Bizə yazın

Baku

-°C

USD

-

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib 

Cəmiyyət 23 İyun 2026, 20:00

312

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə müdafiə çıxışını davam etdirmək üçün söz təqsirləndirilən Levon Mnatsakanyana verilib. O, bir həftə əvvəl keçirilmiş məhkəmə iclasında başladığı müdafiə çıxışını davam etdirərək fikirlərini səsləndirib. L.Mnatsakanyan ittiham tərəfinin təqdim etdiyi videomaterialın və istinad etdiyi faktların məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edib. O, özünə qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.

Daha sonra təqsirləndirilən Erik Qazaryanın hüquqlarını qoruyan vəkili çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin apellyasiya şikayəti verdiyini və həmin şikayəti dəstəklədiyini bildirib. Ardınca çıxış edən Erik Qazaryan özünü təqsirli hesab etmədiyini qeyd edib və müdafiəçisinin səsləndirdiyi mövqeyi təsdiqləyib.

Sonra təqsirləndirilən Qarik Martirosyanın vəkili çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamların yüngülləşdirilməsi zəruridir.

Onun digər müdafiəçisi də çıxışında təqsirləndirilən Q.Martirosyanın cəzasının yüngülləşdirilməsini və bəzi maddələrin ittihamdan xaric olunmasını xahiş edib.

Sonra təqsirləndirilən Qarik Martirosyan çıxış edib. O, özünü təqsirli bilmədiyini bildirib.

Təqsirləndirilən Levon Balayanın vəkili hüquqlarını qoruduğu şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Levon Balayan müdafiəçisinin çıxışı ilə razılaşdığını deyib.

Təqsirləndirilən Qurgen Stepanyanın hüquqlarını müdafiə edən vəkili onun barəsində olan ittiham hökmünün ləğv olunmasını və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Qurgen Stepanyan müdafiəçisinin çıxışı ilə razılaşdığını bildirərək özünü təqsirli bilmədiyini qeyd edib.

Məhkəmənin növbəti iclası iyunun 30-da keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq 

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri aparılacaq.CİtyPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.Məlumata görə, təmir işləri ilə əlaqədar olaraq Əhməd Rəcəbli küçəsinin Albert Aqarunov küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan hissəsində 23 iyun saat 23:00-dan 25 iyun saat 23:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi əməl etmələri xahiş olunub....

23 İyun 2026, 22:55

Sumqayıtda 196 sürücü saxlanılıb

Son dövrlərdə bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edilərək əlavə işıq cihazlarının quraşdırılması, işıq sistemlərinin dəyişdirilməsi və normativ tələblərə cavab verməyən işıq avadanlıqlarından istifadə halları müşahidə olunur.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, nəqliyyat vasitələrinə qanunsuz əlavə işıq cihazlarının quraşdırılması və ya mövcud işıq sistemlərinə müdaxilə edilməsi qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətinə mənfi təsir göstərir, onların diqqətinin yayınmasına səbəb olur və ağır yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən aparılan nəzarət-profilaktik tədbirlərlə qeyd olunan qayda pozuntularına yol verən sürücülər aşkar edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun inzibati protokollar...

23 İyun 2026, 21:28

Kobaxidze britaniyalı həmkarını lağa qoydu 

Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefası ilə bağlı Gürcüstan Baş naziri İrakli Kobaxidze sərt açıqlama verib.Modern.az xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərə danışıb və Starmerin vəzifədən getməsini tənqid edib.Onun sözlərinə görə, Gürcüstanın ən reytinqli televiziya və radio kanallarına qarşı sanksiyalar tətbiq edən “dünyanın ən aşağı reytinqli baş naziri” bir gün sonra vəzifəsini göz yaşları içində tərk edib.“Bu, cənab Starmerə qayıdan karmadır”, – deyə Kobaxidze bildirib.Gürcüstan Baş naziri qeyd edib ki, Starmerin istefası onun siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər....

23 İyun 2026, 21:00

Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb 

Bakıda motosiklet sürücüsünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.Citypost.az xəbər verir ki, həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.

23 İyun 2026, 20:38

Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək 

Serbiya müdafiə naziri Bratislav Qaşiçin 2026-ci ilin sonunda Azərbaycana səfər etməsi planlaşdırılır."Report"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Belqrad şəhərində Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən rəsmi qəbulda deyib."Biz cari ilin sonuna doğru nazir Qaşiçin Azərbaycana planlaşdırılan rəsmi səfərini səbirsizliklə gözləyirik", - diplomat vurğulayıb.Səfir onu da qeyd edib ki, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlığın təməl daşlarından biridir:"Bu gün Serbiya Azərbaycanın Avropa qitəsindəki ən yaxın dostlarından və mühüm tərəfdaşlarından biridir. Ölkələrimiz arasında müdafiə və hərbi-texniki əməkdaşlıq son illər ərzində uğurla inkişaf etməkdədir. Azərbaycanın müdafiə nazirinin iki həftədən də...

23 İyun 2026, 20:25

Gürcüstanda miqrasiya qaydaları sərtləşdirilir 

Gürcüstan parlamenti miqrasiya qaydalarının sərtləşdirilməsini ilk oxunuşda təsdiqləyib.Citypost.az xəbər verir ki, Gürcüstan parlamenti miqrasiya proseslərinin daha effektiv idarə olunması və dövlət təhlükəsizliyinin gücləndirilməsi məqsədilə hazırlanmış dəyişikliklər paketini ilk oxunuşda dəstəkləyib.Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanuna və əlaqəli normativ aktlara dəyişiklikləri deputatlara daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze təqdim edib.Dəyişikliklərə əsasən, xarici tələbələrin ali və peşə təhsili müəssisələrinə qəbulu üçün əlavə tələblər müəyyənləşdirilir. Belə ki, əcnəbi tələbələrdən beynəlxalq dil sertifikatı təqdim etmək, yaxud Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin təşkil etdiyi dil imtahanından keçmək tələb olunacaq.Bundan başqa, təhsil müəssisələri xarici tələbələrin qəbulu,...

23 İyun 2026, 19:45