkidən sonra Rusiyaya yaxınlığı ilə tanınan qüvvələrin əvvəl söylədikləri fikirlərdən geri addım atması Kremlin Ermənistan daxilindəki təsir dairəsinin ciddi şəkildə daraldığını göstərir”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.Onun sözlərinə görə, Moskva seçkiyə qədərki mərhələdə Nikol Paşinyan və komandasının məğlub olması üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışdı: “Rusiya faktiki olaraq Paşinyan hakimiyyətinə qarşı bütün...
22 İyun 2026, 09:43